“O, tarix boyu Azərbaycan xalqının yaddaşında Şuşanın xilaskarı kimi qalacaq”. Çingiz Abdullayev

Şuşada “Xarıbülbül” festivalı. Biz hamımız demək olar ki, hər gün, hər görüşdə, hər yığıncaqda Şuşada keçirilən “Xarıbülbül” festivalı haqqında danışırdıq. Biz “Gələn il Şuşada keçirərik” sözlərinə bir sehr, möcüzə kimi inanırdıq.Və bu möcüzə baş verdi! Doğma Şuşaya qayıtdıqdan altı ay sonra! Bilirəm ki, mənim səhifəmi qırxdan çox ölkədə izləyirlər, o cümlədən Ermənistanda. İstəyirəm  ki, hamı  başa düşsün və dərk etsin ki, bu sadəcə bizim müharibədəki qələbəmizin sevinci deyil. Biz heç bir zaman müharibə tərəfdarı olmamışıq. Biz qonşularımızın torpağını zəbt etməmişik. Biz öz ölkəmizin, torpağımızın ərazi bütövlüyünü bərpa etmişik. Şuşa hər zaman birmənalı şəkildə bizim ölkəmizin mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi hesab olunub.  Məhz buna görə də bu festival “gözlərimizdə yaş” və böyük sevinc hissi ilə qeyd olunur. Bu festivalın Ramazan bayramı ilə eyni vaxtda olmağı heyrətamiz təsadüfdür. Qoy bu müharibədə öz doğmalarını və yaxınlarını itirən  hər bir kəsin – ürəyi yaralı şəhid ana və atalarının, həyat yoldaşı və övladlarının da qəlblərində bayram olsun. Şəhidlərimizin ruhu bu gün bizimlədir! Bakıda metroda erməni terroru nəticəsində, həlak olan Rafiq Babayevin ruhu bizimlədir! Həmçinin onunla birlikdə həlak olan Azərbaycan vətəndaşlarının ruhu bizimlədir! 1990-cı ilin yanvarında güllələnən və yaralanan hər bir kəs bizimlədir! 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığındakı vertolyot qəzasında həlak olan siyasi xadimlər bizimlədir! Xocalıda güllələnən və yaralanan qadın və uşaqlarımız bizimlədir! Torpaq uğrunda şəhid olanlar bizimlədir! Bu gün onlar hamısı “Cıdır düzündə” bizimlədir! Onların ruhu şaddır! Biz bu günü neçə illər gözləyirdik! Bundan sonra çox festivallar, bayramlar, görüşlər keçiriləcək. Ancaq bu festival 28 illik Şüşa həsrətindən sonra ilk festivaldır! İlham Əliyevin bu festivalı açmağı simvolikdır. O, tarix boyu Azərbaycan xalqının yaddaşında Şuşanın xilaskarı kimi qalacaq! Əbədi qalacaq! Bu gün biz dövlətimizi parçalanmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyevi xatırlamalıyıq. Hər kəsə təşəkkürlər! Bayramınız mübarək! Çingiz Abdullayev, Xalq yazıçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir