Ali məktəblərə tələbə qəbulunun şərtləri açıqlandı. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb.

DİM-dən verilən məlumata görə, müsabiqə şərtləri cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

I ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

– “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsas­larla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituri­yentlər buraxılır:

Meliorasiya mühəndisliyi;

Texnologiya müəllimliyi;

Ekologiya mühəndisliyi.

– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Aqronomluq;

Balıqçılıq;

Meşəçilik;

Şərabçılıq;

Torpaqşünaslıq və aqrokimya;

Yerquruluşu və daşınmaz əmlakın kadastrı;

Zoomühəndislik.

II ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Marketinq;

Biznesin idarə edilməsi;

Regionşünaslıq (regionlar üzrə);

Turizm bələdçiliyi;

Turizm işinin təşkili.

III ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olma­yan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümu­mi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Muzey, arxiv işi və abidələrin qorunması;

Sosial iş.

IV ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

– Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

– Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Ekologiya.

– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Bağçılıq və tərəvəzçilik;

Baytarlıq təbabəti;

Bitki mühafizəsi;

Su bioehtiyatları və akvakultura.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­bi­liy­yət imtahanlarının nəticələri balla qiymət­lən­dirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında top­ladığı ümumi balı əsasında aparılır. Müsabiqə şərtləri “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsa­biqə şərtləri” adlı cədvəldə verilmişdir

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

2. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

– təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

– xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi

– qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

– qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

– qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların[2]) sayı;

– qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini[3] nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

– qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

– qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətlən­diri­lən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

– abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

– təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

– riyaziyyat fənni üzrə imtahan balı;

– Azərbaycan dili və ya rus dili fənni üzrə üzrə imtahan balı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­biliy­yət imtahanlarının nəticələri məqbulla qiymət­ləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıl­lıqla əlavə göstəricilərdən istifadə edilir:

– təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

– riyaziyyat fənni üzrə imtahan balı;

– Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

“Gələn həftə V qrupa və orta ixtisas məktəblərinə əvvəlki illərin məzunları sənəd verdikdən sonra, müəyyən kontingent müəyyənləşdirildikdən sonra qəbul imtahanlarının tarixi elan ediləcək”.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

O qeyd edib ki, imtahan tarixini elan etmək məsuliyyətli məqamdır: “Biz həmişə Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayırdıq və onlarla birgə müəyyən edirik. Çünki bu, kütləvi prosesdir və təhlükəsizlik təmin olunmalıdır. Bu il isə karantinlə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunandan sonra tarixləri müəyyən edə bilirik. Məzunlarla bu, çətin deyildi, çünki onların təhsil aldıqları məktəblər məlumdur. 5 günə əsas kontingenti formalaşdırandan sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsinin baş tutma tarixini açıqlaya bilərik”.

M. Abbaszadə qeyd edib ki, aprel ayında keçirilən 11-ci sinfin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən təxminən 200-250-yə yaxın şəxsin yenidən imtahan verməsi üçün şərait yaradılacaq: “Onlar da həmin tarixlərdə keçirilən imtahanlarda iştirak edə biləcək. Bunun üçün onların xüsusi qeydiyyatdan keçməsinə ehtiyac yoxdur və həmin imtahan pulsuz olacaq. Ümidvaram ki, gələn həftə biz həmin imtahanların tarixini elan edə biləcəyik”.

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayıb

Bu gündən Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başlayır. Mayın 26-dan iyunun 8-dək internet vasitəsilə sənəd qəbulu aparılacaq. 

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

O qeyd edib ki, Prezidentin 2017-ci il 17 fevral tarixli fərmanı əsasında hər bir Azərbaycan vətəndaşının büdcə hesabına bir imtahanda iştirak etmək hüququ var. İkinci imtahan isə hər kəsin öz hesabına aparılırdı. Bu il isə sosial həssas təbəqə ilə bağlı bəzi dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, yalnız ümumi təhsil müəssisələrini bitirən və bu 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

M. Abbaszadə bildirib ki, qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün “Abituriyentin elektron ərizəsi” formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış “Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi” vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

DİM-in Mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri saat 12:20-dən etibarən Mərkəzin saytına yerləşdirilib.

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 30 525 nəfərdən 423 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.

İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 27-30 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.

Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Məlumatda həmçinin qeyd olunub ki, artıq 15-16 aprel tarixlərində keçirilən imtahanların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya proseslərinin təşkilinə başlanılıb. Apelyasiya prosesi istiqamətlər üzrə imtahan nəticələrinin elan olunma ardıcıllığına uyğun olaraq davam edəcək və apelyasiya üçün qeydiyyatdan keçmiş bütün şagirdlərlə əlaqə saxlanılıb müraciətlərinə baxılacaq.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

“Gələn həftə V qrupa və orta ixtisas məktəblərinə əvvəlki illərin məzunları sənəd verdikdən sonra, müəyyən kontingent müəyyənləşdirildikdən sonra qəbul imtahanlarının tarixi elan ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

O qeyd edib ki, imtahan tarixini elan etmək məsuliyyətli məqamdır: “Biz həmişə Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayırdıq və onlarla birgə müəyyən edirik. Çünki bu, kütləvi prosesdir və təhlükəsizlik təmin olunmalıdır. Bu il isə karantinlə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunandan sonra tarixləri müəyyən edə bilirik. Məzunlarla bu, çətin deyildi, çünki onların təhsil aldıqları məktəblər məlumdur. 5 günə əsas kontingenti formalaşdırandan sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsinin baş tutma tarixini açıqlaya bilərik”.

M. Abbaszadə qeyd edib ki, aprel ayında keçirilən 11-ci sinfin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən təxminən 200-250-yə yaxın şəxsin yenidən imtahan verməsi üçün şərait yaradılacaq: “Onlar da həmin tarixlərdə keçirilən imtahanlarda iştirak edə biləcək. Bunun üçün onların xüsusi qeydiyyatdan keçməsinə ehtiyac yoxdur və həmin imtahan pulsuz olacaq. Ümidvaram ki, gələn həftə biz həmin imtahanların tarixini elan edə biləcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir