Prezident İlham Əliyevdən səhiyyə sahəsində ciddi islahat. Oktay Şirəliyevi əvəz edən Teymur Musayev kimdir?

Oktay Şirəliyevi əvəz edən Teymur Musayev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad olunub.

Ölkə başsının digər sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib və səhiyyə naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb.

Teymur Yusif oğlu Musayev haqqında məlumatı sizə təqdim edirik/

O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərdə Strasburq Universitetində, 2013-2015-ci illərdə isə RİSEBA & Riqa Stradis Universitetində təhsilini davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness& SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Oqtay Şirəliyev vəzifəsindən azad edildi

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.

1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib. 1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olub.

2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı alıb.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilib.

Səhiyyə Nazirliyində müavinlərin sayı artırıldı – FƏRMAN

Azərbaycanın Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib.

Bundan başqa, fərmana əsasən Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir