YYSİB və AGF müştərək kreativ layihəsi DünyaTV-nin bir saat yarımlıq canlı efirində

“Qarabağ bülbülləri -50” – “Qalib səs” sənədli filminə həsr olunmuş verilişdə YYSİB sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov təmsil etdiyi təşkilatın AGF maliyyə dəstəyi ilə reallaşdırdığı “Qarabağ bulbüllərə” ansamblının 50 illiyinə həsr olunmuş kulturoloji layihəsi, “Yaralı səs” kitabı və “Qalib səs” sənədli filminin tanıtımı baş tutdu.

Əfsanəvi ansamblın vurğunları, “Üz-üzə” proqramının istedadlı aparıcısı, eyni zamanda, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru,  xalq artisti Firudin Məhərrəmli layihə və “Qalib səs” sənədli filmi haqqında yüksək fikirlərini söylədi.

Verilişə baxın:

Azərbaycan Gənclər Fondunun – #AzGF #GenclerFondu – maliyyə dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin #YYSİB reallaşdırdığı kulturoloji layihənin geniş təqdimatı İnternet resurslarında və  sosial şəbəkələrdə də davam edir.

#tv #kreativ #Aydınxan #qarabağbülbülləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir