ADA Universiteti və Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə parkda “Poeziya gecəsi” keçirildi

“Ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub”.


ADA Universitetində şeir gecəsi keçirilib

İyunun 15-də ADA Universitetinin parkında “Ədəbiyyat bu gün və onun milli dirçəlişdəki rolu” mövzusunda şeir gecəsi keçirilib.
Gecə ADA Universitetinin və Baku Book Center-in birgə təşkilatçılığı ilə reallaşıb.
Baku Book Center-in direktoru Günel Anarqızı və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün qonaqları Xalq yazıçısı Anar və Xalq şairi Sabir Rüstəmxanlı oldu.
Milli Qurtuluş günündə keçirilən gecədə ADA Universitetinin rəhbərliyi, tələbələr və məzunlar, dövlət və özəl qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak etdilər.
ADA Universitetinin rektoru Hafiz Paşayev bu cür tədbirlərin tələbələrin mənəvi inkişafının gücləndirilməsinə öz töhfəsini verdiyini və ənənəvi olmasının vacibliyini söylədi.
Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasında rolunu vurğulayan Anar və Sabir Rüstəmxanlı qeyd etdilər ki, insanlar bütün zamanlarda azadlıq düşüncələrini sözlə ifadə edib və məhz ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub.
44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna toxunarkən, qonaqlar bu mövzunun Azərbaycan ədəbiyyatının, söz-sənət adamlarının daim izlədiyi məsələ olduğunu vurğuladılar.
Qonaqlar qeyd etdilər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Sonra tədbir ədəbi hissə ilə davam etdi. Gecədə ADA Universitetinin tələbələri Azərbaycan, ingilis və rus dilində yazdıqları və Vətənə həsr etdiyi şeirlərini söylədilər.


«Литература всегда была самой важной платформой для выражения мнений»
В университете ADA прошел поэтический вечер

15 июня в парке Университета АDА прошел поэтический вечер на тему «Литература сегодня и ее роль в национальном возрождении».
Вечер был организован Университетом ADA совместно с Baku Book Center.
Модераторами встречи выступили директор Baku Book Center Гюнель Анаргызы, а также исполнительный проректор Университета ADA Фариз Исмаилзаде.
Народный писатель Анар и народный поэт Сабир Рустамханлы были приглашены в качестве почетных гостей.
В мероприятии, проведенном в День национального спасения, приняли участие руководство Университета ADA, студенты и выпускники данного вуза, представители общественных и частных организаций, а также Союза писателей Азербайджана.
Приветствуя гостей, ректор Университета ADA Хафиз Пашаев отметил, что подобные мероприятия способствуют духовному развитию студентов и должны стать традиционными.
Подчеркнув роль Общенационального лидера Гейдара Алиева в формировании гражданского общества, Анар и Сабир Рустамханлы отметили, что во все времена слово было основным способом выражения стремления людей к свободе, а литература всегда была важнейшей платформой для выражения мнений.
Касаясь 44-дневной войны и карабахской проблемы, гости подчеркнули, что это животрепещущая тема для деятелей искусства Азербайджана, поэтов и писателей.
Было отмечено, что освобождение наших земель, долгие годы находившихся под вражеской оккупацией, возродило уверенность азербайджанского народа, укрепило его доверие к своему лидеру и его силе.
В заключение вечера гости ответили на вопросы собравшихся, а студенты Университета АDА прочитали свои стихотворения, написанные на азербайджанском, английском и русском языках и посвященные Родине.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir