Bakıda növbəti intihar. “Atasının intiharla bağlı müəyyən şübhələri var”: Əmisi tanınmış şair Rüstəm Behrudi.

Çağdaş Azərbaycanın tanınmış şairi və düşüncə sahibi Rüstəm Behrudinin qardaşı İlham Alməmmədovun 17 yaşlı oğlu İsanın intiharı ilə bağlı ailəsinin müəyyən iddiaları var. Onun atası İlham Alməmmədov sosial şəbəkədə oğlunun şəklini paylaşaraq “Namərd adamlar, siz mənim oğlumu öldürdünüz!”,- deyə qeyd edib.

Rüstəm Behrudi mediaya açıqlamasında bildirib ki, qardaşının oğlunun ölümü ilə bağlı müəyyən şübhələri var: “Amma bu təbii ki, intihardır. İlham müəllimin şübhələri var, ona görə yazıb ki, siz öldürdünüz.

Axşam saat 10-un yarısı indi yaşadıqları evdən çıxıb həmin evə gedib. Orada çay dəmləyib içib, sonra 15-ci mərtəbədən özünü atıb.

İlham müəllim atadır da, övladını itirib, yandığından elə deyir. İsanın intihar səbəbi ilə bağlı heç bir fərziyyə düşünə bilmirəm. Cavan uşaq idi, çox istedadlı, dünyanı təzəlikcə dərk edirdi, sıradan bir uşaq deyildi. Ailəsi ilə də heç bir mübahisəsi olmayıb”.

Binəqədi rayon prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı hələ ki, cinayət işi başlanılmayıb: “Material formasında araşdırma davam etdirilir. Əlavə məlumat verə bilmərik”.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

“İsa istedadlı, ağıllı, dərrakəli, həyat dolu, hətta deyərdim bizim tayfanın içərisində ən fərqli uşaq idi. 17 yaşlı uşaq proseslərə 30 yaşlı insan kimi yanaşırdı. O qədər mədəni uşaq idi, hətta nəsə olanda anasından “niyə?” deyə soruşmazdı”.

Bunu açıqlamasında tanınmış şair Rüstəm Behrudi qardaşı oğlu İsa Alməmmədovun intiharı ilə bağlı danışarkən deyib.

R.Behrudi İsanın öz mənzillərində intihar etdiyini bildirib:

“Qaraçuxurdakı evlərindən çıxıb şəhərdəki evlərinə gedib. Evləri 15-ci mərtəbədə yerləşir. Orda oturub qaranlıq düşməsini gözləyib və saat 12-nin yarısında özünü atıb”.

R.Behrudi İsanın ölümünün intihar olduğunun dəqiqləşdiyini deyib:

“Çünki intihardan əvvəl xaricdəki qardaşına zəng edib. Halallıq istəyib, sonra da deyib ki, “bağışlayın, mən yaxşı qardaş ola bilmədim”. Hamıdan razılıq edib, ata-anasını çox istədiyini deyib. Onun belə danışmağından qardaşı şübhələnib. Bacımın digər oğluna zəng edib ki, “get İsaya baş çək, gör nə edir”. Bir mərtəbə fərqi olub binada, bacım oğlu bir mərtəbə aşağı düşüb gələnə kimi İsa intihar edib. İntihar edəndə qapını da açıq qoyub. Prokurorluq işçiləri də ölümün intihar olduğunu bildirdi. Evin kiçik uşağı idi, özündən böyük iki qardaşı var”.

R.Behrudi sosial şəbəkələrdə İsanın depressiyada olduğuna, imtahandan az bal yığdığına görə intihar etməsilə bağlı yazılanları nağıl adlandırıb:

“Bunu heç kim deyə bilməz. O an o nə düşünüb, niyə edib biz bunu deyə bilmərik. O həyat dolu uşaq idi, depressiya, imtahan nağıldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir