Koronavirus: necə qalib gəlməli?!. Ağ Sufi Ocağının gizli elmi – 6. Aydın Xan Əbilov

Koronavirus: necə qalib gəlməli?!.

Ağ Sufi Ocağının gizli elmindən parçalar – 6

Uzun-uzadı ictimai qınaqdan sonra Nazirlər Kabineti təhsil müəssislələrində – bağça, məktəb, texnikum və universitetlərdə tədrisi epidemiya təhlükəsinə görə martın 10-a kimi dayandırılması haqqında rəsmi qərar qəbul etdi.

Gecədən başlayan yağış, 3 gün bundan əvvəl Bakı havasını ağırlaşdıran toz dumanının gətirdiyi xəstəlikləri qismən də olsa, yuyub apardı. Ehtimal etmək olar ki, İran, yaxud Türkmənistandan gələn tozanaq koronovirusa bənzər xəstəliklərin yayılmasını sürətləndirə bilər! Üstəlik də qarsız, kəskin soyuqlarsız builki hərarətli qışın fəsadları özündə zökəm xəstəliklərini gizlədir. Böyüklər demişkən, mart çıxmamış dərd qurtarmaz!

İsti aprel ayına kimi – nisbi sabitləşməyə qədər özünüzü planetar qrip forması almış koronavirusdan qorumaq vacibdir…

Ötən yazımızda koronovirusla necə mübarizə aparmaq və xəstələnməmək üçün bəzi təkliflərimizi vermişdik, bu materialı isə onun ardı kimi qəbul edə bilərsiz.

Xəstəliklə əlaqədar vacin amillərə – tibbi maska, spirt, gigienik təmizlik və qidalanmaya diqqət ayırmaqla yanaşı, aşağıdakıları da unutmayın:

  • Xəstəlik, qrip, soyqudəymə, zökəm, sətəlcəm, bir sözlə, ümumiləşdirsək, koronavirusla bağlı beyninizi çox da yükləməyin! Qorxan gözə çöp düşər, deyb babalarımız.
  • Qədim Midiyada mağ babalarımız isə söyləyiblər: “Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl!” Beyninizdə qoru fırlanırsa, əvvəl-axır naxoşlayacaqsız. Öz təcrübəmdən bunu dəqiq söyləyə bilərəm…
  • Babalarımız-nənələrimiz ən ağır xəstəliyin adını dillərinə gətirməzdilər, deyərdilər, flan azar, xəstəlik və o dəqiqə də tüpürərdilər. Son tibbi-elmi araşdırmalar da göstərir ki, hətta hüceyrələrin də nano-şüuru – bambalaca yaddaşı var. Xəstəlikdən qorxan zaman və tez-tez bunu dilinizə gətirən vaxt o hüceyrələrə təsir edir və qorxduğunuz azar oyanmış olur: tutalım xərçəng xəstəliyi kimi sağalmaz bəla.
  • Elm adamları bildirir ki, xəstəliyi yaradan viruslar-mikroblar immun sistemimizin zəifliyini görən kimi işə düşür, sağlam hüceyrələrə hücuma keçirlər…
  • Bütün xəstəliklər və problemlərdə olduğu kimi, indi də – koronavirus qorxusu yayıldığı vaxtda özünüzü gümrahlaşdırmaqdan ötrü çoxluca gülümsəməyə, komediya filmlərinə baxmağa, zarafatcıl insanlarla ünsiyyətdə olmağa, sağlam ailə üzvlərinizlə, yaxud sevdiyiniz – dostluq etdiyiniz insanlarla vaxt keçirməyə çalışın.
  • Sevgi və sevinc, gülüş və müsbət duyğular əlahidə enerjiyə çevrilərək sizin orqaniziminizi – ruhunuzu qorumağa yönələ bilər.
  • Nə qədər bayağı səslənsə də, əgər daimi seviş tərəfdaşınız sağlamdırsa, onunla intim münasibətdə – cinsi əlaqədə olmağınız sizin orqanizminiz üçün İlahi məlhəm kimi gərəklidir.
  • Kitab mütaliə etmək, şeir əzbərləmək, mahnı oxumaq, rəqs etmək, sevimli məşğuliyyətini təkrarlamaq – viruslara qarşı dava-dərmanı əvəzləyə bilər.
  • Təmiz havada idman etmək, eləcə də fikri dağıtmaq üçün havaladırma normalarına cavab verən qapalı şəraitdə yüngülvari məşq etmək xəstəliklərə qarşı səmərəli vasitə sayılır.
  • Vitaminlərlə bol meyvə-tərəvəz, kalorili yeməklər və isti içkilərin təsirini də unutmayın. 8-9 saat yuxu, eləcə də vaxtında edilən istirahət sizin ən böyük silahınızdır, bunu unutmayın…

Aydın Xan Əbilov, 2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir