Lənkəranın dağılan unikal tarixi Dəyirmi qala: ziyalıların Prezidentə müraciəti. Xaricdəkilər Rusiyaya və İrana üz tutdu!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

CƏNUB BÖLGƏSİNİN BİR QRUP ZİYALISINDAN MÜRACİƏT

Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev!

Hər bir xalq öz tarixi ilə öyünür, digər xalqların nümayəndələri ilə görüşərkən tarixi keçmişindən danışır, bununla fəxr edir. Tarixi yaşadan, gələcək nəsillərə ötürənsə, tarixi abidələrdir.Eyni zamanda, tarixi abidələr ölkədə turizmin inkişafına şərait yaradır.

Şübhəsiz ki, Azərbaycanda son illərin memarlıq abidələri: Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Olimpiya stadionu, metro stansiyaları, körpülər, saysız-hesabsız yeni arxitektura və memarlıq abidələri göz oxşayır. Azərbaycanımız həm müasir, həm də tarixi abidələri ilə Şərq memarlıq üslubunu və müasir Avropa arxitekturasını özündə birləşdirir. Bu yeniliklər təkcə Bakıda deyil, bölgələrimizdə də özünü göstərməkdədir. Bütün bunlarla yanaşı, eyni zamanda, ölkəmizdə tarixi memarlıq abidələrinin qorunması və bərpası istiqamətində də işlər gedir. Çünki hər bir abidə özündə tariximizin müəyyən bir dövrünü əks etdirir.

Respublikamızda olan abidələrdən biri də Lənkəran şəhərindəki daha çox Zindan adı ilə tanınan Dairəvi qaladır.Qala əvvəllər müdafiə məqsədi ilə tikilmiş istehkam olsa da, XX yüzilliyin əvvəllərində həbsxana kimi fəaliyyət göstərmişdir.Yerli əhali hələ də bu qalaya “türmə” deyir və İ.V.Stalinin həbs olunaraq bu qalada saxlanılmasından danışır. Sovet dönəmində bir müddət qaladan tikiş sexi kimi istifadə edilib.

Son dövrlər XVIII əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi (invertar 4810) dövlət qeydiyyatına alınan Dairəvi qala yararsız hala düşmüşdür. Qala yaxın vaxtlarda təmir olunmazsa, uçulmaq təhlükəsi ilə üz-üzə qalacaqdır.

Biz, yerli ziyalılar, abidənin əsaslı şəkildə təmir edilməsini Sizdən xahiş edirik.

Hörmətlə :

1.Ceyran Həsənova, müəllim

2.İldırım Şükürzadə, müəllim, AJB-nin üzvü

3. Zemfira Vəliyeva, filologiya elmləri doktoru, professor

4.Şirməmməd Fərəcov, müəllim

5.Elsevər İsmayılov, tarixçi

6.Yədulla Nəsirov, hüquqşünas

7.Ələsgər Ələsgərov, müəllim

8.Vüqar Dadaşov, hüquqşünas

9.Qafar Cəfərli, yazıçı-publisist, müharibə veteranı

10.Əbülfət Əliyev,pedaqoq-psixoloq

11.Vüsalə Abdullayeva, müəllim

12.Mirzəbala Kərimov, müəllim

13.Zahirə Məmmədova, müəllim

14.Ramiz Babacanov, müəllim

15.Xatirə Xatun, şair-qəzəlxan,AYB-nin üzvü

16.Nailə Əsgərova, müəllim

17.Nuranə Həmidova, müəllim

18.Təzəxan Əsgərov, hərbi rəhbər

19.Aydın Xan Əbilov, yazıçı-kulturoloq

20.Afət Axundova, müəllim

21.Rövşən Ağayev,Əməkdar müəllim

22.Sübhan Bağırov, mühəndis

23.Mehman Əliyev, müəllim

24.Lətifə Tahirova, müəllim

25.Elnur Əzizov, müəllim

26. Reyhanə Tağıyeva, müəllim

27.Havanisə Yusubova, müəllim

28.Malik Balaşov, müəllim

29.Kəmalə İbadova, müəllim

30.Allahverən Nəzərov, müəllim

31.Mahirə Nərimanqızı Mahi, şair-yazıçı,AYB-nin üzvü

32.Vaqif Qənbərov, rabitəçi

33.Vüqar Fəttayev, neft mühəndisi

34.Surxay Məmmədov, müəllim

35. Kamil Qurbanov, müəllim

36. Məhbubə Mirzəyeva, müəllim

37.Faiq Rzayev, müəllim

38.Leyla Məcidova, tarix üzrə fəlsəfə doktoru, baş müəllim

39.Şahin Əliyev,təqaüddə olan hərbçi

40. Əlihüseyn Şərifov, təqaüdçü

41.Yaşar Qurbanov, müəllim-jurnalist,AYB-nin üzvü

42.Samid Qulamov, ilahiyyatçı

43.Elşən Qafarov, tarixçi, təhsil eksperti

44.Lətafət Əsgərova,tibb işçisi

45.Surxay Məmmədov, müəllim

46.Elşən Ağayev, müəllim

47.Aygün Qasımova,həkim-endokrinoloq

48.Həmidə Cəfərova, müəllim

49.Məlahət Məmmədova, müəllim

50.Fəxrəddin Əliyev,müəllim

51.Elşad Şəfəqqətov

52.Zümrüd Novruzova, müəllim

53.Fuad Həsənov, dalğıc,

54.Nahid Babayev, müəllim

55.Yeganə Şıxəliyeva, müəllim

56.Məhərrəm Qənbərov, müəllim

57.Aygün Fərəcova, müəllim

58.Tosif Babayev, psixologiya elmləri namizədi, dosent

59.İlham Cavadov, müəllim

60.Nüşabə Baxşıyeva, müəllim

61.Mətanət Kazımova, müəllim

62.Məzahir Sultanov, müəllim

63.Zabit Talıbov,təqaüddə olan həkim

64.Uğur Ağayev, müəllim

65.Xalidə Vaqifqızı, müəllim

66.Orucəli Həmidov,müəllim

67.Mais Mənsimov, həkim

68.Ceyhun İmanov, müəllim

69.Xandadaş Hacıyev

70.Sevinc Abdullayeva, müəllim

71.Ənvər Əhmədov

72.Yalçın Heydərli, müəllim

73.Afaq İsgəndərzadə, müəllim

74.Pakizə Əliyeva, müəllim

75.Kəmalə Dadaşova,iqtisadçı-mühəndis

76.Məlahət Adıgözəlova, müəllim

77. Rahim Nuriyev, müəllim

78. Zeynəb Məmmədova, ticarətçi

79.Mais İbrahimov, iqtisadçı

80.Natiq Abdullayev

81.Esmira İsmayılova, jurnalist

82.Ələsgər Mirzəzadə, tarixçi-araşdırmaçı

83.İlham Cabbarlı

84. Şədat Cəfərov, naşir-yazıçı

Lənkərandakı tarixi qalanın baxımsızlıqdan düşdüyü vəziyyət – FOTOLAR

Lənkəranda Dairəvi qalanın ağır vəziyyətdə olması ilə bağlı növbəti dəfə məsələ qaldırılıb.

Bu dəfə tanınmış jurnalist Azər Qərib Lənkərandakı Dairəvi qalanın vəziyyətini gündəmə gətirib. 

O qeyd edib ki, XVIII əsrə aid qalanın vəziyyəti acınacaqlıdır, tarixi tikili baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzədir. 

A.Qərib Mədəniyət Nazirliyi və Lənkəranın İcra Hakimiyətini məsələyə diqqət yetirməyə çağırıb. 

Qeyd edək ki, Dairəvi qalaya xalq arasında Zindan da deyirlər. Bura Lənkəran qalasının bürclərindən biri olub və buradan qədim qalanın bu gün Mayak adlanan bürcünə daxili tunel gedib.

Deyilənlərə görə, 30 ilə yaxın SSRİ-ni idarə etmiş İosif Stalin də burada zindana atılıb, daha sonra Bayıl həbsxanasına aparılıb.

https://oxu.az/society/475732?fbclid=IwAR3tiLKYSHVM2UbCgs3k4wHNN7rwQh797rzfoXfaKy4P9KJRKDskCfece7Y

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir