“Azərbaycanın Lənkəran zonasının toponimləri” adlı irihəcmli elmi monoqrafiya

TƏBRİK EDİRİK, USTAD PROFESSOR MƏSUD MƏMMƏDOV (MƏSUD DÖVRAN)!

Bu günlərdə Azərbaycan və Orta Asiya – Özbəkistan elminin tanınmış nümayəndəsi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı tələbələrin dəyərli müəllimi Məsud Məmmədovun ( Məsud Dövran) Bakıda “Elm və təhsil” nəşriyyatı tərəfindən “Azərbaycanın Lənkəran zonasının toponimləri” adlı irihəcmli elmi monoqrafiyası çapdan çıxmışdır.

Kitabın məsul redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçilər filologiya elmləri doktoru, professor Qara Məşədiyev və tarix elmləri namizədi Leyla Məcidovadır. İrihəcmli (448 səhifəli) monoqrafik əsər bütövlükdə Lənkəran ovalığının toponimiyasına həsr olunmuşdur. Müəllif tərəfindən Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının toponimləri leksik-semantik, eləcə də qrammatik cəhətdən elmi araşdırılmış, bölgənin etnonim və toponimləri kompleks şəkildə tədqiq olunmuşdur. Araşdırma bütövlükdə böyük elmi maraq doğurur. Monoqrafiya elmi işçilər və filologiya, coğrafiya və tarix fakultələrinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində “pioner baş dəstə rəhbəri” vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun “Rus dili və ədəbiyyatı” fakültəsində təhsil almışdir. İnistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun “İran və Qafqaz” dilləri şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə akademik elm aləminə məlum olmayan “xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyət göstərən Məsud Məmmədov sonralar “Rus dili” kafedrasının müdiri , “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987-1992-ci illərdə tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildən isə professordur.
Məsud Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və “Türk dili”kafedrasının müdiri vəzifəsində çalışmışdır.
O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. Alim 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir. “Həsrət” – 1996, “Belə dünyadır bu dünya” – 1999, “Yetim dünya” – 2000, “Ömürdən bir damla” – 2003, “Az tolışim” ( talış dilində ) – 2004, “Tyrandan ovoz” ( özbək dilində ) – “Taşkent “ZİE”” 1994 kitabları elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Ailəlidir, iki oğlu, bir qızı, 6 nəvəsi var. Məsud müəllim bir neçə dil bilir: Azərbaycan, rus, özbək, talış – doğma dilində şeirlər yazır.
Məsud Məmmədov bir vaxtlar Lənkəran Dövlət Universitetində çoxları kimi mənim də müəllimim olmuşdur. Tələbələrini doğma balası kimi sevərdi.
Dəyərli müəllimimizi yeni kitabının çapdan çıxması münasibətilə təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar arzulayıram.

Şikayətim var!


(Hər zaman mənə arxa, dayaq olan, uğurlarıma sevinən, mənə anam deyən 84 yaşlı profffesor Məsud Əliağa oğlu Məmmədovla səmimi söhbətimiz).


MƏSUD DÖVRAN

Bu gün xəbər aldın hal əhvalımı,
Deyirəm ki, dünyadan şikayətim var.
Dedin dünya dərdin gəlin çəkməyin,
Dedim zəmanədən şikayətim var.

Cahan çalxalanır bircə bəladan,
Həyatda nə qədər qəribəlik var.
Bəşərdə durumla, sınanır indi.
İnsanda düşərmiş belə dəyərdən,

Çəkilib evlərə qorunmaq üçün,
Sən demə bəndədə naçar qalarmış.
Quşu saldığımız dəmir qəfəsə,
İnsanda əlacsız bil sığınarmış.

Düzələr nə varki, ya tez, ya da gec,
Dünyanın hər dərdi, hər bir bəlası.
Düzələr kədərdə bircə gülüşlə,
Düzələr qəmində yeni bir işlə.

Sənə şikayətlər edib dururam
Deyirəm dərdimin əlacı yoxdur.
Allahdan yazılan bircə bu dərdin,
Qocalıq dərdinin dəvası yoxdur.

Ay anam insanlar kitab kimidir,
Bir-bir oxuduqca dəyər vermişəm.
Könüllər bənzəməz biri, birinə,
Məndə təkliyimi üstün bilmişəm.

Mən:


Sizin şikayətlər siraət edir,
Elə bil ürəyim darıxır bir az.
Bilin ömür, günə gəldikcə illər,
Əslində qocalmır ucalır insan.

Dağın zirvəsinə qar erkən yağar,
Sizdə ucaldıqca yaşa dolduqca,
Nurlu çöhrənizlə, xoş əməlinizlə.
Daha da, Allaha yaxın olursuz,

Qahmar çıxırsınız arxasızlara,
Allah eşqi üçün əl tutursunuz.
Mənim nəzərimdə bilki ay oğlum,
Siz ən dəyərli yer tutursunuz.

Uzaq Özbəkistan torpaqlarında,
Çalışdız zəhmətlə, ad qazandınız.
Qürbət səhralardan, yollar addayıb,
Vətən keşiyinə pərvazlandınız

Elmin pillələrin fəth eylədikcə,
Barlı ağac kimi əyilmisiniz.
Gözügötürməyən “dostlar”olsada,
Qorxmadan məğrurca yürümüsünüz.

84 yaşında ay gənc ürəklim,
Böyük kainatda üstün, dəyərlim.
Küsməyin həyatdan ağ saçlı oğlum,
Bir ömür sizsiniz qiymət verdiyim.

Dilarə gəlinim min, bir qayğıyla,
Necədə məhəbbət göstərir Sizə.
Gəlinlər, övladlar, lap nəvələrdə,
Dolanır başınıza, olub pərvanə.

Şikayət etməyin birdə siz qəti,
Axı qocalıqda bir xəzinədir.
Sizin tək insanlar ay dahi oğlum
Elm dəryasında kuhinursunuz.

Ən yaxın yoldaşım, əziz sirdaşım
Siz ki, arxamsınız, dayağımsınız.
Canınız görməsin həyatda heç dərd,
Elmə işıq olun, gənclərə ümid.
Anandan xatirə qalsın bu öyüd.

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin baş müəllimi
Tarix üzrə fəlsəfə elmləri doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir