Asif Əsgərli – tanınmış QHT rəhbəri YAP İdarə Heyətinin üzvü seçildi

Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII Qurultayında rəhbər strukturlarda gözlənilən dəyişiliklər özünü göstərdi. YAP İdarə Heyətinə seçilən yeni simalardan biri də tanınmış QHT rəhbəri, uzun müddət ölkədə vətəndaş cəmiyyəti quruculuğunda və gənclər hərəkatında rolu və uğurlu fəaliyyəti olan, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri və Milli QHT Forumunun Vitse-prezidenti Asif Əsgərlidir.
1976-cı ildə Bərdə rayonunda anadan olan Asif Əsgərli Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında) bakalavr və magistr təhsili almışdır. Tələbəlik illərindən ictimai-siyasi proseslərə və gənclər işinə qatılan Asif Əsgərli ölkədə gənclər hərəkatında və gənclər siyasətində xüsusi yeri olan ADTGT-nin ilk təsisçilərindən olub.
YAP İdarə Heyətinin üzvü eyni zamanda 1999-cu ildə Milli QHT Forumunun da ilk təsisçlərindən biri kimi Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafına öz töhfələrini vermişdir.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının da sədr müavini olan Asif Əsgərli 2003-cü ildə rəhbərlik etdiyi təşkilatla Cənubi Qafqazda ilk dəfə olaraq Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülüb. 2019-cu ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda gənclər hərəkatının formalaşmasında və gənclər siyasətinin həyata keçirilməsində səmərəli xidmətlərinə görə “TƏRƏQQİ” Medalına layiq görülən Asif Əsgərli gənclər işinə, onların sosial inkişafına, fəal iştirakına, bilik və bacarıqlarının artırılmasına və eləcədə vətəndaş cəmiyyətinin inkişafına dair çoxsaylı layihə, proqram və təşəbbüslərin rəhbəri olmuşdur.
Asif Əsgərli Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinin beynəlxalq arenada tanıdılması və ölkəmizin xarici nüfüzunun yüksəldilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlərin təşkilatçısı kimi də özünü ölkə ictimaiyyətinə yaxşı göstərmişdir.
Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan YAP İdarə Heyətinin üzvü dövlət başçısının ölkədə ictimai nəzarətin əhəmiyyəti barədə çağırışına adekvat olaraq Azərbaycanda ictimai nəzarət imkanları və onun genişləndirilməsinə dair təkliflərlə mətbuatda və sosial mediada da çıxışlar etməkdədir.
Asif Əsgərliyə bu bu məsul siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

YENİ AZƏRBAYCAN PARTIYASININ İDARƏ HEYƏTİ

  1. Əliyev İlham Heydər oğlu
  2. Əliyeva Mehriban Arif qızı
  3. Talıbov Vasif Yusif oğlu
  4. Rəhimzadə Arif Qafar oğlu
  5. İbrahimov Eldar Rza oğlu
  6. Zabelin Mixail Yuryeviç
  7. İsmayılov Amin İsmayıl oğlu
  8. Əhmədov Əli Cavad oğlu
  9. Qurbanlı Mübariz Qəhrəman oğlu
  10. İsgəndərov Anar Camal oğlu
  11. Əliyev Rauf Asif oğlu
  12. Əzizov Eldar Əziz oğlu
  13. Quliyev Musa İsa oğlu
  14. Muradova Bahar Əvəz qızı
  15. Muradov Ədalət Cəlal oğlu
  16. Sadıqov Elnur Məhəmməd oğlu
  17. Cahangirov Tofiq Şahmur oğlu
  18. Budaqov Tahir Yaqub oğlu
  19. Məmmədov Hikmət Baba oğlu
  20. Badamov Azər Camal oğlu
  21. Sofiyeva Aynur Məmmədiyyə qızı
  22. Hüseynov Ramiz Ağəli oğlu
  23. İbrahimov Fuad Natiq oğlu
  24. Qasımov Elmar Eldar oğlu
  25. Mahmudov Rəşad Məhəmmədqulu oğlu
  26. Osmanov Cavid Həmid oğlu
  27. Kərimzadə Pərvin Orxan qızı
  28. Cəfərov Samir Qadir oğlu
  29. Əsgərli Asif Məmməd oğlu
  30. Mirkişili Tahir Famil oğlu
  31. Elşad Mirbəşir oğlu
  32. Akimova Elnarə Seydulla qızı
  33. Əsgərov Vazeh Eldəniz oğlu
  34. Məmmədov Ramin Ələmşah oğlu
  35. Sucayev Əfsun Rəzzaq oğlu
  36. Həmzəyeva Ülviyyə Tapdıq qızı
  37. İsmayılov Şahin Əmir oğlu
  38. Bayramov Rövşən Cənnət oğlu
  39. Aslanov Bayram Mirazim oğlu
  40. Cəfərov Kamal Xaqani oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir