“Azərkitab” Kitab Mərkəzində uydurma “erməni soyqırım”ı ilə bağlı real/virtual formatlı bəynəlxalq tədbir

23 aprel tarixində “Azərkitab” Kitab Mərkəzində uydurma “erməni soyqırım”ı ilə bağlı real/virtual formatlı tədbir keçirilib. Tədbirdə professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, tarixçi, araşdırmaçı alimlər Cahangir Afşar, Xaqani İsmayıl iştirak ediblər. Türkiyədən “Zoom” proqramı vasitəsi ilə araşdırmaçı, tarixçi alimlər Timsal Karabekir, Zakir Acar, Teymur Qasımlı, professor Roza Kurban və başqa qonaqlar da mötəbər məclisə qatılıblar.

Daha sonra professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, tarixçi, araşdırmaçı alimlər Cahangir Afşar, Xaqani İsmayıl iştirak ediblər. Türkiyədən “Zoom” proqramı vasitəsi ilə araşdırmaçı, tarixçi alimlər Timsal Karabekir, Zakir Acar, Teymur Qasımlı, professor Roza Kurban və başqa qonaqlar problematik mövzu ətrafında çıxış etdilər, təkliflərini irəli sürdülər, onlara ünvanlanan sualları cavablandırdılar.


Tədbiri giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açıb.
Əsas məqsəd erməni xislətini bütün dünyaya çatdırmaq və bunu gənclər arasında tanıtmaq olduğunu bildirən Sabir Həsənov iki qardaş ölkənin intellektuqllarının erməni yalan və iftiralarını ifşa etmək istiqamətində atılan addımları yüksək dəyərləndirdi.

Sonda qərara alındı ki, bu mövzuda ardıcıl olaraq silsilə tədbirlər təşkil olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir