İntellektual-ictimai fəallar: VCA və YYSİB rəhbərliyinin taninmışı Ramal Əliyev

“İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

60-dan çox təsisatının formalaşdırdığı Vətəndaş Cəmiyyəti Alyansı, eləcə də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyin əsas kreativ vəzifələrindən biri də yeni nəsil intellektualları formalaşdıraraq ictimaiyyətə faydalı şəxsiyyət, çağımızın problemləri ətrafında beyin işlədən, innovasiyalarla ölkəmizin bütün sahələrini inkişaf etdirən seçilmiş fərd kimi tanıtsın. Qloballaşan dünyada xalqlarla yanaşı şəxsiyyətlərin də trendləsməsi, dünya mastabinda nüfuz qazanması onli sosial-mədəni texnologiyaların elementi kimi qəbul edilir.


 Belə tanınmış istedadlı, intellektual kreativ cavanlardan biri də hərtərəfli bilik və bacarıqlarına görə tanınan, fəaliyyəti, yaradıcılığı, ən əsası da cəmiyyətə, ölkəyə verdiyi faydalilığı ilə fərqlənən Ramal Əliyevdir.

Qısa, amma faydalı ömür yolu

Ramal Əhədulla oğlu Əliyev 1982-ci il iyulun 4-də ölkəmizin Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. İlk təhsilini Həbib Bağırov adına  qəsəbə tam orta məktəbində alıb. 1999-cu ildə Bakı Avrasiya  Universitetinin (o zaman Ali Diplomatiya Kolleci adlanırdı) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 2003-cu ildə oranı uğurla bitirmiş, bakalavr dərəcəsini aldıqdan sonra Odlar Yurdu Universitetinin hüquq fakültəsində magistr təhsilini davam etdirmişdir. 2005-ci ildə akademik məzüniyyət göturərək Dövlət Sərhəd Xidmətinin Sahil Muhafizəsində həqiqi hərbi xidmət keçmişdir. 2007-ci ildə hərbi xidmətini başa vurduqdan sonra magistratura təhsilini davam etdirmişdir.
  2008-ci ildə magistratura təhsilini uğurla başa vurduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərində əmək fəaliyyətinə başlamışdır. “Surqutprod” və “Suzan” şirkətlərində müxtəlif vəzifələrdə çalışmış, sonralar özünün şəxsi biznesini qurmuşdur. Xaricdə 5 il uğurlu diaspor fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmağa çalışmışdır.


Azərbaycanın hərtərəfli inkişafı amalımızdır!

Azərbaycana qayıdandan sonra öz fərdi biznesini yaratmış, paralel olaraq ictimai işlərdə fəallıq göstərməyə başlamışdır.
Tələbəlik illərində ictimai fəal kimi tanınan Ramal Əliyev paralel olaraq idmanın karate növləri ilə ciddi məşğul olmuş və respublika səviyyəsində müxtəlif yarışların əsas mükafatlarına layiq görülmüşdür. Hələ gənc yaşlarında bədii yaradıcılığa meyl göstərib. İstedadlı gənc olaraq  yazdığı lirik şeirlərlə dövri mətbuat səhifələrində vaxtaşırı çap olunmağa başlayıb.
Analitik-kütləvi materiallarla dövri mətbuat, İnternet saytları, yeni media və sosial şəbəkələrdə ardıcıl çıxışlar edir. Eyni zamanda onun haqqında respublikamızın müxtəlif KİV orqanlarında, sayt və portallarında müxtəlif səpkili çoxsaylı məqalələr dərc ediiş, müsahibələr alınmışdır.
Ramal Əliyevin gənc iş adamı olaraq maraq dairəsi həm də startaplar, kreativ innovasiyalar, alternativ təhsil və kulturoloji biznes, və qlobal iqtisadi əlaqələri.
Hələ tələbəykən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Xarici əlaqələr şöbəsinin müdüri kimi mədəniyyətlə, ədəbiyyatla, incəsənətlə bağlı çoxsaylı tədbirlərin təşkilində birbaşa iştirak etmisdir. YYSİB-nin təşkilatçılığı ilə 13 dəfə keçirilən Bakı Kitab Bayramlarının əlaqələndiricisi kimi tanınıb. İctimai-mədəni aktivist olaraq hazırda təşkilatın sədr müavinidir.
Hazırda paralel olaraq Vətəndaş Cəmiyyəti Alyansının İdarə Heyətinin üzvü, Kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın Redaksiya Heyətinin məsul əməkdaşı, yenimedia.net və yenimediatv.az sosial-analitik portallarının, eyniadlı İnternet TV-nin baş redaktor müavinidir.
VCA və YYSİB kimi təşkilatların sıralarında peşəkarlaşmış ictimai fəal olaraq respublikamızın aparıcı televiziya kanallarında analitik-ekspert kimi ardıcıl olaraq çıxışlar edir, cəmiyyətimizin maariflənməsində, xüsusən də politologiya, geosiyasət, mədəniyyət, mənəviyyat, sosialogiya, ilahiyyat elminin və İslam bilgilərinin gənclərə çatdırılmasında xüsusi xidmətləri vardır.
2020-ci ilin Tovuz savaşı və II Qarabağ müharibəsi zamanı ictimaiyyətin nümayəndəsi olaraq Qarabağa tez-tez səfərlər etmiş, xeyriyyə aksiyaları keçirmiş, müxtəlif fondlara ianələr köçürmüş, hərbiçilərə maddi və mənıvi dəstək göstərmişdir.
Bir sıra təşkilatların mükafatları, diplomları, eləcə də Ədliyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

O həm də nümunəvi ailə başçısıdır: bes dil bilir, ailəlidir, dörd övladı – iki oğlu və iki qızı var.
Ramal Əliyevin həyatda devizi belədir: “İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

Düşünürük ki, bu devizi zəmanəsini dəyisməklə tanınmaq istəyən bütün gənclərə şamil etmək olar…

Ayxan Əbilli
 
 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir