28 mart Azərbaycan Respublikasında təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır
Yenimedia.net portalı hüquq eksperti İsmayıl Zalovun bu münasibətlə müraciətini təqdim edir…
Əli Nağıyev hər zaman dövlətə, xalqa, vətənə sədaqətlə xidmət edib.
Hörmətli Əli Nağıyev, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında, aizin xüsusi xidmətləriniz və səyiniz nəticəsində DTX dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanları arasında öz layiqli yerini tutub…
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayınviın 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edir.
Cənab general-polkovnik, sizi Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, ölkəmizin dövlət və milli təhlükəsizliyinin daha etibarlı təminatı sahəsindəki səmərəli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Siz Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında müxtəlif yüksək vəzifələrdə çoxillik fəaliyyətiniz dövründə daim Vətənə, dövlətə, xalqa sədaqətlə və peşəkarlıqla xidmət etmisiniz. Məhz bu uğurlarınız və təhlükəsizlik orqanlarının inkişafında xidmətləriniz nəzərə alınaraq, Vətən üçün taleyüklü bir dövrdə siz yenidən formalaşdırılan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunmusunuz.
Bu mühüm vəzifədə işlədiyiniz müddətdə siz Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin Heydər Əliyev peşəkarlıq məktəbi ənənələrinə uyğun qurulmasına, bu orqanların inkişafında, sözün tam mənasında, yeni bir mərhələnin başladılmasına nail olmusunuz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin sonlarından ölkənin bütün dövlət orqanlarında başlatdığı hərtərəfli islahatların təhlükəsizlik orqanlarında geniş tətbiqi istiqamətində sizin yorulmaz və səmərəli fəaliyyətiniz xüsusi qeyd edilməlidir.
Məhz bu səylərinizin nəticəsində Azərbaycan təhlükəsizlik orqanları bu gün dünyanın inkişaf etmiş xüsusi xidmətləri arasında öz layiqli yerini tutmuşdur.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, eyni zamanda, onun ətrafındakı 7 rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından qurtarması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması sahəsində təhlükəsizlik orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və yüksək səviyyədə gəlməsi sizin yalnız peşəkarlıq deyil, həmçinin rəhbərlik və təşkilatçılıq fəaliyyətinizin yeni nümunəsi sayılır.
Hörmətli Əli müəllim, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən fəaliyyətiniz və xidmətləriniz dəfələrlə yüksək dərəcədə qiymətlənləndirilib. Sizi və kollektivinizi peşə bayramınız munasibəti ilə bir daha ürəkdən təbrik edirik. Sizlərə vətənimiz Azərbaycanın etibarlı və təhlükəsiz gələcəyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə:
İsmayıl Zalov,
Azərbaycan Respublikaı “Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü, hüqüq eksperti

