Aydın Xanı Əbilov: 50 illik yubiley təbriki

Aydın Xanı Əbilov: 50 illik yubiley təbriki
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva kulturoloq Aydın Xanı Əbilovu 50 illik yubileyi münasibəti ilə təbrik edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Milli Virtual-Elektron İnternet Kitabxanasının qurucusu Aydın Xan Əbilov ilə Mədəniyyət Komitəsində görüşüb, onu 50 illik yubileyi münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Təbrikdə deyilir:

“Hörmətli Aydın müəllim,

Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz hələ tələbəlik illərindən fəal ictimai və yaradıcı fəaliyyətinizlə seçilmisiz. Qurucusu olduğunuz Yeni Yazarlar və Sənətçilər Qurumunun xətti ilə onlarla yaddaqalan layihə gerçəkləşdirmiş, həmin layihələrin rəhbəri olmusuz. Gənclər təşkilatları Milli Şurası Məclisinin və Milli QHT Forumu İdarə Heyətinin üzvüsüz. AYB-nin İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin rəhbəri, eləcə də, “Xəzər” Universitəsində ədəbiyyat müəllimi kimi çalışmalarınız da yaddaqalan olub. Hazırda “Ədəbiyyat qəzeti”nin Ədəbi tənqid və publisistika şöbəsinin redaktorusuz. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarla ardıcıl çıхış edirsiz. Müхtəlif media orqanlarında redaktor, baş redaktor, ekspert olaraq çalışmısız.“Kulturoloji – alternativ düşüncələr” (2006), “Dunyanın kulturoloji dərki” (2008) və b. adlı kitablarınız gün üzü görüb.

Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, “İlin yazıçısı”, “Media Açarı” mükafatlarına, bir sıra nüfuzlu ictimai qurumların “Fəхri fərman” və “Diplom”una layiq görülmüsüz.Turkiyə, Ukrayna, Gürcüstan, Moldova, Rusiya və b. ölkələrdə, eləcə də, respublikamızda keçirilən beynəlхalq gənclik və elm konfransların iştirakçısı, məruzəçisi olmusuz.Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”

Görüşdə çağdaş mədəniyyət, ədəbiyyat, kulturoloji proseslər və yeni media mövzusunda fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva Aydın Xan Əbilova Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Aydın Xan Əbilov səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Mənbə:  https://www.facebook.com/pashayevaganira

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir