“Azərkitab”da “Nizami Gəncəvi İli” ilə bağlı tədbir

Azərbaycan kitabı və ədəbiyyatını təbliğ etmək üçün davamlı olaraq silsilə tədbirlər keçirən “Azərkitab”da aprelin 17-də “Nizami Gəncəvi İli” ilə bağlı növbəti kreativ – real/virtual formada məclis keçirilib.

Tədbir Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və “Azərkitab”ın birgə təşkilatçılığı ilə baş tutub.

Məcliadə Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov və həmin kafedranın yaradıcı tələbələri iştirak ediblər. Onlar Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemalarından parçalar səsləndirib, qəzəllərini ifa edib və müxtəlif hekayələrini canlandırıblar.

Görüş eyni zamanda İnternetdə – “Zoom” proqramı vasitəsi ilə onlayn formatda 55 milyonluq dünya azərbaycanlılarına təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir