Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü “Azərkitab”da qeyd edildi

Görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şimali Kipr Türk Respublikası Bakı təmsilçiliyinin təşkilatçılığı ilə tanınmış fotoqrafı Tevfik Ulualın “Qardaş ölkələr” adlı sərgisi təşkil olunub.
Tədbirdə sabiq millət vəkili Əflatun Amaşov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şair, oftalmoloq Paşa Qəlbinur, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, Tibb üzrə fəlsəfə doktotu Yazgül Abdıyeva, “Dünya Ana və Uşaq” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, tarixçi araşdırmaçı Xaqani İsmayıl, baş redaktor Kamran Orucov ilə yanaşı digər qonaqlar da iştirak və çıxış ediblər.
Görüşü giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açıb. Daha sonra mötəbər qonaqlar çıxış ediərək akademik Zərifə Əliyevanın Azərbaycan tarixində intellektual xanımlığın zirvəsində durduğunu xüsusi vurğulayıblar.
Tədbir eyni zamanda “Zoom” proqramı vasitəsi ilə onlayın təşkil olunub.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Zərifə xanım 1932-1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir