İctimai Nəzarət Koalisiyası: Mərhəmət fəlsəfəmiz, xeyirxahlıq fəaliyyətimizdir!

Hələ 7 sinifdə oxuyan zaman mən, İNK yaranandan iki il sonra, onun sıralarına qoşulan ən gənc könüllü üzvü secildim. 2016-ci ildən İctimai Nəzarət Koalisiyası Ailəsi, başda gözəl insan, xeyirxah şəxsiyyət, ictimai xadim Rasim Məmmədov olmaqla, mənim üçün hər zaman doğma kollektiv, özümü ifadə etmə məkanına çevrilib. İNK Mərkəzi Qərargahında könüllü kimi çalışmaq, yüzlərlə gənc kimi, mənim üçün də əsl universitet oldu. Çingiz Abdullayev, Rasim Məmmədov, Aydın Xan Əbilov, Flora Xəlilzadə, Flora Kərimova, Ramiz Quliyev, Rəşad Mahmudov, Gözəl və Tərlan ana tək şəhid anaları, fəxrimiz qazilər, bir sözlə, onlarla dəyərli şəxsiyyət kimi ustadı olan tələbə necə də xoşbəxtdir! Mən də həyatımın ən uduşlu vaxtlarını burada görmüşəm.
Həyat demişkən, onun ən sərt üzünü də eyni vaxtda gördüm. 14 yaşımda 12 yaşlı qardaşımla qəfildən sevimli anamızı əbədi itirdik. Məhz, Rasim Məmmədov və İNK Ailəsinin minlərlə üzvü bizə, ailəmizə, atama dayaq durdu.
Biz kitablarda belə QHT şəbəkələri, ictimai ailələr haqqında oxuyurduq. Film və TV verilişlərindən, saytlardan, sosial səbəkələrdən xaricdəki oxşar ictimai təsisatları barədə materiallarla tanış olurduq. Amma Rasim Məmmədov və bizim komanda Azərbaycan vətəndaşlarına, 55 milyonluq soydaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, ölkəmizdə də belə səmimi, doğma, könüllü ictimai platforma yaratmaq mümkündür. Geniş ictimai hərəkata çevrilən İNK siralarinda birləşən dəyərli insanların ictimai ailəsi, milli şəbəkəsi gunü-gündən genişlənir, yüzminlərlə əhatəsinə alır.
Budur, gözlərimdəki problemlə bağlı aylar bundan əvvəl xəbər tutan Rasim Məmmədov, Flora xanim Xəlilzadə və doğma İNK Ailəsi yenə yanımızda oldular. Onların yardımı ilə məşhur göz həkimi doktor Cahid bəyin iştirakı ilə illərdir mənə kompleks yaşadan problem aradan qaldırılır.
Sadəcə xoşbəxtəm ki, belə bir doğma İNK Ailəsinin gənc üzvüyəm və ictimai şəbəkəmiz, dəfələrlə olduğu kimi, yenə köməyə ehtiyacı olan şəxsin yardımına çatdı.
Çingiz və Rasim müəllim başda olmaqla bütün İNK ailəsinin üzvlərinə ailəmizin, atamın və şəxsən özümün təşəkkürlərini çatdırıram. Sağ olun ki, həyatımda varsınız! Xoşbəxtəm ki, sizinlə eyni ictimai şəbəkənin – İNK Ailəsinin sevimli üzvüyəm.
Bu xeyirxahlıq və mərhəməti öz fəaliyyətimdə davam etdirməyi, əsl ictimai nəzarətçi olaraq yardıma ehtiyacı olanların yanında olacağama söz verirəm.
Dünyanı xeyirxahlığın, mərhəmətin, sevginin xilas edəcəyinə inamımı artırdınız, əzizlərim…

P.S. Bu günlərdə mənə ən çox təsir edən təsir edən cəhət o oldu ki, Rasim muəllimin sevimli qızı, İNK Ailəsinin ən gənc könüllüsü, unudulmaz Sınayın torpağa əbədi tapşırılmasıňin ildönümü mənim gözümdə əməliyyat olundu. Rasim Məmmədov, qızğın fəaliyyət və işlərinin çoxluğuna baxmayaraq, İNK sədri kimi ən ağır günündə də mərhəmətindən qalmadı, mənim problemimin həllinə yardımını əsirgəmədi..

İNK – DAMMİB, SİMİB, YYSİB Gənclər Şurasının üzvü, ictimai nəzarətçi Ayxan Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir