Azərbaycan gəncləri QARABAĞA QAYIDIŞ ilə bağlı nə düşünür!? İctimai Maarifləndirmə – 11. Tele-sorğu
AGF – ARGTMŞ -YYSİB- İctimai Maarifləndirmə qrupları – 11
Qarabağa qayıdış ilə bağlı gənclər arasında təbliğati-maarifləndirici görüş və sorğular davam edir.
YYSİB numayəndələri gənclərlə görüşür, Nizami Gəncəvi ili ilə bağlı gənc kreativlər arasında təbliğat apardı və sorğular təşkil edildi. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin də aktif iştirak etdiyi İctimai Maarifləndirmə Qruplarının ikiaylıq 4 istiqamətdə aksiyalarına start verilib.
YYSİB sədri Aydın Xan Əbilov, qurumun könüllü fəalları Emin Abbasov, İman İmanlı, Ayxan Əbilli və başqa aktivistləri hər biri iki həftə olmaq şərtilə 4 istiqamətli maarifləndirmə aksiyalari ilə yanaşı gənclər arasında sorğu da keçirirlər.
Yenimedia.net sosial-analitik informasiya portalının və YeniMediaTV.az – İnternet TV-nin studiyalarında ziyalılar və gənclər çıxış edir. Populyar “Üz-üzə” proqramında – Dünya TV-nin saatyarımlıq canlı efirində və YeniMediaTV.az İnternet TV-nin redaksiyalarında (xüsusi verilişlər formasında) rəsmi ictimai açılışı olan aksiya, Bakının və paytaxtətrafı kəndlərdə davam etdirilən maarifləndirmə haqqında mütəmadi məlumatlar geniş cəmiyyətə çatdırılır. İlk həftənin mövzusu Covid-19 ilə mübarizə və vaksinasiyanın vacibliyini gənclərə, eləcə də geniş ictimaiyyətə çatdırmaqdır.
Aparıcı: video bloger Emin Abbasov
Kameraman & fotoqraf: Ayxan Əbilli
