“Azərkitab” Respublika gününə həsr olunan tədbir keçirib
27 may saat 17:00-da “Azərkitab”da 28 May – Respublika gününə həsr olunmuş, ” Meksika Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirildi.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sərgini giriş sözü ilə sərginin layihə rəhbəri Elnurə İsgəndərova açaraq qonaqları və iştirakçıları sərgi haqqında geniş məlumatlandırdı. Sonra sözü Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri Xuan Rodrigo Labardini Flores çıxış edərək belə sərgilərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük dəstək olduğunu, nümayiş olunan rəsm əsərləri sayəsində özünü Meksikada hiss etdiyini bildirdi. Bu sərgi-tədbirin 28 May – Respublika Gününə həsr olunması və bütün azərbaycanlılar üçün əziz olan bu bayramı Meksika Səfirliyi ilə qeyd etdiyinə görə sərgi-tədbirin təşkilatçıları Azərkitabın layihə rəhbəri Sabir Həsənov və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam
sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalara dərin təşəkkürünü bildirdi və
Azərbaycanda Meksika mədəniyyətini, incəsənətini və qarşılıqlı dostluğunu təbliğ etdiklərinə görə səfirliyin xüsusi Təşəkkürnamə Sertfikatı ilə təltif etdi.
Sonra tədbir karantin qaydalarına uyğun olaraq onlayn şəkildə davam etdi.
Tədbiri giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açmış və 1918-ci il şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının önəmindən bəhs edib.
Tədbir Meksika səfiri Xuan Rodrigo Labardini Flores, MŞ sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Yusif Nəğməkar və digər ziyalıların çıxışları ilə davam etdi. Və çıxışçılar 28 May ərəfəsində belə beynəlxalq sərgi-tədbirlərin ölkəmiz üçün önəmindən bəhs edərək təşkilatçılara təşəkkür etdilər. Sonda sərgidə iştirak edən rəssamlar diplomla təltif olundular.
Tədbir Meksika səfiri Xuan Rodrigo Labardini Flores, Əflatun Amaşov, Yusif Nəğməkar, Rəşad Məcid və digər ziyalıların çıxışları ilə davam edib.