Öz həkiminiz olun və 100 il sağlam yaşayın: müxtəsər bio-tibbi yaşıl sağlamlıq ensiklopediyası

Qoz yarpağının möcüzəvi faydaları: sifilis, egzema, saç tökülməsi, mədə, qaraciyər və qanı təmizləyir…1001 dərdin tək dərmanı!

Qozun yarpağı iyun ayında yığılmaya hazır hala gəlir. Qış mövsümündə qoz ağacı yarpaqlarını tökür. Yarpaqlar toplandıqdan sonra kölgə və sərin bir yerdə qurumağa qoyulur. Qurutma prosesi bitdikdən sonra isə, hava almayacaq bir şəraitdə saxlanmalıdır.

Qoz yarpağının faydalarını sizə təqsdim edirik:
-Qoz yarpağının qan durdurucu, qüvvətləndirici tonik və bağırsaqlardakı qurdları salma xüsusiyyəti var

-Yarpağın çayı, həzm problemlərində, qəbizlikdə, iştahsızlıqda və qan təmizliyində təsirlidir. Davamlı istifadə edildikdə sarılıq kimi xəstəliklərə də faydalıdır.

-Qan şəkərini salma və qüvvət verici təsiri vardır.

-Dəri xəstəliklərində antiseptik olaraq xaricdən istifadə edilir.

-Qoz yarpağı qaynadılaraq, sifilis, egzema, herpes, raşitik xəstəliklərində, sümük çürüməsində, sümük deformasyonunda, iltihablı əl və ayaq dırnaqlarında da istifadə edilə bilər.

-Qaşınan bölgələrdə qozun qabığının qaynadılmış suyu ilə duş qəbul edildikdə sağalma baş verir.

-Bu su ilə edilən duş yetkinlik sızanaqlarında, ayaq tərinə və qadınlarda gələn axıntılara yaxşı təsir edir.

-Ağız boşluğundakı iltihabı, dişəti, boğaz və qırtlaq xəstəliklərində qarqara edilir.

-Qoz yarpağının qaynama suyu çoxlu saç tökülməsində saçların dibinə masaj edərək vurulduqda yaxşı təsir verir. Bu su həmçinin bitlərin məhvi üçün də təsirlidir.

-İyunun ortasında yığılan qoz, mədə, qaraciyər və qanı təmizləyən, bağırsaq çürüklüyünü aradan götürən yeni çalar əldə edilir.

-Diqqət: içərisində olan tanen maddəsi bəzi şəxslərdə ürək bulantısına, qusmağa səbəb ola bilər. Bundan başqa heç bir yan təsiri yoxdur.

Qoz yarpağının çayı:
1) Yarım və ya bir çay qaşığı incə kəsilmiş yarpaq, bir stəkan dolu qaynar suda qaynadılır. 4-5 dəqiqə dəmlənir və süzülür. Gün boyunca 1 və ya 2 stəkan qurtum-qurtum içilir.
2) Yarım və ya 1 çay qaşığı incə kəsilmiş yarpaq, 1 stəkan soyuq suya tökülür,qaynayana qədər odda saxlayırıq və 2-3 dəqiqə az odda qaynadırıq. Gündə 2-3 stəkan içilir.

Duş hazırlamaq:
Bunun üçün 2 ovuc incə kəsilmiş yarpaq axşamdan 2-3 litr suda saxlanılır. Sabah az odda 4-5 dəqiqə qaynadıqdan sonra duş alacağınız suya əlavə edilir.


Alça – azkalorili və çox faydalı meyvə


Alçanın tərkibində alma və limon orqanik turşuları, A, B qrupu, C , PP vitaminləri, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib minerallar, pektinlər, qidalı liflər və s. var.
Alçanın bağırsaqları işlətmək, qəbizliyi aradan qaldırmaq xüsusiyyəti xalq təbabətində geniş istifadə olunur.
Alça vitamin çatışmazlığı, qanazlığı zamanı da kömək edir.
Alçanın tərkibində olan orqanik turşular orqanizmdə xolesterolun səviyyəsini tənzimləyir və bununla da ürək-damar sistemi xəstəliklərinin inkişafının riskini azaldır.
Kalium və maqneziumla zəngin olan alça ürək əzələsini möhkəmləndirir, aritmiyaların qarşısını almağa kömək edir, arterial təzyiqi aşağı salır.
Alça sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir edir.
Qidalı liflər və pektinlərlə zəngin olan alça mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir edir, metabolik prosesləri sürətləndirir, xərçəng və şəkərli diabetin inkişafı riskini azaldır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Alça tumlarının ləpələri də çox faydalıdır. Onların tərkibinə qlikozid amiqdalin daxildir. Amiqdalin güclü xərçəngəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, lakin çoxlu miqdarda istehlak etdikdə zəhərlənməyə səbəb ola bilər.
Qırmızı alça növləri daha faydalı sayılır. 

BABASİL VƏ ANAL ÇATI üçün çox sadə və sınanılmış üsul

Babasil və düz bağırsaq çatı haqqında bir neçə paylaşmlar etsəmdə bu resept çox sadə və çox faydalı olduğu üçün paylaşıram. Bu reseptdən babasilin bütün formalarında istifadə etmək olur, mən deyərdim həqiqətən möcüzəvi bir reseptdir. Deməli gündə yeməkdən əvvəl 10-15 ədəd zoğal tumu udmaq lazımdır, bunu birdəfəyə də uda bilərsiniz, gün ərzində yavaş-yavaş da uda bilərsiniz müalicə müddəti xəstəliyin ağırlıq və yüngüllük dərəcəsindən asılı olaraq 15-30 gün ola bilər. İstəsəniz 1 aydan sonra 10 gün fasilə verib müalicəni yenə davam etdirə bilərsiniz. Xatırladım ki, qurudulmuş zoğal tapmasanız, zoğal mürəbbəsinin tumunu da uda bilərsiniz.

Görmə qabilliyyətini yaxşılaşdırır, xərçəngi sağaldır, təzyiqi və diabeti tənzimliyir…Faydaları sizi çox təəccübləndirəcək!

Görmə qabilliyyətini yaxşılaşdırır, xərçəngi sağaldır, təzyiqi və diabeti  tənzimliyir…Faydaları sizi çox təəccübləndirəcək! Sarımsaq və  bal möcüzəsi.  Bir çox xəstəliyin sağalmasında olduqca təsirli olan bu qarışığın əsası sarımsaq və baldan ibarətdir. Soyuqdəymədə, yüksək təzyiqə, iltihab, astma, yorğunluq və halsızlıqda, infertilite və hətta xərçəngə qədər bir çox xəstəliyin müalicəsində istifadə edilir.  

Bununla yanaşı, pis xolesterinin səviyyəsini aşağı salmağa və immunitet sistemini gücləndirməyə də çox faydalıdır. Yaşla bağlı olaraq və ya genetik və ekoloji amillərdən asılı olaraq gözlərin görmə qavilliyyəti açağı düşür. Görmə qüsurları arasında ən çox yaxından görmə pozğunluğu önə çıxır. Ekspertlər bu problemdən təbii yollarla xilas olmağın mümkün olduğunu bildirərək, bu çöcüzəvi resepti təqdim edirlər: 

 LAZIM OLAN ƏRZAQLAR: 3 diş sarımsaq,10 xörək qaşığı bal,200 q. Kətan toxumu yağı,4 limon. HAZIRLANMA QAYDASI: Sarımsağı soyub, həvəngdəstədə bə ya blendrda əzin,  sonra limonu soyub onu da blendra atın, sarmısaqla birlikdə. Daha sonra bal və kətan toxumu yağını əlavə edin. Taxta qaşıqla yaxşıca qarışdırın. Şüşə bankaya doldurub, soyuducda mühafizə edin. Yemək öncəsi 3 dəfə 1 qaşıq(xörək qaşığı)  yeyin.

Qulaq infeksiyasına əlvida! həkimsiz və dərmansız 1 gün ərzində bu infeksiyanı müalicə etmək mümkündür!

Qulaq ağrısı orta qulağın infeksiyası xəstəliyidir. Qulağın iltihabi prosesi isə otit adlanır. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları – soyuqdəymə və qripdən sonra yaranır. Ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi də qulaq iltihabına səbəb olur. Bununla yanaşı, burun-udlaqda baş verən adenoid və burun çəpəri əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.

Həmçinin, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi qulağın təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.

Otitlər daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetinin zəifliyindən asılıdır.

Hər cür qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. SaqlamHeyat.az xarici mətbuata istinadən , qulaq iltihabını aradan qaldıran təbii müalicə üsullarını təqdim edir:

1. Alma sirkəsi

Alma sirkəsi qulağın ph dəyərini tarazlaşdırmaq üçün çox yaxşı təbii vasitədir. Qulaq üçün damcı butulkasını təmizləyib sildikdən sonra içinə alma sirkəsi tökün. Bu şüşədən infeksiyalı qulağınıza bir neçə damcı damcıladın. Qısa müddətdən sonra qulağınızın yaxşılaşdığını və ağrınızın yüngülləşdiyini hiss edəcəksiniz. Sirkə damcılatdıqdan sonra qulağınızı təmiz pambıq parçası ilə tıxayıb bir neçə dəqiqə bu şəkildə gözləməyi unutmayın.

2. Zeytun yağı

Qədim dövrlərdən bu yana bir çox xəstəliyin müalicəsində istifadə olunan zeytun yağı qulaq infeksiyaları üçün də effektlidir. Bunun üçün az miqdarda zeytun yağını təmiz bir qabda qaynatmadan qızdırın. Daha sonra otaq temperaturunda soyudun. Sonra alma sirkəsində olduğu kimi qulağınıza bir neçə damcı damcıladın. Zeytun yağı toxumaların hərarətini aşağı salaraq qulağın yaxşılaşmasını təmin edir və sağalma prosesini sürətləndirir.

3. Sarımsaq

Sarımsaq antibiotik xüsusiyyətləri sayəsində bir çox infeksiyanın müalicəsində istifadə edilir. O cümlədən, qulaq infeksiyalarını da sağaldır. Sarımsaq yağı da qulaq damcısı kimi istifadə edilir. Yağı yoxdursa, iki hissəyə böldüyünüz bir diş böyük sarımsağı zeytun yağının içinə atıb zəif odda bir neçə dəqiqə qızdırın. Sonra otaq temperaturunda olan məhlulun içindəki sarımsaqları çıxarıb yağından qulaq damcısı kimi istifadə edin.

4. Hidrogen peroksid

Qulaq infeksiyaları, adətən, xarici amillərin təsiri ilə əmələ gəlsə də, qulaq içində yığılmış çirkdən də qaynaqlana bilər. Belə olan halda qulağı çirkdən təmizləyib ağrını sakitləşdirməyin ən yaxşı yolu hidrogen peroksidlə müalicəsidir. Hidrogen peroksidi hidrogen peroksidin ayrılmış halı olan oksigenli su ilə əvəz edə bilərsiniz. Oksigenli suyu qulağınıza damcılatdıqdan sonra bir neçə dəqiqə gözləyin. Sonra yana çevirib başınızı yelləyin və suyun axmasını təmin edin.

5. Evkalipt yağı

Evkalipt yağı da qulaq infeksiyaları üçün olduqca təsirli bitkidir. Ancaq mütləq zeytun yağı ilə birlikdə istifadə edilməlidir. 1 damcı evkalipt yağı və 3 damcı zeytun yağını qarışdırıb qızdırın. Otaq temperaturunda soyudandan sonra qulağınıza bir neçə damcı töküb gözləyin. Qulağınızın yavaş-yavaş rahatlaşdığını hiss edəcəksiniz.

Bu qeyri-adi və çox effektli reseptin sayəsində böyrək daşlarından 1 həftədə xilas olun!

Bu qeyri-adi və çox effektli reseptin sayəsində böyrək daşlarından 1 həftədə xilas olun!

Əhalinin böyük hissəsi demək olar ki bütün dünya oturaq həyat tərzi keçirir. Siz uzun müddət ərzində qeyri-fəal qalırsınız və buna görə də böyrəklərə güc düşür. Beləliklə, böyrək xəstəlikləri meydana çıxır.
Əlbəttə ki, siz cərrahiyyəyə müraciət edə bilərsiniz, lakin bu təhlükəli və bahalıdır. Buna görə də, alternativ tibb üsulundan da istifadə etməniz məqsədəuyğundur. SaqlamHeyat.az xarici mətbuata istinadən, cəmi 1 həftədə böyrək daşlarından qurtarmaqda kömək edəcək möcüzəvi resept təqdim edir.

Sizə lazımdır:

Zeytun yağıt 100 ml
Pivə – 100 ml
Limon şirəsi – 100 ml

Hazırlanması:

Zeytun yağı, pivə və limon şirəsi 1 kasada qarışdırılır, şüşə butulkaya tökülür.

Tədbiqi:

Acqarına hər səhər bu qarışımdan 50 ml içmək lazımdır.
Hər istifadədən əvvəl şüşəni çalxalamağı unutmayın.
Bir həftə mütəmadi olaraq bu qarışımdan istifadə edin.
Bu resept çox səmərəli effektə malikdir və tezliklə(4 gün sonra) daşların sidik vasitəsilə töküldüyünü görəcəksiniz..

Qeyd:
Bu reseptdə mütləq təzə sıxılmış limon suyu istifadə etməlisiniz. Unutmayın! Bu resept böyrək daşları 15 mm -dən böyük olmayan xəstələr üçün tövsiyə edilir.

Gündə iki yarpağını yemək kifayətdir – REYHANIN 6 FAYDASI

Reyhan çox qədim zamanlardan bəri tibbi məqsədlərlə istifadə edilir. Gündə iki yarpağının belə yeyilməsi müxtəlif xəstəliklərdən qoruyaraq, sağlamlığa fayda verir.

Bağırsaqdakı parazitləri atır

Həzm sistemi xəstəliklərində olduqca təsirli olan reyhan yarpağı, gündə iki dənə yeyildikdə bağırsaqdakı parazitləri təmizləyir.

Şişkinliyi azaldır

Gündə iki yarpaq yeyilən reyhan bədəndəki şişliyi atmağa kömək edir.

Depressiyadan qoruyur

Gündə 2 yarpaq yeyildikdə anti-depressiya təsiri edir və insanı sakitləşdirir.

İmmuniteti gücləndirir

Antibakterial tərkibi sayəsində immuniteti gücləndirici təsiri var.

Bronxları yumşaldır

Bronxları yumşaldaraq, öskürəyin azalmasına kömək edir. Eyni zamanda da ağciyərləri təmizləmə xüsusiyyətinə də malikdir.

Xərçəngin qarşısını alır

Tərkibindəki flavon və taninlər sayəsində xərçəngdən qoruyur.

Sperma dieti ilə 20 il uşağı olmayan ailələrin evindən körpə səsi gələcək! Möhtəşəm və unikal üsul!

Uşaq sahibi olmaq istəyirsiniz?


Qadınlar müəyyən bir yumurta sayı ilə doğularlar və yetkinlik ilə birlikdə hər aybaşı zamanı bu yumurta hüceyrələrindən bir qismini itirirlər.Bu müddət, yumurtalıqlarda heç yumurta qalmayana qədər,yəni menopauzaya qədər davam edər.Kişilərdə isə sperma sayında müşahidə edilen fərqlilik,insanın sahib olduqları genetik mirasa təsadüfi və ya ana bətnində erkən dövr inkişafları əsasında məruz qaldıqları ekoloji və ya fizioloji dəyişikliklərə və ya həyat tərzinə görə dəyişir.Bu fərqlilik semen nümunəsində heç sperma görülməməsi olaraq təyin olunan azospermin vəziyyətindən,bir neçə yüz milyon sperma sayına qədər son dərəcə dəyişikdir. Digər tərəfdən,yumurtlalıqlardakı sperma istehsalı hər nə qədər olunan təhlilərdə yüksək say və ya hərəkətlilik müşahidə olunsa belə,hərarət yüksəlməsi kimi bir rahatsızlıq, alkoqol,siqaret qəbulu nəticəsində əmələ gələn toksik mühit səbəbi ilə son dərəcədə düşə bilər.Bu səbəbdən əgər sperma azlıgının səbəbi hər hansı genetik və ya kişi hərarət verici bir xəstəlik keçirməyibsə, həyat keyfiyyətinin artırılması məqsədi ilə siqaret və spirtli içkilərdən uzaq durmalı,həkim nəzarəti həyat tərzini dəyişə bilər.Hal hazırda bazarda xüsusilə antioksidan və ya qida möhkəmlətmələri şəklində təqdim edilən sperma sayını və keyfiyyətini artırıcı xüsusiyyəti oldugu deyilən məhsullar mövcuddur.
Sperma sayının azlığı və keyfiyyətsizliyi uşaq sahibi olmaq şansını azaldır. Cütlüklərin körpə sahibi olmalarına maneə olan ən böyük səbəblərdən biri kişinin sperma sayının az olmasıdır. Sperma sayını artırmq üçün bəzi üsullar mövcuddur. Bunlar arasında təbii olanları da var.

Mütəxəssislər sperma keyfiyyəti və sayı ilə köklük arasında tərs mütənasiblik olduğunu bildirirlər. Belə ki, kök kişilərin sperma sayı daha az olur. Ona görə də kök şəxslər spermanın sayını artırmaq üçün pəhriz saxlamalı və idman edərək arıqlamalıdır.

Afrodizyak və ya cinsi gücü artıran yeməklər sperma sayını artırmağa qadirdilər.

Həmin qidaları təqdim edirik:

Çiyələk

Çiyələk tərkibindəki bol miqdarda E vitamini sayəsində sperma keyfiyyətini və miqdarını artırır. Kişilərin daha asan ereksiyon olmalarını təmin edir. Cinsi istəyi artıran çiyələyin afrodizyak təsirini ortaya çıxarmaq üçün gündə 2 kasa yemək lazımdır. Mütəmadi olaraq gündə 2 kasa çiyələk yeməklə gözlənilən nəticəni 1 həftəyə əldə etmək mümkündür.

Avokado

Sperma sayını artırmaq baxımından avokado da möcüzəvi meyvələrdən biri hesab edilir. Avokadonun tərkibindəki bitki mənşəli yağ turşuları və antioksidantlar kişilərdə testosteron və digər seks hormonlarının istehsalını sürətləndirir. Avokado 14 gün ərzində sperma sayını və keyfiyyətini artırmağa qadirdir.

Bunun üçün həftədə 3 dəfə yemək lazımdır.

Zəncəfil

Bədənin istiliyini artırır və kişinin daha uzun müddət ereksiya olmasını təmin edir. Həftədə 4 dəfə bir çay qaşığı zəncəfili müxtəlif qidaların tərkibinə qataraq yeyin, təsirini 1 saat içərisində göstərir.

Pomidor

A vitamini anbarıdır. Seks hormonlarının istehsalını sürətləndirir. Sperma miqdarı ilə yanaşı seksdən alınan həzzi də artıran pomidorun müsbət təsirini görmək üçün 2 həftə ərzində gündə 1 pomidor yemək kifayətdir.

Banan və əncir

Banan və əncir xoşbəxtlik hormonu olaraq bilinən və daha çox şokolad yeyildikdə istehsal olunan serotonin hormonunun səviyyəsini yüksəldir. Bu da sperma istehsalına müsbət istiqamətdə təsir edir. Stressi azaldır. Əncir və bananda tapılan sink mineralı spermanın keyfiyyətini artırır.

Kök

Ehtiva etdiyi şəkər qana tez qarışdığı üçün enerjinin çoxlamasını təmin edir. Yorğunluğun və halsızlığın aradan qalxmasına kömək edir.

Bütün bunlar seksə daha çox zaman ayırmağı təmin etməklə yanaşı sperma miqdarının artmasına da təsirsiz ötüşmür.

Alimlər görmə qabiliyyətini itirməyin qarşısını alan möcüzəni TAPDILAR…

 Londonun Universitet kollecinin və London İmperiya kollecinin alimləri belə qənaətə gəliblər ki, kurkumin piqmenti (Kurkumin, zərdəçal bitkisinin köklərindən əldə edilən, sarı-narıncı rəngli bir maddədir. Bizdə sarıkök kimi tanınır) qlaukomanın ilkin mərhələdə müalicəsi üçün səmərəli istifadə oluna bilər.

Tədqiqatçılar göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyib hazırlayıblar. Bunun üçün piqment olan nanohissəciklər yaradılıb. Bu, imkan verir ki, sarıkökdən göz damcılarında istifadə olunsun, atma həblərdə yox, çünki həbləri piqmentin çətin əriməsi səbəbindən böyük miqdarda qəbul etmək lazımdır, bu isə mədə-bağırsaqda zəhərlənmə yarada bilər.

Göstərilir ki, yeni metod sarıkökün ərimə qabiliyyətini 400 min dəfə artırır, piqmentin özü isə göz toxumalarında lokallaşır, qanla bütün bədənə yayılmır. Qlaukomadan əziyyət çəkən siçovula üç həftə ərzində damcı tətbiq edilib və nəticədə torlu qişanın degenerasiyasının sürətinin azalmasına səbəb olub. Bundan əlavə, alimlər heç bir arzuolunmaz kənar təsirləri qeyd etməyiblər.

Qlaukoma göz xəstəliyidir, gözün daxilində təzyiqi artırır, bu da sonucda görmə əsəblərinin atrofiyasına, görmə qabiliyyətinin aşağı düşməsinə, korluğa gətirib çıxarır.

ONURĞA AĞRISINDAN XİLAS OLMAQ İSTƏYİRSİNİZ? BU RESEPT SİZİ BİRDƏFƏLİK BU DƏHŞƏTLİ AĞRIDAN XİLAS EDƏCƏK!

İstəyirsiniz ki, onurğa ağrısından xilas olasınız?
Bu resepti yoxlayın — və siz onurğa ağrısı nədir bilməyəcəksiniz!
Hər axşam yatmazdan əvvəl 1,5 ay siz : 1 əncir , 5 qurudulmuş ərik (qaysı qurusu), 1 qara gavalı yeməlisiniz. Onlar onurğarası diskləri təşkil edən parçaların bərpasına səbəb olan maddələri özündə saxlayırlar. Onları daha möhkəm və elastik edirlər. Fəqərələr xarici manual korreksiyasız özlərini bərpa edirlər.
Sınaqdan keçirin — və nəticə sizi heyrətləndirəcək.
Müəyyən elementlər hər meyvədə ayrılıqda mövcuddur, lakin onlar qarışdırıldıqda isə müalicəvi təbii dərman əmələ gəlir ki, bu da onurğaların bərpası üçün çox faydalıdır.


Koronavirusdan qorunmaq üçün bunları edin – TÖVSİYYƏ

Sankt-Peterbuqrqda yaşayıb, işləmiş, hal-hazırda isə Bakıda fəaliyyət göstərən, dietoloq-nutrioloq Nərminə Mahmudovanın müsahibəsini təqdim edirik:

– Koronavirus bütün bəşəriyyəti təhdid edir. Sizcə, hansı yaş qrupları üçün bu virus daha təhlükəlidir?

– Koronavirus əsasən yaşlı və bununla yanaşı xroniki  xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir. Buna görə, onların pəhrizində kifayət qədər protein, vitaminlər üstünlük təşkil etməli, daha çox maye qəbul edilməlidir. Yaşlı insanlara qırmızı ətdən tez-tez istifadə etmək tövsiyə edilmir, lakin həftədə bir-iki dəfə rasionlarında olmalıdır. Buna görə balıq, dəniz məhsulları, quş əti, süd məhsulları dietdə yer almalıdır.

– Qidalardan söz düşmüşkən. Əsasən hansı qidalara üstünlük verilməlidir?

– Konservləşdirilmiş qidalardan birmənalı imtina edilməlidir. Çünki bu cür qidaların tərkibində orqanizmi gücləndirəcək və xəstəliklərdən qoruyacaq vitaminlər yoxdur. Gündəlik qidalanmada tərəvəzlərdən, meyvələrdən, süd məhsullarından və mayedən istifadə edilməlidir. Bundan əlavə, qızardılmış və fast food qidaların istifadə minimuma endirilməlidir.

– Ət məhsulları seçimi zamanı nələrə diqqət edilməlidir?

 – Heyvan mənşəli qidalardan toyuq, hinduşka, bildirçin və mal ətini məsləhət görürəm. Çünki, heyvan mənşəli qidalar zülalla daha zəngin olduğuna görə, bu qidalar immun sisteminin güclənməsinə yardımcı olur.

– Bitki mənşəli qidalar haqqında nə deyə bilərsiniz?

– Şübhəsiz bitki mənşəli qidalardan istifadə etmək lazımdır. Lakin unutmaq lazım deyil ki, heyvan mənşəli qidaların tərkibindəki  zülal immun sisteminin güclənməsinə daha yaxşı təsir göstərir.

– Vitamin qəbulu necə, məsləhət görülürmü?

– Əlbətdəki, orqanizmə antioksidantlar lazımdır. Hüceyrələri virusun zərərli patogen faktorlarından qorumaq üçün hərşeydən öncə orqanizmdə C vitamininin miqdarı yüksək səviyyədə olmalıdır, bu da gün ərzində 1,5 qram təşkil edir. Kələm, tərəvəzlər və meyvələr C vitamini ilə zəngindir. Mütləq sink də vacibdir. Taxıllarda və  toyuq ətində də sink vardır. Həmçinin  dəniz məhsulları da sinklə zəngindir.  Bu da öz növbəsində immunitetin güclənməsinə, xəstəliklərlə mübarizə aparmasına kömək olur. A vitaminini isə rafiinə olunmamış bitki yağlarından almaq olur. Bu təkcə zeytun yağında deyil, həmçinin kətan yağında da var. Kətan yağı Omeqa 3 ilə də zəngindir. Ayrıca fikrimcə pəhrizdə B vitamini olan qidalar üstünlük təşkil etməlidir. Bunlar taxıl, tərəvəz və meyvələrdə olur. Təkcə qidalar deyil, digər vacib qaydalara da riayət olunmalıdır.  Daha çox təmiz havada olmaq, gigiyenik qaydalara əməl etmək və stresdən uzaq olmaq lazımdır.

 Dietoloq Nərminə Mahmudova hal-hazırda Azərbaycanda nutriroloq-dietoloq kimi fəaliyyət göstərir. 

Həkimlərin daha bir açıqlaması..Diabet xəstələri xərçəng xəstəliyinə tutula bilərlər. Səbəb budur!

“Diabetologia” elmi jurnalında şəkərli diabet xəstəliyi ilə xərçəngin əlaqəsi haqqında araşdırmanın nəticələri dərc edilib.

Şəkərli diabet xəstələrinin sağlam insanlara nisbətən xərçəngə yoluxma riski yüksəkdir. Qadınlarda bu nisbət 27%, kişilərdə isə 17 faiz təşkil edir.

Araşdırma çərçivəsində 100 milyondan çox insanın məlumatları incələnib. Məlum olub ki, şəkərli diabet xəstəsi olan qadınlar sağlam həmcinslərinə nisbətən xərçəngə 27% daha çox yoluxurlar.

Araşdırma zamanı diabet xəstəsi kişilərin qara ciyər xərçənginə yoluxma riskinin qadınlara nisbətən 12% olduğu üzə çıxıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir