İndiyə qədər Azərbaycan Olimpiya Oyunlarına neçə lisenziya qazanıb?
2020-ci ildə il koronavirus səbəbindən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları bu il keçiriləcək: yarış 23 iyul 8 avqust tarixlərində baş tutacaq.
İdman ölkəsi saiılan Respublikamız da dünyanın ən böyük idman yarışına qatılacaq. Komandamız bu yarış üçün bu vaxta qədər cəmi 16 lisenziya əldə edib.
Llisenziya qazanan idmançıların adları və yarışacağı idman növləri ilə oxucularımızı tanış edirik:
Anna Skidan – Atletika (çəkic atma)
Nazim Babayev – Yüngül Atletika (üç təkanla tullanma)
Maksim Şemberev – Üzgüçülük (400 m qarışıq)
Mariya Stadnik – Qadın güləşi (50 kq)
Şərif Şərifov – Sərbəst güləş (97 kq)
Hacı Əliyev – Sərbəst güləş (65 kq)
Hacımurad Hacıyev – Sərbəst güləş (74 kq)
İslam Abbasov – Yunan-Roma güləşi (87 kq)
Zöhrə Ağamirova – Bədii gimnastika (çoxnövçülük)
Aliyə Paşayeva
Diana Əhmədbəyli
Darya Sorokina
Ayşən Bayramova
Zeynəb Hümmətova – Bədii gimnastika (qrup – çoxnövçülük)
Marina Nekrasova – İdman gimnastikası (qadınlar – çoxnövçülük)
İvan Tixonov – İdman gimnastikası (kişilər – çoxnövçülük)
Ruslan Lunyov – Güllə atıcılığı
Milad Beigi Harçegani – Taekvondo (-80 kq)
Tayfur Əliyev – Boks (57 kq)

