Lənkəranlı gənc istedad respublika onlayn mahnı müsabiqəsində III yeri tutub
Korona virus qadağaları həyatımızın bütün sahələrində yeniliklərə aparıb çıxarıb, o cümlədən incəsənətdə də. Artıq konsert və müsabiqələrdə onlayn, İnternetüstü keçirilməkdədir. Ölkəmizdə də yeni fərqli yaşam və mədəniyyət formaları oturusmaqdadir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” devizi altında keçirilən onlayn respublika mahnı müsabiqəsində Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Allahverən Hüseynzadə uğurla çıxış edib.
Bir ay davam edən onlayn mahnı müsabiqəsinin keçirilməsində məqsəd, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı uşaqları aşkar etməkdir. respublika onlayn mahnı müsabiqəsində lənkəranlı məktəbli “Bəstəkar mahnıları” nominasiyasında 15-20 yaş qrupunda “Yaşa mənim xalqım!” mahnısının ifasına görə üçüncü yerə layiq görülüb.
Münsiflər heyətinin sədri, Xalq artisti Təyyar Bayramov olub Diplomu Lənkəran Şəhər Təhsil Şöbəsinin Müdiri Ülviyyə Əliyeva tərəfindən Allahveren Pərviz ogluna Təqdim olunub.