Daxili İşlər Nazirliyinin imicinə xələl gətirən yol polisi əməkdaşı kimə güvənir?!
Dünya və onun qəribə – absurd yerlərindən sayılan məmləkətimizdə maraqlı olaylar baş verməkdədir.
Bu hadisə baş verən zaman əsas iş yerimizdən 3 ay idi məvacib almırdıq. Ailəsini dolandırmaq üçün intellektindən para qazanan bir ziyalı üçün bunun nə olduğunu izah etməyə dəyməz. Yaxşı ki, hər zaman xalqın yanında olan, köməyə ehtiyaclıların dostu Prezident İlham Əliyev dolayısı da olsa, bizim kimi ölkənin düşünən beyinlərini müxtəlif açıq və qapalı layihələrə cəlb etməklə, intellektuallara maddi dayaq durur, yoxsa durum qəlizləşərdi.
Fəqət büdcəmizə daxil olan o mailiyyənin çox hissəsini geniş ictimai-mədəni fəaliyyətimizə, media-TV işlərmizə, İnternet yaradıcılığımıza, analitik saytların saxlanmasına, sosial şəbəkə/yeni media və elektron kitabxana ilə əlaqədar apardığımız kulturoloji innovasiyalara, ofis kirayəsinə, kreativ layihələr kimi gələcəyə planlaşdırdığınız ümummi işlərimizə yönəldirik deyə, məişət problemlərimizi adlamağa çətinlik çəkirik…
təqribən mart ayının 6-da gecə saat 1-də əməkdaşlıq etdiyimiz bir dostumuzu evinə aparan zaman DYP-nin əməkdaşlarından biri fərdi olsa da, daha çox xidməti fəaliyyətimiz üçün yararlandığımız avtomobilimizlə yan küçələrin birində qoşa xətti keçdiyimizə görə elektron formada 60 manat cərimələd. Yorğunluq öz işini görmüşdü: yol yoldaşımızın “Müəllim, burdan çoxları fırlanır!” mülahizəznə aldanıb həqiqətən bizdən qabaqkı maşının ardınca qoşa xətti keçərək ara küçəyə tərəf asta sürətlə gedirdik ki, hardansa şəhər DYP aid ekipaj bizi saxladı. Bu zaman tərəfimizdən, – başqa ölkələrdə ciddi sayılmayan, intizamlı sürücülərə xəbərdarlıqla nəticələnən, – xırda qanun pozuntusu baş verirdiyini boynumuza alıb, nəzakətlə imkanı daxilində bağışlanmasıı xahiş etdik. Gənc yol polisi əməkdaşı mümkünsə bu xahişlə “Rəsiə müraciət edin!” dedi…
İkinəfərlik ekipajin ilk polis əməkdaşı anlaşılan qarşılaşa da, yardım üçün çağırdığı, əlləri cibində, bizim avtomobilə lotuvari yaxınlaşan Əli adlı ikinci polis əməkdaşına heç cür anlada bilmədik ki, onların nüfuzu üçün çalışan ictimai / publik şəxsik. Polisin davranışına tənqidi yanaşdıq, vətəndaşla nəzakətli ünsiyyət yaratmağın vacibliyini onlara çatdırdıq. Və deyəsən Əli bəyin xoşuna gəlmədi…
İctimai nüfuzumuzdan yararlanıb, polisin PR-ı ilə bağlı kifayət qədər yazılı və elektron KİV-lərdə, TV-lərdə, İnternet saytlarında və sosial şəbəkələrdə xidmətlərimiz var, hətta bu xoşməramlı fəaliyyətlərimizə görə nazirliyin təşəkkürünü də çatdırıblar bizə.
Qısası, TV-də “gədə” deyərək trend etdiyimiz və geniş kütlə tərəfindən tanınmağımıza (nə qədər gülməli/ağlamalı səslənsə də, bu faktdır) yardımçı olmuş “həzrəti” – Bayram Nurlu ilə baglı hər dəfə bizi xilas edən olayı yada salsaq belə, yenə xeyri olmadı.
Söhbət əsnasında, hətta izah etməyə çalışdıq: indilərdə bəyənmədiyimiz sabiq Sovetlər dövründə gecələr sarı işıq formatına keçirilirdir ki, yol kəsişmələrində sürücülər vaxt itirməsin, yanacaq yandırılıb ekologiyanı – ətraf mühiti korlamasınlar, həm də vətəndaşlar dövlətdən narazı salınmasın.
Məgər indi o sivil metodlardan yararlanmaq olmaz?
Ümummiyyətlə, vətəndaşları narazı salan DYP-də növbəti irimiqyaslı islahatlara başlamağın vaxtı catmayıb, görəsən?
İnsafən, polis əməkdaşının gizlin aqressiyası, saymazyanalığı və qaba hərəkətindən başqa şəxsimizə qarşı qeyri-qanuni bir hərəkət olmadı, tutalım rüşvət istənilisin, yaxud təhqir edilsin, fiziki güc tətbiq olunsun və s.
Gecə saat 1-də Bakıxanov qəsəbəsində elə o rayonun deyil, Bakı şəhər yol polisinin əməkdaşları hansı əlahiddə tapşırıq yerinə yetirirdilər ki, bundan sonra bir kəlmə də haqqında tərif söyləməyə həvəsimiz qalmayan DYP və hətta dost Daxili İşlər Nazirliyini ilə KİV nümayəndələri, QHT liderləri, intellektuallar, yaradıcı kreativlər, yazıçılar, yeni sosial media təmsilçiləri arasında narazılıq yaradılsın?!
İnsafən, ondan əvvəl də elə həmin gecə, eyni qəsəbədə, başqa yol polis əməkdaşı bizi saxlamışdı, maşının nömrəsinin palçıqdan oxunmaması haqqında xəbərdarlıq edib, hörmətlə yola saldılar.
Nəsə, indi, görəsən, çox hörmət etdiyimiz, fəaliyyətini həmişə yüksək dəyərləndirdiyimiz, saytlarımızda, verilislərimizdə isiqlandırdıgımız DİN rəhbərliyindən, xüsusən DYP məmurlarından xahiş etsək, bütün fəaliyyəti xalqın maariflənməsinə, gənclərin bilgilənməsinə yönlən ziyalı əvəzinə dövlətə olan – yazılan bu cərimə borcunu ödəyərlərmi?!
13-29.03.2021
Aydın Xan Əbilov
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net və yenimedia.net portallarının baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq
P.S. Çalışdığımız qəzetdəki iş yerimizdə məvacibimiz 365 manatdır, qarşıda 8 mart, ilaxır çərşənbələr və Novruz bayramları gəlirdi.
Kitabxana.net portalının 48 manatlıq domen, 780 dollarlıq illik hostinq pulunu toplamağa çalışıraq, bu tərəfdən də rəsmi qurum nümayəndələri bizə bayram sovqatı hazırladı. Əslində bu yazını yayımlamayacaqdıq, Asan Xidmət vasitəsilə şikayətimizi DYP ünvanlamışdıq, səs-soraq çıxmadığına görə, üstəlik də cəriməyə “bonus” olaraq 3 bal əlavə edildiyinə görə ictimailəşdirməyə bizi vadar etdi.

