İNK və DAMMİB beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir möhtəşəm addım

11 iyun 2021-ci il tarixində İctimai Nəzarət Koalisiyasının Bakıdakı Mərkəzi Qərargahında İNK  – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi ilə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi İdarə Heyətlərinin müştərək iclası keçirilib.

115 ictimai təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasının İH-nin sədri, eyni zamanda bu platformanın həmtəsisçiləri sayılan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış ictimai xadim Rasim Məmmədov iclasda geniş çıxış edərək son günlər təsisatın gördüyü işlər barədə məlumatlar verib, xüsusən şəhid ailələri və qazilərlə bağlı geniş fəaliyyətlər haqqında danışıb.

Rasim Məmmədov daha sonra bildirib ki son bir ildə rəhbərlik etdiyi qurumların nəinki Azərbaycan daxilində geniş fəaliyyət dairəsi ilə nüfuz qazandığını, eyni zamanda, Avropa, Şimali Amerika, MDB ölkələrində, Türk dövlətlərində beynəlxalq platforma olaraq mövqelərini möhkəmləndirdiyini, milli maraqlarımızı, Dağlıq Qarabağ həqiqətlərimizi ifadə etmək üçün vətəndaş cəmiyyəti təsisatı olaraq daha yaxşı tanınıb. R.Məmmədov onu da xüsusi vurğulayıb ki,  Bu faktların  təşkilatlara beynəlxalq ictimaiyyətin və diaspor nümayəndələrinin yeni axınına səbəb olub.

Çıxış edən İdarə Heyətinin üzvləri müzakirələr zamanı vurğulayıblar ki, ölkəmizin mənafeyi naminə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac duyulur və xalq diplomatiyasının imkanlarından maksimum yararlanmaq vacibdir.

Müzakirələrdən sonra birləşdirən İctimai Nəzarət Koalisiyasının İH-nin sədri, eyni zamanda bu platformanın həmtəsisçiləri sayılan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış ictimai xadim Rasim Məmmədovun təklifi, İNK Audit və Akkredatiya Mərkəzinin müsbət rəyi ilə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İran İslam Respublikası nümayəndəliyinin yenidən təşkil edilməsi məsələsi səsə qoyularaq yekdilliklə qəbul edildi.

İNK sədrinin növbəti  təklifi  –  20 ildən artıq Bakıda yaşayan, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı dostluq və iqtisadi-mədəni münasibətlərin genişlənməsinə töhfə verən tanınmış iş adamı, ictimai aktivist Əli Rza Hadad cənabları Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İran İslam Respublikası Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunması məsələsi səsə qoyularaq yekdilliklə bəyənildi.

Daha sonra cari məsələləri və yay aylarındakı fəaliyyət planını müzakirə edən İH-nin üzvləri uyğun qərarlar qəbul etdilər və iclas öz işini tamamladı.

Ayxan Əbilli, Yenimeda.net

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir