Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yaradıcı gənclə görüşü

Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yaradıcı insanlarla silsilə görüşləri davam edir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Armudu” lahiyəsi zamanı millət vəkili Qənirə Paşayeva ilə yaradıcı gənclərin onlayn görüşü baş tutub.

Keçirilən növbəti real görüşdə isə Lənkəranın fəal aktivisti, gənc müğənni Allahverən Pərvizoğlu və anası Samirə Hüseynzadə ilə baş tutub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva görüşdə Lənkəranın mədəni mühit ilə bağlı fikirlərini bölüşmüş, hər iki Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş, vuruşmuş cənublu qazilər və şəhidlər haqqında xoş sözlərini çatdırmışdır.

Görüşdə gənc muğənni Allahveren Pərviz oğlu öz məhsuldar kreativ fəaliyyəti haqqında sevimli millət vəkilinə geniş məlumatlar verib. Allahveren Pərvizoğlu Qənirə xanım ilə görüşüb yaradıcılığı haqqında fikirlərini bölüşmək arzusu hər zaman onun ürəyindən keçib və xoşbəxtdir ki, istəyi çin oldu.

Faydalı görüşün sonunda Qənirə Paşayeva gənc muğənni Allahveren Pərvizoğluna hədiyyə təqdim edib, eləcə də birgə xatirə şəkli çəkdirilib

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Və İdman Nazirliyinin “Armudu” lahiyəsi zamanı millət vəkili Qənirə Paşayeva ilə yaradıcı gənclərin onlayn görüşü baş tutub. Lənkəranlı gənc müğənni Allahverən Pərvizoğlu onlayn görüşdə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə şəxsi görüşmək istədiyini dilə gətirib.

Millət vəkili Qənirə Paşayeva arzusuni nəzərə alaraq Allahveren Pərvizoğlunu görüşünə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir