Şiəizm: İslamın tarixdəyişmiş modern variantı… I risalə. Aydın Xan Əbilov yazır

Şiəizm: İslamın modern variantı…

İllər keçir, yaşlaşdıqca, müdrikləşirsən və anlayırsan ki, dinlərin kamili İslam, məzhəblərin unikalı şiəlikdir.
Hansı tərəfinə baxırsan, unikaldır: hətta Peyğəmbərimiz də mədəniyyəti, intellekti, qələmləri vasitəsilə Midiya-Persiyanın İslam sivillizasiyasının kamilləşməsindəki rolunu qabardır. İndi bildiniz ki, ərəb xilafəti 20 ilə yaxın hücumlarını niyə qədim Şərqin və dünyanın intellektual mərkəzi sayılan İrana – türklər-talışlar-farslar-kürdlərin yaşadığı məkana yönləndirib?!
Demokratik islahatları ilə qızılbaşların şiə təriqətini dövlətçilik – imperiya ideologiyasına çevirmiş Şah babamız Xətai təcrübədə bu məzhəbin dahiyanalığını sübut etdi.
Şiə təriqətinin – məzhəbinin incə nüanslarına diqqət ayıraq:

  1. İntellektualizmə, fəlsəfəyə, hüquqa, insan haqlarına, demokratik dəyərlərə, elmə-mədəniyyətə verdiyi önəmi;
  2. Şəriəti kamilləşdirərək unikal sosial və ədalətli quruluş təqdim etdi, Zərdüştlük/Atəşpərəstliyi yüksək mərtəbəyə qaldırdı;
  3. Seyidlik, ocaqlıq, gizli elmlər, qardaşlıq kimi texnologiyaları zəmanəyə gətirərək ibraniliyə – yəhudiliyə yeni rənglər qatdı, şiəçiliyi genişləndirdi, okeandan-okeana yeni sivilizasiya mühiti formalaşdırdı;
  4. Sufizm/hürufizm kimi bilgisal gizli təriqət istiqamətləri ilə fərdin kamilləşməsini əsas götürən buddizmi özünə qatdı;
  5. 12 İmam və xilaskar Mehdi fəlsəfəsi ilə İsa Məsih və 12 həvarisinə yaxınlaşaraq, xaçpərəstliklə sintez bağlılığı ortaya qoydu;
  6. Şiə məzhəbi Bağdad/Kərbəla, Qum/Məşəd, Ərdəbil/Təbriz kimi öz aralarında indiyə qədər də kulturoloji-intellektual yarışan üç mənəviyyat/ilahiyyat mərkəzini formalaşdırdı. Xristianlıqdakı müqəddəs/mücərrəd üçlük şiəçilikdə maddiləşdi/materiallaşdı, yeni dini baxışlar cəmiyyətin liberal – dövlətçilik baxışlarının inkişafına təkan verdi.
  7. Şiə saraylarında / Ərdəbil Səfəvilər imperiyasında hakimiyyətin beş qolu idarəçilik aləti kimi formalaşdırıldı: Şahənşah (icra strukturu), Saray Divanı (Parlament), Qazilik (məhkəmə/ədalət sistemi), Dini-mədəni (ruhani-ideoloji-mənəvi-mədəni), Hərbi (güc/müdafiə/sosial bərabərlik);
  8. İslamda qadına olan önəm şiəizmdə ən yüksəkliklərə qaldırıldı. Hətta kişilərin və qadınların təməl intim haqları belə tanındı və daimi / sosial (4 arvadlıq), müvəqqət / ictimai (siğə) nikahlar qanuniləşdi. Nəzərə alsaq ki, Şərqin doğuş / demoqrafik durumuna görə, qız uşaqlarına nisbətən oğlanlar dünyaya 4-5 dəfə çox gəlirdi. Əxlaqsızlığın qarşısınin alınmasında unikal baxış sayılmalıdır: indinin özündə də belədir.
  9. Dəvə sidiyi içən, çəyirtkə yeyən bədəvi ərəblərə rəğmən, şiə məkanlarında qida qəbulunda orqanik məhsullara xüsusi önəm verilib, haram/halala xüsusi diqqət yetirməklə kamil-sağlam insan formalaşdırılırdı.
  10. İnsanın hər zaman psixoloji/mənəvi yardıma, sosiallaşmaya/ictimailləşməyə ehtiyacı olduğunu qəbul edən şiəizmdə ildə bir mövsum – Məhərəmlik ayı və həyatda isə hər ölüm faktında 40 günlük mərasimlər sistemi hazırlanmışdı. İnsanlar heç kimdən çəkinmədən imamlar üçün ağlamaq bəhanəsi ilə öz emosional/duyğusal hisslərini nümayiş etdirir, ağlayır, qan çıxarır, sinə/diz döyür, bununla da hər kəsin eyni hüquq daşıdığı, adamlar arasında ayrı-seçkiliyin olmadığı sübut edilirdi.
  11. Namaz qılmaq, oruc tutmaq, Həccə yollanmaq, fitrə vermək, zəkat ayırmaq kimi İslami dəyərlərə xüsusi önəm verilərək insanin ruhən kamilləşməsi, sağlamlığı, fiziki tarazlığı hər zaman yüksək qiymətləndirilirdi…

Birinci risalənin sonu.

VCA rəhbəri, YYSİB sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, Aydın Xan Əbilov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir