Böyük Dayaq Partiyası Təsis qurultayını keçirdi. Mirkazım Seyidov partiyanın sədri seçildi

Azərbaycan siyasi palitrasinda yeni bir partiya parıldadı. Siyasətlə milli mənafeyi, milli-mental dəyərlərin ən gözəl xüsusiyyətləri ilə çağdas dünyadakı modern ictimai-siyasi texnologiyaları birləşdirməkdə israrlı olan bu təsisat yeni dövrün tələblərinə cavab verən fəaliyyətləri ilə ictimai-siyasi meydanda iddialı görünmək fikrindədir.

Aprelin 9-da Böyük Dayaq Partiyasının təsis qurultayı keçirilib. Bakı şəhərindəki restoranlardan birindən idarə olunan  qurultay pandemiya qanunlarına uyğun şəkildə  baş tutub.

Qurultay nümayəndələrinin səsverməsi nəticəsində tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov yeni yaradılan partiyanın sədri seçilib.

Qurltaya qonaq qismində  qatılan  bir neçə tanınmış siyasi partiyaların funksionerləri, dünyanın müxtəlif ölkələrindəki tanınmış diaspor liderləri yeni yaradılan partiyaya öz təbriklərini çatdırıblar. 

Qurultayda partiyanın İdarə Heyəti və digər rəhbər strukturları formalaşdırılıb.  Sonda qurultay iştirakçıları adından ölkə ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir