Səhiyyə, tibb, həyat bilgiləri və yaşam ensiklopediyası – 2


Kişiləri əsəbləşdirəcək XƏBƏR: Uşağa daha çox gen anadan keçir

“Yəhudilər genofond məsələsində ana xəttinə daha çox üstünlük verirlər. Yəni anası yəhudi olmayanı onlar özlərindən hesab etmir. Əslində bunun elmi əsası var”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasında yeni yaradılmış Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda genomun quruluşu və ekspedisiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bildirib.

O bildirib ki, hüceyrənin daxilində nüvə genomundan başqa mitoxondri genomu da var. Bu, hüceyrənin enerji mənbəyidir. Çünki orqanizm üçün lazım olan ATF enerjisi orada formalaşır: “Bu isə yalnız ananın yumurta hüceyrəsi ilə gələcək nəslə ötürülür. Spermatozoiddə mitoxondri toplanan quyruq hissəsi mayalanmada iştirak etmir, qırılıb qalır çöldə. Ona görə də deyə bilərik ki, gələcək nəslə daha çox gen anadan keçir. Çünki hamımızın mitoxondri genomumuz ana xəttimizdən gəlir. Bunun özü də elə bil ki, təbiət tərəfindən verilən bir siqnaldır. Bu məsələ məhkəmə tibbi ekspertizasında da xüsusi rol oynayır. İnsanın ana xətti ilə qohumluğunu bu vasitə ilə müəyyənləşdirmək çox asanlaşır. Mən özüm də uzun müddətdir ekspert kimi işləyirəm. Mübahisəli atalıq və analıq məsələlərini beləcə rahat müəyyənləşdirmək mümkündür”.

Ə.Məmmədov genofond məsələsində daha çox qadınların iştirak etdiyini vurğulayır. Onun sözlərinə görə, əgər məsələyə genlərin sayı baxımından yanaşsaq təbii ki, qadınların rolu böyükdür. Analardan övlada daha çox gen verilir:  “İdman genetikası deyilən elm sahəsi çoxdan inkişaf edib. Biz də Azərbaycanda bu istiqamətdə yeni nələrsə etməyə çalışırıq. Əsasən sürət, dözümlülük, güc məsələsinə diqqət yetirilir. Bu üç keyfiyyəti formalaşdıran ayrıca genlər var. Hələ mikrobiologiyanın inkişafından əvvəl elmdə ata və anası idmanda nailiyyət göstərən idmançılarla, valideynlərindən yalnız biri idmançı olan və heç biri idmançı olmayanları müqayisə ediblər. Müəyyən edilib ki, 1-ci variantdakı cütlüklərin övladları o birilərinə nisbətən 70 faiz üstünlüyə malikdir. Hətta bu uşaqlar valideynlərindən də yüksək nəticələr əldə edə bilirlər. Yəni hibrid həmişə valideynə nisbətən daha güclü olur. Sağlam genlər bir genomda cəmləşir və nəticə daha da yüksək olur”.

Mütəxəssis ölkədə xüsusi qabiliyyəti olan insanların, Azərbaycanın tarixində öz sözünü demiş şəxslərin nəsillərinə genlərinin sıradan çıxmaması üçün daha diqqətlə yanaşmaq mövzusuna da toxunub: “Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, hətta spermasını saxlayıblar. Yəni bu görkəmli insanların genlərini o ehtimalla saxlayıblar ki, nə vaxtsa onlar klonlaşdırılacaq. Bu, bir neçə il əvvəl daha geniş vüsət almışdı. Təbii ki, lazımlı hesab etdiyimiz insanların genomu dediyimiz xromosomlarını dondurub saxlamaq mümkündür. Bu, artıq çoxlarına məlumdur ki, bəzi zəngin insanlar sağalmaz xəstəliyə yaxalanıblar deyə, özlərini dondurub saxlatdırıblar ki, həmin xəstəliklərin müalicəsi tapılan vaxt onları ayıltsınlar”.

DÜNYANI ŞOK EDƏN ADAM: 3 DƏQİQƏDƏ XƏRÇƏNG SAĞALA BİLƏR!

Dünyanı Şok Edən Adam: 3 Dəqiqədə Xərçəng Sağala bilər!

Etməyiniz Lazım Olanlar Hamısı burada: Bu nəzəriyyə, xərçəngi müalicə etməyə yönəlmiş nəzəriyyələri ilə məşhur Amerikalı yazıçı Gregg Braden tərəfindən kəşf edildi. Yəni, duyğularımızın DNT üzərində bir təsiri olduğunu iddia edir, dua və müsbət fikirlər kimi kollektiv ideyaların gücü, hər cür fiziki narahatlığımızın müalicəsində köməkçi ola biləcəyini iddia edir.

Xərçəng Hüceyrələrinə Hisslərin Təsiri
Xərçəngin təsirləri, əlamətləri ilə düşüncələr arasındakı birgə məlumatlandırmaq yolu ilə dayandırıla və hər şeyi bir araya gətirən bir SAHƏ vardır. Adı çəkilən sahə, 1996-ci ildə aparıcı elm jurnalı Nature No. 332de sübut olunmuş və elmi olaraq açıqlanmışdır. Duyğular və düşüncələr üzərində nəzarət, düşüncələrimiz və duyğularımız elektromaqnit sahələr yaradır və dalğaları bədənimizdə bir metrə qədər çata bilər. Nikola Tesla (kablosuz elektiriğin ixtiraçı), gələcəkdə insanların fikirlərinin gücünü istifadə edərək elektrik enerjisi yaradacağını və bunun fikirlərimizin güclü bir enerji mənbəyi ola biləcəyi anlamına gəldiyini bildirmişdi. Ancaq burada hiss etdiyimiz və gördüyümüz hər şey haqqındakı qarışıq düşüncələr yerinə, güclü və cəmlənmiş düşüncələr olmalıdır. Kütləvi fikirlər son dərəcə güclü elektromaqnit sahə yarada və ətraf mühit üzərində güclü təsiri ola bilər.

Bura qədər bir az elmi bir yazı olduğunun fərqindəyik, amma aşağıda daha açıq şəkildə izah edəcəyik.
Amerikalı yazıçı Gregg Braden: “7,5 cmlik şiş 3 dəqiqədə müalicə edilib”.
Bir Çin xəstəxanasında, gerçək bir dəlil olan bir video qeyd edilib. Video, təxminən 3 dəqiqə içində 3 2.5 santimetrelik bir ölçüyə malik bir xərçəng şişi ortadan qaldırmağı və bir ultrasonik ekranda bütün prosesi təqib etdiyini göstərir. Güclü elektromaqnit radiasiya istehsal etmək istəyirsinizsə, hisslərinizi və hisslərinizi idarə etməyi öyrənməlisiniz.

Duyğular ilə DNT dəyişdirə bilərsiniz!
Dnamız duyğuların güzgüsü kimidir. Məsələn: “Bir Gün xoşbəxt olacağam, sağalacağam, ya da yeni bir iş tapacağam və s”. Güzgü bunları tutacaq olub olmadığını bizə söyləyəcək. Amma, mən pisəm sanki bu həqiqətən olmaz, iş tapmıram, xəstə olacağam desək genimizdə bir dəyişiklik ortaya çıxır və özümüzü pis hiss edərik. Duyğu və inamımız həyatımıza və xüsusilə xəstəliklərin əmələ gəlməsi və müalicəsi ilə əlaqəli, olduğunu deyir. Həyatımızı və özümüzə olan bitən hər şeyi nəzarət etmə gücünə malik olan hisslər, düşüncələr, inanc və duyğulardır.

SaqlamHeyat.az bu xəbəri xarici mətbuata istinadən xüsusi hazırlayıb. Bu xəbər bizim həyatımızı dəyişdi. Sizin də yaşamınızı dəyişdirəcəyinə əminik.

Yaşla və ya səhhətinizdəki müxtəlif problemlər nəticəsində üzünüzdə qara ləkələr və piqmentlər yarana bilər

Bu, qeyri-sağlam qidalanma, eləcə də günəş şüalarının mənfi təsiri ilə də bağlı ola bilər.

İstənilən halda problem dəridə öz izini qoyur.

Bu yazıda oxucuları piqment ləkələrinin öhdəsindən gəlməyə kömək edəcək səmərəli və təbii vasitələrlə tanış edibik.

1. Çiy kartof

Çiy kartofda bir çox faydalı maddələr, o cümlədən C vitamini var. Bu dəri hüceyrələrin yeniləşməsini sürətləndirir və təravətləndirir. Bunun üçün gecə yatmazdan əvvəl üzünüzü 10 dəqiqə çiy kartof dilimi ilə 3-4 dəfə silmək tövsiyə olunur. Əgər dəriniz həddən artıq qurudursa, kartof dilimini bir az su ilə islatmaq olar.

2. Təbii yoqurt

Təbii yoqurt üz dərisinin müalicəsi üçün gözəl vasitədir. Onda dərini yumşaldan, nəmləndirən və ləkəni təmizləyən süd turşuları var. Yoqurtun maksimum səmərəli işləməsi üçün onu üzün ləkəli hissələrinə sürtün və sadəcə, 20 dəqiqə saxlayın. Bir neçə prosedurdan sonra effektini görəcəksiniz.

3. Əzvay

Müalicəvi əzvay bitkisi təkcə yanıqlarda və digər problemlərə kömək etmir. O, həm də dəri üçün əla vasitədir. Onda ölü hüceyrələri təmizləyən, dərinin regenerasiyasını gücləndirən və piqment ləkələrdən xilas olmağa kömək edən fermentlər var. Mütəxəssislər hər gün əzvay yarpaqların şirəsindən istifadə etməyi məsləhət görürlər. Bunun üçün üzünüzə hər gün sadəcə əzvay şirəsi çəkin.

4. Alma sirkəsi

Alma sirkəsində dərinin yenilənməsinə və təmizlənməsinə kömək edən bütöv bir təbii maddələr kompleksi var. Onun tərkibindəki xassələr piqmentləri azaltmağa kömək edir. Alma sirkəsinə batırılmış pambıq diskin köməyi ilə ləkələri silin. Bunu bir ay ərzində mütəmadi olaraq edin. Əgər dəriniz çox həssasdırsa və qıcıqlanırsa, onda sirkənin təsirini zəifləşdirmək üçün içinə bir az su əlavə edə bilərsiniz.

5. Sarıkök

Sarıkök dəri üçün həm çox gözəl müalicə, həm də iltihab əleyhinə güclü vasitədir. Təbii kosmetika tərəfdarları onu maska şəklində hər həftə istifadə etməyi tövsiyə edirlər. Bu, nəinki dərinin ümumi vəziyyəti yaxşılaşdıracaq, həm də piqment ləkələri azaltmağa kömək edəcək.publika.az

Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Sarıkökü hətta “təbii antibiotik” adlandırırlar. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.

Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.

Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.

Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.

Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir. Sarıkök bu ziyanlı maddələri yox edir.

Bundan əlavə sarıkök mədə-bağırsaq sistemində olan iltihabla mübarizə aparır.

Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər.

Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir.

Sarıkök qara ciyər üçün də çox xeyirlidir – qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.

Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir.

Sarıkök qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər.

Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir.

Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.saglamolun.

Xəstəliklərə işarə edən bədən qoxuları – aseton, sirkə, balıq, xarab ət…

Bəzi xəstəliklər zamanı insanın bədən qoxusu dəyişilir, insandan qəribə iy gələ bilər. Bu orqanizmdə gedən patoloji proseslərin nəticəsidir.

– Aseton iyi

İnsanın tərindən aseton iyi gəlirsə bu əksər hallarda şəkərli diabetə işarə edir. Bu çox təhlükəli simptomdur. Kəskin aseton iyi diabetik komanın yaxınlaşmasına işarə edir.

Saglamolun.az bildirir ki, həmçinin aseton iyi həzm orqanları, böyrək və qaraciyər xəstəliklərinə işarə edə bilər.

– Pişik iyi

Bəzi pozulmalar zamanı insandan pişik sidiyinə oxşar iy gələ bilər. Bu əksər hallarda böyrək problemlərinin simptomudur.

– Sirkə iyi

Güclü tərləmə və tərdən sirkə iyinin gəlməsi nəfəsalma sisteminin xəstəliklərindən xəbər verə bilər. Qadınlarda belə iy süd vəzi xəstəliklərinə (məsələn, mastopatiyaya) işarə edə bilər.

– Balıq iyi

Bu iy maddələr mübadiləsi pozulmaları zamanı yarana bilər. Qadınlarda cinsiyyət orqanlardan balıq iyli ifrazatlarin gəlməsi cinsi yolu ilə keçən infeksiyalara işarə edir.

– Şirin meyvəli iy

Bu qanda şəkərin yüksək olmasının simptomu ola bilər. Həmçinin difteriya zamanı da insandan bu iy gələ bilər.

– Xarab ət iyi

Belə iy onkoloji xəstəliklər zamanı hiss oluna bilər.

Həyat yoldaşına xəyanət edən BÜRCLƏR – Hamıdan gizlədilən GÜNAHLAR

Dünyada günahsız və səhvsiz insan yoxdur. Hərənin öz qaranlıq keçmişi və balaca da olsa, günahları var. Bu da həyatın təbii qanunauyğunluğudur. İnsanlar həyatı elə öz səhvlərinin üzərində öyrənir, onlardan düzgün nəticə çıxarır. O da reallıqdır ki, hər birimizin düzəldə bilmədiyimiz zəif cəhətlərimiz var.
Astroloqlar bu dəfə bürclərin gizlətməyə çalışdığı zəif cəhətlərinin cədvəlini hazırlayıb.

Qoç – Yarış
Siz çox iddialı şəxsiyyətsiniz. Bu isə sizi daim başqaları ilə mübarizə aparmağa məcbur edir. Qalibiyyətə o qədər köklənirsiniz ki, ətrafda baş verən heç nəyi hiss etmir və olanalara fikir vermirsiniz. Siz arxayınlaşmağı və həyatdan zövq almağı öyrənməlisiniz.
Buğa – Zövq
Siz hər şeyin ən yaxşısını istəyirsiniz. Məsələn, yataq mələfələriniz mütləq ipək materialdan olmalıdır. Qab-qacağın da yalnız gümüş və ya qızıl qablardan olmasına xüsusi diqqət göstərirsiniz. Bəs siz bilirdiniz ki, həddən artıq dəbdəbəli həyat tərzi sürmək günahdır? Əlbəttə ki, seçim yenə də sizindir.
Əkizlər – Qeyri-müəyyənlik
Sizin dediklərinizə müxtəlif tərəflərdən baxmaq lazımdır. Məsələn, adi xoş komplimentinizi asanlıqla incə atmacaya yozmaq olar. Bəzən də əksinə. Bu da Əkizlərin tez-tez uğursuzluğa düçar olması ilə nəticələnir.
Xərçəng – Zina
Zina evli olduğu halda həyat yoldaşına xəyanət etmək və başqası ilə cinsi əlaqədə olmaq deməkdir. Təəssüf ki, müasir dünyada zina elə də qorxulu günahlar cərgəsinə daxil edilmir…
Şir – Xudpəsəndlik
Yox, siz heç də narsist və özünə inamlı şəxsiyyət deyilsiniz. Sadəcə, hamıdan yaxşısınız və bunu digərlərindən gizlətməyə ehtiyac görmürsünüz.
Qız – Qeybət
Siz başqalarının həyatı haqqında danışmağı çox sevirsiniz. Hərdən iradlarınızı özünüzə də bildirməyə çalışın. Yəqin ki, onda başqalarını olduğu kimi özünüzü də öz tənqidlərinizə inandıracaqsınız…
Tərəzi – Avaraçılıq
Əyləncə həyatınızı parlaq edir. Dostlarla məclislər sizin üçün təmiz hava kimi vacibdir. Lakin qapalılıq haqqında da unutmayın. Axı orada daha qiymətli nə isə var.
Əqrəb – Şəhvət
Əlbəttə ki, təbiət etibarilə siz kifayət qədər ehtiraslısınız. Əxlaqsız və azğın hesab edilən məsələlərə sizin öz baxışlarınız var. Xoşbəxtlikdən siz “sola” getməyə meyilli deyilsiniz. Sizin böyük mətanətinizə cəsarətlə həsəd aparmaq olar.
Oxatan – Boşboğazlıq
Dostlarınızla oynamağa sadəcə pərəstiş edirsiniz. Onlara özünüzdən uydurduğunuz hekayələr danışırsınız və çox güman fəxr edirsiniz ki, bununla istənilən kəsin əhval-ruhiyyəsini qaldıra bilərsiniz. Bəs ulduzlar sizə dilinizi dinc qoymağı məsləhət görərsə? Çətin ki, siz onlara qulaq asacaqsınız…
Oğlaq – Acgözlük
Siz çox qonaqpərvərsiniz, ehtiyacı olanlara öz diqqət və qayğınızı bəxş etməyə həmişə hazırsınız. Amma pul məsələsində çox həssassınız. Siz onlar üçün çox şey edə bilərsiniz. Məgər özünü və ailəsinin rifahını təmin etmək günahdır? Ola bilsin ki, bu günah yox, sadəcə ehtiyatlılıqdır.
Dolça – Dikbaşlıq
Siz heç vaxt ətrafdakıların məsləhətlərinə qulaq asmırsınız. Odur ki, bu bürcün nümayəndələrinə onların ürəyincə olmayan işi görməyə məcbur etmək sadəcə mümkün deyil. Sizin öz dəyərlər sisteminiz və öz avtoritetləriniz var, hansı ki, onlar hamılıqla qəbul edilmiş qayda-qanunlardan çox uzaqdır.
Balıq – İstedadınızı boşa sərf edirsiniz
Siz çox istedadlı və yaradıcı şəxsiyyətsiniz. Amma uğur əldə etmək üçün səy göstərmək lazımdır. Siz isə bunun üçün nəsə etmək və güclənmək fikrində deyilsiniz. Hər halda sınamağa dəyər. Bəlkə də dünyanı dəyişmək və gözəlləşdirmək üçün gücünüz tapılar.

Publika.az

Kişilərə şok xəbərdarlıq: Bu qadınlarla evlənməyin! — SİYAHI

Səkkiz tip qadınlar nigah üçün uyğun deyil

Aşağıda sadalanan tipdə qadınlar kişilərin həyat qurması üçün münasib sayılmır.

1. Dəyişgən təbiətli qadınlar. Bu qadınlar hər üç dəqiqədə fikirlərini dəyişə bilirlər. Onların əhval-ruhiyyəsi ildırım sürətində dəyişir. Onun nə edəcəyini və ya hansı fikirlə bitəcəyini heç vaxt bilmirsən.

2.Həyasız və şüvən qadınlar. Qlobal bir paradoks – qadınlar qısqanc və şüvən olmaq üçün dərsliklərdən istifadə edir və oxuyurlar, kişilər isə ümumiyyətlə belə qadınlarla evlənməyə can atmırlar.

3. Feminist qadınlar. Burada hər şey çox sadədir – belə qadınların özləri evlənmək istəmir, çünki hər şeyi özünün necə edəcəyini bilir və həyat üçün kişiyə ehtiyac duymur.

4. Çox bilmiş qadınlar. Yaxşı olardı ki, onlar yalnız ensiklopedik biliklərindən dinc məqsədlər üçün istifadə etsin, ancaq bu cür qadınlar bununla məhdudlaşmır – fikirlərini kişilərə tətbiq etməyə çalışırlar, davalarını hər şeydə sübut etməyə çalışırlar.

5. Daim şikayət edən qadınlar. Bu qadınlar hər şeydən şikayət edirlər – pis işindən, paxıl dostlarından, uğursuz bir saç düzümündən və layiqli kişilərin olmamasından. Onlar həmişə acınacaqlı və acizdirlər. Nadir hallarda kişilər bu cür qadınlarla həyat qururlar.

6. Özünü necə aparacağını bilməyən qadınlar. İçən, siqaret çəkən, söyüş söyən və döyüşən qadınlara kişilərin ehtiyacı yoxdur.

7. Yaltaqlıq edən qadınlar. Belə xanımlar kişiyə yalnız eşitmək istədiyini söyləyirlər. Ancaq yalnız toydan əvvəl.

8. Ümumi nəzarəti təşkil edən qadınlar. Normal və adekvat bir kişi bir qadına həyatının tamamilə bütün sahələrini – dostlardan və corab seçməyinə qədər idarə etməsinə icazə verməz.

Badimcanı soyduqdan sonra onun qabıqlarından elə bir məcun hazırladı ki…Həkimlər belə şokda…

Badımcan qabıqları olduqca faydalı antioksidant maddələrlə (antosian, resveratrol, nasunin) zəngindir.

Hipertoniya sizi özü tərk edəcək!
Bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində qoruyur.

Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır. Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə badımcan qabıqlarının dəmləməsi çox yaxşı kömək edə bilər. Bu dəmləmə aterosklerozun inkişafını ləngidir, hipertoniya zamanı yaxşı kömək edir.

Dəmləmənin hazırlanması:

1 orta ölçüdə badımcan soyulur, qabıqları doğranılır, axşamdan termosda 250 ml qaynar suda dəmlənilir, növbəti gün ərzində içilir. Dəmləməni 3-4 hissəyə bölün və qida qəbulundan 20 dəqiqə əvvəl için. Müalicə kursu – 1 ay. Sonra 1 ay fasilə verin və yenə təkrarlayın.

Bu dəmləmə həmçinin şəkərli diabetdən əziyyət çəkələrə də faydalıdır – qanda şəkərin səviyyəsini tənzimləyir.

Bundan əlavə bu dəmləmə orqanizmə şişəleyhinə təsir edir.

Bunu biləndən sonra telefonu özünlə heç vaxt tualetə aparmayacaqsan!

Hər bir müasir insan telefona hava və su kimi ehtiyac duyur. Həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonları bir an belə olsun əlimizdən kənara qoymaq istəmirik. Yuxudan duranda da, yemək yeyəndə də, işləyəndə, yolda gedəndə, hətta yatanda belə telefondan ayrılmırıq. Ən maraqlısı və dəhşətlisi isə bu texnologiyanın özünə tualetdə də yer etməsidir. Bəli, artıq tualetdə mesajlaşmaq çoxları üçün adi hal alıb. Çünki zərərli vərdişlər daha tez və daha asan başa gəlir, nəinki faydalı!
Tualetdə telefondan istifadə etmək nəinki qəribə, eyni zamanda çox zərərli vərdişdir.


Gigiyena riayət olunması
Tualetdə telefon istifadə edən insan orada lazım olduğundan daha çox vaxt keçirəcək. Amma bu vərdişin zərərli tərəfləri sadəcə həyatın bir neçə qiymətli dəqiqəsinin itirilməsi ilə bağlı deyil.
Gigiyena üzrə mütəxəssis və doktor Liza Əsgərlinin sözlərinə görə, smartfon telefonları ayaqyoluna özü ilə aparan şəxs yüksək ehtimalla zəhərli bağırsaq infeksiyasına yoluxacaq. O, bildirib ki, əgər mütəmadi olaraq tualetdə telefon istifadə edirisinizsə, onda gigiyenik proseduralardan sonra əlləri yumaq heç bir rol oynamayacaq: “Gigiyenik qaydalar əhəmiyyəti əvəzedilməzdir. Bu qanunu pozmaq isə dəhşətli əziyyətlərə bərabərdir. Çünki patogen mikroorqanizmlər təkcə əl dərisində qərarlaşmır, onlar istənilən yerdə sərbəst yaşayır. Telefonun ekranı isə mikrobların rahat yaşaması üçün münbit, gözəl və isti yerdir. Telefonla danışaraq onu üzə tutur və belə dəriyə zərər vermiş oluruq. Hətta yemək zamanı da tez-tez telefon istifadə edirik. Bu zaman ekranda özünə əməlli-başlı yuva quran xoşagəlməz mikroblar fəaliyyətə keçir. Zərərli bakteriyalara yoluxmanın nəticələri acınacaqlı ola bilər. Spazmalar, ürəkbulanma, qusma, mədə pozğunluğu və s. Hətta Salmonelli bakteriyası bəzi hallarda ölümə gətirib çıxara bilər. Odur ki, tualetdə, xüsusilə adamların çox olduğu ictimai yerlərdə telefondan istifadə vərdişini tərgitmək lazımdır. Smartfon və ya planşetin ekranını vaxtaşırı olaraq dezinfeksiyaedici vasitələrlə təmizləmək faydalı olacaq. Spirtlə və ya sirkəyə azca batırılmış pambıqla telefonu ehmalca təmizləyin. Ekranın təmizləməsi nəmli salfetlərlə də mümkündür”.

Publika.az

Boyunda duz yığılmasına qarşı super resept-Baş ağrısı, yorğunluqda da sınayın

Boyunda, xüsusən arxasında onurğa fəqərələri üzərində duz yığılması əslində boyun fəqərələrinin ostexondrozudur. Bədənin bu hissəsində hər hansı problem bütün bədən və başda pozulmalar yaradır.

Boyundan çox sayda damar və sinir keçir. Burda sinirlərin sıxılması, damarların tutulması baş ağrısı, ətrafların keyiməsi, yuxu pozğunluğu, yorğunluq yaradır.
Sizə ev şəraitində çox dərmandan effektli olan effektiv bir kompres reseptini təqdim edirik.

Sizə lazımdır:

Kartof -2 ədəd
Bal – 50 qr
Zeytun yağı – 20 ml

Kartofu sürtgəcdən keçirib, bal ilə qarışdırın. Onu tənzif və ya pambıq parçanın arasına maska kimi yaxıb, boyun və çiyin hissəyə qoyun. Üzərindən selofan qoyub, isti bağlayıb. 2-3 saat saxlayın. Sonra kompresi goturub, qalıqları salfet ilə silin və həmin nahiyəyə isidilmiş yağ çəkin. Bərk sürtməyin.
Bir kurs 7 gündür. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir