Niyyətin hara, mənzilin ora. Hacı Mir Kazım Kazımi.

1998-ci ilin dekabr ayının 10-u idi. Hələ axşamdan danışıb razılaşdığımız şərtə görə əmioğlum Hacı Mirqəni ilə Təbriz küçəsindəki 51 saylı evin yanında səhər saat 07:00-da görüşüb Lənkəran şəhərinə getməli idik. Tərbiyəsinə və adətinə uyğun olaraq həmişə verdiyi vədinə əməl edən əmioğlum bu dəfə görüşə 10 dəqiqə gecikmişdi: 07:10-da bizə yaxınlaşıb dedi ki, Adilgidən düşür.

Uzun müddət ağır xəstə olan Süleyman Ələsgərov – dostumuz Adilin qaynatası səhərə yaxın vəfat etmişdi.

Biz evə qalxaraq mərhumun ruhuna dualar oxuduqdan sonra Adilə, həyat yoldaşı, mərhurmun qızı Sevil xanıma başsağlığı verdik. Gedişimizin vacib ve üzürlü olduğunu bildirdikden sonra tez qayıdacağımıza söz verib Lənkərana yola düşdük.

Səhərisi günü mərasimdə iştirak etmək üçün Adilgilə gəldik. Məclisə daxil olduqda hörmət əlaməti olaraq məni yuxarı başa, Mollanm yanında oturmaq üçün dəvət etdiler. Məclisdə yerinə görə mənə ən yaxın olan şəxs, məclisi aparan molla ilə tanış oldum. Bu M. M. idi. Çox danışmağı xoşlayırdı. Özünü diqqət mərkəzində qoymağa cəhd edirdi. Lakin bilik səviyyəsi məhdud olduğuna, həm də məclisdə hər zümrədən olan savadlı, söz-sənət adamlarmın olması onun bu cəhdlərinin fayda vermədiyinə, əksinə nöqsanlarının bariz şəkildə üzə çixmasına səbəb olurdu.

Burada mənim tanıdıqlarım, mərhumun işlədiyi kollektivdən olan yüksək səviyyəli sənətçilər, Adil müəlimin iş yoldaşları, dost-tanışları, ali savadlı müəllimlər, mihəndislər, həkimlər, jurnalistlər, ədəbiyyat xadimləri, hüquqşünaslar və s. bir sözlə elm adamları iştirak edirdilər. Belə bir cəmiyyətdə keçımiş sovetlər dövründə olduğu kimi İslam dinini ya bilərəkdən və yaxud cəhalətdən xurafata, mövhumata döndərib əsatirlər, miflər şəklində təbliğ etmək onlarda ən azı ikrah hissi oyadır, din adamlarına qarşı inamsızlıq yaradır. Burada da belə bir vəziyyətin baş verəcəyini hiss edərək söhbətə müdaxilə edib, fikri düzgün məcraya yönəltmək qərarına gəldim. Ancaq bu qərarımı həyata keçirməyimə xöşbəxtlikdən mollanın öz kəmsavadlığı kömək etdi. O, söhbət əsnasında dedi ki, Həzrəti Əli göydəki Ayı iki yerə bölüb yaxasından saldı. Bir parçasını köynəyinin sağ qolundan, o biri parçasını sol qolundan çixartdı. Bunu eşidərkən məni iradəmə demək olar ki, tabe olmayan bir gülmək tutdu. Әtrafdakılar görməsin deyə ya üzümü yana çevirir, ya da əlimlə üzümü tuturdum. Birdən üzbəüz sırada oturmış şəxslərdən bir nəfər (sonradan onunla tanıs oldum, cox savadlı və ziyalı bir adam idi. Universitet qurtarmışdı. Jurnalist idi. Adı Hacı idi) mollaya üzünü tutub bərkdən əsəbi halda – Elə belə danışırsız ki, sizə heç kim inanmır vəadamlardindən cixirlar! Bu böyüklükdə yalan olar!!

Molla mənə işarə edərək: – İstəyirsiniz ağadan soruşun. Cavanlığına baxmayın, o savadlıdır. O da təsdiq edər, – dedi. Təbii ki, mən söhbətə qarışmalı oldum və mollaya müraciətlə:

– Bax, elə məni buna görə gülmək tutmışdu da, xəcalətimdən bilmirdim nə edim. Belə məclisdə də gülmək olar? Sən atı sürüb yağışdan sonra islanmış şum yerinə salmısan, mən onu oradan necə çixarım? – deyərək, mollanın adını çəkməyinə baxmayaraq, bu yaşına qədər əsl mahiyyətini derk etmədiyi «Şəqqəl-Qəmər» – Ayın parçalanması möcüzəsindən söz açıb izahat verməyə başladım. Əvvəlcə Həzrət-peyğəmbər Mühəmməd əleyhissəlamm və onun pak olan övladlarına – itrətinə salam göndərməyi, sonra mərhumun ruhuna salavat deməyi məclis əhlindən xahiş etdim və izahatım belə oldu.

Ayın parçalanmasını Həzrəti Əli nümayiş etdirməyib. Bu hadisə əfsanə də deyil. Bu haqda bizim üçün elmlərin menbəyi olan Allah-təalanın nazil etdiyi Qurani-Kərimdə «Qəmər» surəsində məlumat vardır. «şəqqəl-Qəmər» yəni ayın parçalanması sonuncu peyğembər olan Mühəmməd əleyhissəlamın möcüzelərindəndir.

Bildiyiniz kimi, hər bir peyğəmbərin həqiqətən Allah tərəfinden təyin olunmuş peyğəmbər olmasını təsdiq edən dəlillər, sübutlar olmaldır. Tarixdə yalandan özlərini peyğəmbər adlandıran dinsiz fırıldaqçılar çox olub. Elə elm və texnikanın tərəqqi etdiyi müasir dövrümüzdə də belələri vardır. Hətta, cahil və nadan olan bəzi jurnalistlər onları televiziyada da nümayiş etdiriblər. (Əhmədli və Əmircan qəsəbələrindən bir arvad və bir kişi). Bunu çoxlarınız görübsünüz.

Peyğəmbərin həqiqətən Allah tərəfindən gəldiyini təsdiq edən dəlillərdən biri də möcüzədir. Möcüzə elə bir xariqəladə əməldir ki, adi adamlar o eməli icra edə bilməzlər. Yalnız Allahm iradəsi ilə Allah-təalaya yaxın olan bir adam onu icra edə bilər. Peşə vərdişi vasitəsilə, yaxud elmi axtarışlarla möcüzə göstərmək mümkün deyil. Hələ heç bir elm cansız bir əşyanı canlı bir varlığa çevirməmişdir. Lakin Allahın əmri ilə əlindəki ağacı yerə atan Musa peyğəmbər onu ilana – əjdahaya çevirərək möcüzə göstərmişdir. İsa peyğəmbər ölmüş adamı diriltmişdir. Savadsız cəmiyyətdən çıxmış Mühəmməd peyğəmbərə o zamanm ən böyük möcüzəsi hesab edilən Qurani-Kərimi göndərilmişdir. Hansı ki, 14 əsr keçdiyinə baxmayaraq, hələ indi də Quranın sirrləri açıllır, daha dolğun mənalar kəşf olunur. Həyat davam etdikcə Qurani-Kərim özü-ozlüyündə təzələnir və yaşadığı dövrü əhatə edir, işiqlandırır. Bu, qiyamətə qədər belə olacaqdır. Çünki Allah-təala quranı bütün dövrlər üçün və bütün cəmiyyətlər üçün nazil etmişdir.

Necə ki, axirəzzaman peyğəmbərimiz Mühəmməd əleyhissəlam öz vəsiyyətində buyurub:

– Ay camaat, mən sizin üçün iki əmanət qoyub gedirəm. Onlardan biri Allah-təalanm nazil etdiyi müqəddəs Qurani-Kərimdir, o birisi menim itretimdir. Yəni mənim nəslimdən dünyaya gələn övladlarımdır. Bunlarn hər ikisini qoruyun və əziz tutun. Onlar qiyamətə qədər bir-birindən ayrılmayacaq və qiyamətdə Kövsər bulağının üstündə mənimlə görəşəcəklər. (mənə yetişəcəklər) «Şəqqəl-Qəmər» də peyğəmbərin dəlillərindən, möcəzələrindən biridir.

Bu möciizənin göstərilməsi haqda məşhur hədislərdə deyilir ki, məkkə müşrikləri peyğembərin yamna gəlib dedilər:Əgər sən doğrudan Allahın peyğebərisensə Ayı bizim üçün ikiyə böl. Allahın peyğemberi onlardan soruşdu:

– Əgər siz bunu görsəniz iyman gətirərsiniz? – dedilər: — Bəli. Onda peyğəmbər Allah- təala dərgahına hacət namazı qılıb müraciət etdi:

– Ey mənim pərvərdigarım, bunlara öz qüdrətüvi nimayiş etdir ki, səni tanısınlar, sənə iyman gətirsinlər.

Allah-təala öz həbibini məyus etmədi. Ayı ikiyə böldü. Peyğəmbər ona miraciət edən müşrikləri bir-bir çağırıb bu möcüzəni onlara göstərdi və dedi: -indi gəlin görün! Bu barədə aşağıda daha müfəssel söhbət açarıq.

Әlbəttə, Allah-tealanı tanıyanlar, Onun sifətlərinə alim olan adamlar, yəni Allah-təalanın qüdrətini, həkimliyini, qiddusluğunu, əzizliyini dərk edənlər bilirlər ki, Allah-təala üçün heç bir əməl mümkünsüz deyildir. Q hər şeyə qadirdir. Bircə « Ol» demekle butin kainatı yaratdığı halda, özünün yaratdığı nəhəng planetlerə nisbeten kiçik bir Ay səyyarəsini ikiyə bölmək çətin deyildir.

Bizim etiqadımızca tarixin bu məlumatı, yəni peyğəmbərin istəyincə Allah- tealanın Ayı ikiyə bölüb bu möcüzəni müşriklərə göstərməsi həqiqətdir. Digər tərəfdn, Ayın cismən parçalanması və yaxud onun şüasımın, ziyasının parçalanması haqda da mülahizələr yürüdənlər vardır. Arcaq çoxlarına(əlbəttə səthi düşünənləri nəzərdə tuturam) təəcciblü və müşkül görünən ayın cismən parçalanmasıdır. Bu ondan irəli gəlirki, onlar Allah-təalanın əzəmətini, onun intəhasız qiidrətini özlərinin məhdud səviyyələri ilə, məhdud baxışları ilə eyniləşdirirlər. Onlar başa düşüb dərk etməlidirlər ki, Günəşi yaxından görmək mümkün deyildir. Çünki yaşadığımız planetden – Yerden bir milyon 391 min defə böyük olan və saniyədə Şərqdən Qərbə doğru 19,5 min kilometr siirətlə hərəkət edən Cünəş onların 1-2 sm diametri olan gözlərinə yerləşməz ki, yaxından onu görsiinler. Bes milyonlarla Günəşdən də böyük olan səyyarələr sistemini yaradan çox-çox böyük əzəmət sahibi olan Allah-təalam necə öz məhdud, olduqca kiçik səviyyələrində təsəvvür edirler? Doğrudan da bizim dərketmə qabiliyyətimiz çox məhduddur.

Gəlin, elmlər elmi, hər bir müşkül-problern məsələlərinin açarı olan Qurani-Kərimə məraciət edək. «Qəmər surəsində deyilir:

– İqtərəbətissaətii və ənşəqqəl qəmər.

Qiyamət yaxınlaşdı və Ay parçalandı. Burada iki böyük və mühüm hadisədən xəbər verilir. Biri qiyamətin yaxınlaşması, digəri ayın parçalanması xəbəri. Qiyamətin yaxınlaşması, yəni həmən saatda yaşadığınız dünyanın təlatümlərə məruz qalaraq dağılması, parçalanması, məhv olmasının baş verəcəyi və bundan sonra yeni bir dünyaya qedem qoymağımız, yeni axirət dünyasının başlanğıcı xəbər verilir. Hansı ki, bu yeni dünyanı olduğu kimi dərk edib vəsf etmək bizim məhdud qabiiiyyətimizdən uzaqdır.

Soruşursuruz ki, 14 əsr bundan əvvəl qiyamətin yaxınlaşması xəbəri verildiyi halda indiyə qədər bu hadisə bəs niyə baş vermir? Məlumunuz olsun ki, belə, buna bənzər suallar hələ peyğəmbər zamanında onun öziinə də verilmişdi.

Nəzr ibn Haris başda olmaqla bir qrup məkkə kafirləri Peyğembərə və Qurana inamsızlıq göstərərək Ona dedilər ki, ya Mühəmməd əgər sen düz deyirsənsə, haqq peyğəmbərsənsə, qoy sənin Allahın tabe olmadığımız üçün bizi cəzalandırsın. Onların bu sözünə cavab olaraq Allah-təala Həcc surəsində olan 47-ci ayəni Peyğəmbərə nazil etdi. Ayədə deyilir:

— Ya Mühəmməd onlar ki, səndən təcili olaraq əzab, cəza istəyirlər. Onlara başa sal ki, Sənin Allahın vədəsinə xilaf çıxmaz. Onlara vəd edilən gün əzab veriləcəkdir. Allah yanında bir gün sizin hesabınızla 1000 (min) il uzunluğundadır. Allah yanında zaman ölçüsü başqadır.

Hörmətli oxucular, V-VI əsrlərdə peyğəmbərə nazil olmuş bu ayənin mənası yalnız XX əsrin əvvəllərində tam olmasa da müəyyən qədər açıqlanmışdır. Belə ki, XX əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi və ona esaslanan yeni mexanika qanunları sübut etdiki, zaman və cisimlərin ölçüsü cisimlərin sürətindən asılıdır. By qanunlara görə böyük sürətlə hərəkət edən cisimlərdə zamamın cərəyanı yavaşıyır. Demək, zaman anlayışı mütləq deyil, o nisbidir. Hərəkət edən mişahidəçi üçün bir cür, sükünətdə olan müşahidəçi üçün başqa cür cərəyan edir. Buradan məşhur «ekizlər paradoksu». meydana çıxır.

Fərz edək ki, 30 yaşlarında olan ekiz gardaşlardan biri olan Cabir isıq sürətinə bərabər sürəti olan Kosmik gəmi ilə bir səma cisrninə səyahətə gedir.

Digər qardaşı Sabir isə evdə onu gözləyir. Sabirə görə Cabir 21 işiq ili məsafəsində olan planetə gedib qayıtmasını o 42 ildan sonra qarşılamalıdır.

Cabiri qarşılamağa çıxan Sabirin saçları ağarmışdır. Onun 72 yaşı vardır. Cabir ise cavan oğlan kimidir. O yola cəmisi 6 il sərf edib. Deməli 36 yaşındadır. Daha maraqlısı budur ki, Cabir 30 yaşında Kosmik səyahətə geden giin onun bir oğlu olur. Ona Nadir ad qoyurlar. Cabir 36 yaşında kosmik səfərdən qayıdarkən oğlu Nadirin 42 yaşı olur. Oğul atadan böyük olurl?…

Yerdən daha uzaq və daha böyük sürətlə hərəkət edən planetlərlə, hansı ki, onlar Günəşdən milyon dəfələrlə böyük sürətə malikdir, bu fərq daha böyük olur. Görün Allahın qüdrətini!

Əziz oxucular, təəccüblüdür, elə deyilmi? Bu fikirlərə daldıqda adam məst olur. Lakin bu məstlik zəhərləyici qidalardan gələn, ağlı aparan məstlik deyil, ağlı-zəkanı cilalayan mestlikdir. Burada şairin gözəl misralarını yada salmamaq olmaz:

Dərk etmək həvəsi ürəklərimiz

Qoy xilas olmasın bu dərdi-sərdən,

Gəlin, şərab içib, məst olmayaq biz,

Məst olaq mənalı düşüncələrdən.

Bilək, öz rengini hardan alır qan,

Neçin yatanda da döyünür ürek.

Çiçəyin ətrini bilək turmundan,

Çeşmenin gözünü suyunda görək.

Bilək hara gedir əməllərimiz,

Neçin ömrün yolu düyün-düyündür.

Bilək dünya üçün yaranınışıq biz,

Yoxsa dünya özü bizim üçündür.

Deməli, dünyanın sonu, qiyamət gününün yaxınlaşması bizim bu məhdud dünyarmızın, qısa ömirlərimizin hesabati və miqyasi ilə deyil, Allah-təala yanında olan hesab və miqyasla ölçülür. Ola biler bizim hesabla bu çox min iller çəksin.

Elə Ayın parçalanması da bu dünyanın dağılmağa başlanmasından, dünyanın sonunun çatmasından, qiyamətin yaxınlaşımasından xəbir verir.

Planetlərin, yaxud göy cisimlərinin parçalanması heç də əfsanə deyildir.

Sizin az çox tanış olduğunuz müasir dünyəvi elmlər də bunu təsdiq edir.

Göy cisimlərini öyrənən alimlər-astronomlar səyyarələrin parçalanınsını, dağılmasını nəinki inkar etmirlər, hətta onlar da, adi adamlar da belə halları dəfələrlə müşahidə etmişlər. Bunu bir sıra nəzəriyyələr və elmi araşdırmalar da təsdiq edir.

a) Günəş sisteminə daxil olan planetlərin, səyyarələrin Günəşdən ayrılması nəzəriyyəsi;

Bu nəzəriyyəyə görə səyyarələr hamısı Günəşin tərkibində olmuşdur. Günəş öz oxu ətrafında çox yüksək sürətlə hərəkət etdiyindən mərkəzdənqaçıma qüvvəsi nəticəsində o səyyarələr Günəşden ayrılaraq ayrıca planet şəklinde onun orbitində – mədarında dövr edirlər. Belə səyyarələrdən biri də Aydır Güneş öz oxu etrafinda bir saatda 7200 km süretle hərəkət edərək bir ildə bir dövrü başa vurur.

b) Yerde həyatın əmələ gəlməsi haqqındakı Laplas nəzəriyyəsində də göstərilir ki, yanar qaz halında olan Günəş öz oxu ətrafinda yüksək sürətlə hərəkət etdiyindən Yer də ondan mərkəzdən qaçma qüvvesi ilə ayrılmışdır.

v) Ooparin nəzəriyyəsi;

Yerdə həyatın əmələ gəlməsi də Günəş sistemindən ayrilaraq yerə çatmış aminturşuların bölünərək həyat cismi olan zülalı əmələ gətirməsi nəticəsində olmuşdur.

2 – Fəzada Günəş orbitində dövr edən astroidlər də Günəşdən və digər

planetlerden ayrilmiş böyük daş parçalarıdar. Parçalanma nəticəsində planetlərdən ayrılmış belə daşlar -astroidlər fəzada 5 minden artiqdır. Bunlar müxtəlif ölçüdə olaraq ən böyüyünün diametri 25 km-ə çatır. Bəzi alimlər bu astroidləri parçalanaraq kiçilmiş planetlərin qalıqları hesab edirlər. Kosmonavtika sahəsinde çalışan alimlər belə astroidlərin varlığına böyük əhəmiyyət verərek, gələcəkdə uzaq planetlərə uçuş teşkil etdikdə onlardan ara stansiyaları kimi istifadə etmək millahizəsi yürüdürlər.

3- Sürüşən, düşən ulduzlar, yaxud quyruqlu ulduzlar. Belelerini demek

olar hamı görüb. Bu ya ulduzların qalığı, ya da parçalanaraq və kiçik daşlar şəkline düşmüş hissələridir ki, fəzada çox sürətlə hərəkət edib yanır ve parlaqlıq nümayiş etdirir.

Beləliklə, çəkdiyimiz misallar Göy cisimlərinin parçalanmına məruz qaldıqlarını göstərir. Ay da bele göy cisimlərindendir . Q da parçalana bilər. Biz bu günkü elmi görüşlər nöqteyi nəzərindən göy cisimlərinin parçalanmasının miimkünlüyünü izah etdik. Indi də yuxarıda verdiyimiz vədə əməl edərək Ayın parçalanmasının Allah-təala tərəfindan.möcüzə şəklində göstərməsinin müfəssəl şərhini verək.

Yəmən Sultanı Həbib ibn Malik çox əzəmətli bir dövlət başçısı idi. Öz yegane olan qızını adlı-sanlı ərəb əmirlərinden biri hələ uşaq ikən öz oğluna nişanlamış və «göbəkkəsdi» etmişdilər. Qız həddi-biluğa çatıb ərə getmək vaxtına az qalmış bərk xəstələnir. Iflic olaraq uzun middət hişsuz balda qalır. Sultan Həbibin səyi ilə güman edilen o dövrün bütün həkimleri xəstəyə heç bir Әlac ede bilmirlər. Qızın xəstə olmasını da atası və anası gizli saxlayırlar.

Bir gün Həbib ibn Malik arvadına deyir ki, görünür qızımızın əlacı həkimlərin əlində deyil. Hazırlıq gör. Məkkəyə gedib orada ofan böyük bütlərə, Lat ve Uzzaya dəxil düşək, onları ziyarət edib qızımıza. əlac diləyək.

Beləliklə Sultan, arvadı ve qızı üçün iki xisusi kəcave düzəltdirib yüz min

qoşunla Məkkəyə doğru yola çıxdı. Məkkə yaxınlığında Əbtəh deyilen bir qəsəbədə çadır qurub düşərgah etdilər. Bu elə bir zamana təsadüf edirdi ki, Mühəmməd peyğəmbər məbus olmuşdu, yəni bir neçə il idi ki, ona peyğəmbərlik verilmişdi və əmr olunmuşdu insanları İslam dininə dəvət etsin. Uzun miiddət nadanlıq və cəhalət dövrünün hərc-mərcliyinə, eyş-işrətinə alışımış mişroklər peyğəmbərə qarşı çıxıb onu yalançı, dəli adlandırır, ona olmazın işgəncələr verirdiler. Ancaq Allahın peyğəmbəri öz haqq yolundan dönmür, onları cəhalət zülmətindən qurtarıb din, əqidə, iman dünyasının nuruna çağırırdı. Onlar peyğembəri öldürmək qərarına gəlmişdiler. Bu zaman Həbib ibn Malikin böyük bir qoşunla Məkkəyə yaxınlaşdığını eşidib bu fikirlərini onun vasitesilə həyata keçirməyi qərara aldılar. Içərilərinden bir qrup adam ayırıb çoxlu hədiyyələrlə Həbibi qarşılamağa göndərdilər. Elçilər Həbibin yanına gəldikdə ona göstərilen bu hörmət və sayğıya görə Həbib fikirləşdi ki, Məkkə əhli ondan nə xahiş etsə yerinə yetirəcəkdir. Məkkəlilərdən nəyə ehtiyacı ofduğu soruşdu. Onlar: Ya əmir, dünya nemətlərindən heç nəyə ehtiyacımız yoxdur. Ancaq bir müşkül məsələ bizi narahat edir. Məkkə qəbilələrinin birindən Mühəmməd adli bir nəfər zühir edib bizim ata-babadan olan dinlərimizi puç hesab edir. Cavanlarımızı öz tərəfinə çəkib bizdən döndərir, bir yerdə yemək yeməyə qoymur. Kəsdiyimiz heyvanların ətini murdar hesab edir. Sitayiş etditimiz bütləri lağa qoyur, hamını bir allaha itaət etməyə çağırır. Indi Məkkədə ikitirəlik, qalmaqal hökm sürür. Qohumlar arasında düşmənçilik yaradıb. Biz qorxuruq ki, gələcəkdə də qəbilə və tayfalarımız arasında qan düşmənçiliyi davam etsin. Әgər mümkünsə sən bizi bu şəxsin şərrindən qurtar! Həbib ibn Malik bunların bu acınacaqlı və kədəri sözlərinə qulaq asdiqdan sonra dedi:

—Mən indi adam göndərib Mühəmmədi gətirdərəm və sizin gözləriniz qabağında onun boynunu qılıncla vurduraram.

Onlar dediler:

— Ya əmir, onun bir əmisi, hamisi vardır. Әbu talib. O həm də Məkkənin rəisidir. Əvvəlcə onu çağırtdır, başa sal, bəlkə qardaşı oğlunu bu iddiadan çəkindirdi. Bele olarsa iş sülhlə qurtarar, qan da düşməz.

Həbib razılaşaraq adam göndərib Əbu talibi gətirtdi və ona miraciətlə:

—Sən ki, Məkkənin rəisisen. Nə üçün qardaşın oğlunu nəsihət etmirsən?

Əhali arasında ayrı-seçkilik, ikitirəlik salır.

Əbutalib cavabinda:

—Ey Həbib, Q peyğembərlik iddiası edir. Yaxşı olar çağırtdırıb özün onunla danışasan. Əgər peyğəmbərliyə dəlil-sübutu olmazsa onda özün onu cəzalandırarsan.

Həbib ibn Malik peyğembəri yanına çağırtdırdı. Mühərməd əleyhissəlam

Həbibin iqamətgəhuna yaxınlaşanda, Həbib gördü ki, Mühəməəd əleyhissəlam qəddi qamətli, nurani simalı bir şəxsdir. Həbib ona dedi:

—Ay cavan, özünə heyfin gəlmir ki, xalqın arasına nifaq salıb narazılıq törədirsen?

Mühəmməd əleyhissəlam dedi:

—Ya əmir, siz həç Allah-təala tərəfindən gələn peyğəmbərlər haqqında, onların möcüzələri haqqında eşitməmisiniz?

Həbib dedi:

—Niyə, eşitmişəm və tanıyıtam. Musa peygəmbər, Isa peyğəmbər. Onların möcüzələri olub.

—Onda ya əmir, mənim bu Məkkə əhlindən şikayətim var. 13 ildir mən Allah-teala tərəfindən məmur olunmışam, bu camaatı haqqa dəvət edim. Allahın peyğembəri olduğumu onlara dəlil-sübutla, möcüzələrlə başa salıram. Lakin onlar mene sehrkar, yalançı deyirlər, Özümə işgəncələr verirlər. Məkkə çox qabaqcıl şəhərlərdən biridir. Əhalisi də gözüaçıqdır. Nece ola bilər ki, onlar möcüzəni sehrdən ayıra bilmirlər? Əgər özləri ayırd edə bilmirlərsə bu illər ərzində başqa şəhərlərdən bir savadlı adam tapıb ondan soruşa bilməzdilər?

Bu zaman axşam vaxtı idi. Səmadan 14 gecelik Ay ətrafı öz nuruna boyayıb işqlandarırdı. Ərəbistan səhrası tamam ayın nuruna qərq olmuşdu. Həbib ibn Malik dedi:

—Men özüm sehrkarlığı möcüzədən yaxşı ayıra bilirəm. Özüm indi səni yoxlayacağam. Sehr yalnız Yerdə olan əşualata tətbiq edilə bilir. Göy cisimlərinə təsir etmir. Əgər sən doğrudan da pegəmbərsənsə o göydəki Ayı iki yere böl!

Peyğəmbər dedi:

—Bu mənim üçün çox çətin və müşkül bir işdir. Ancar mənim Allahımın qüdrəti qarşısında bu asan bir mesələdir. Mənim Allahım onu ikiyə bölər, – deyib iki rəkət namaz qılıb səcdədə Allah dərgahına miiraciət etdi:

—Ey mənim pərvərdigarım, sənə əyandır, bu müşriklər məni necə çətinlikdə qoyurlar. Səni and verirəm öz Cəlalına Ayı ikiyə böl ki, həm bu nadan camaat seni tanumaqla mənim peyğəmbərliyimi təsdiq etsinlər və həm də mənim canəmı bunların şərrindən hifz edərsən!

Peyğəmbər başını səcdədən qaldırmarmış 14 gecəlik Ay iki hissəyə ayrıldı.

Әbuqübeys dağı Ayın parçaları arasında qaldı. Səhrada olan camaat hamısı bu hadisəni gördülər. Həbib ibn Malik: – Əllahü Əkbər! – deyə qışqırdı. Q zaman Taifdən gəlen karvan əhli də bu hadisəni müşahidə etdiklərini söylədilər.

Peyğəmbər heyrətdən donmuş Həbibə yaxınlaşıb dedi:

—Ya Həbib, istəyirsən sənin Məkkəyə gəlişinin səbəbini də deyim?

Həbibin qızının xəstələnmə tarixini danışaraq dedi ki, ya Həbib, o ütlərdən sənin qizina heç bir şəfa olmayacaq. Sənin qızına ancaq hər şeyə qadir olan, yerlərin, göylərin və onların içindəkilərinin yaradıcısı olan şəfa vere bilər. Və qız olan çadıra daxil olub qızın yatağı üstdən əlini çəkdi. . Allahın qüdrəti ilə qız göziünü açıb sağaldı. Həbib ibn Malik, arvadı və qızı elə oradaca peyğəmbərə iman gətirib, onun həqiqətən Allahın elçisi olduğunu təsdiq etdilər.

Әziz oxucular, bu xatirəni qələmə almağımın iki səbəbi var.

1– S.Əlesgerov haqqında xatirə kitabı yazılması haqqında mənə çox hörmət etdiyim və xatirini əziz tutduğum Adil Əhədov bildirmindi və məndən də bir şey yazmağı xahiş etmişdi. Əlbəttə Adilin sözünü yerə salmaq olmazdı. Mənim üçün isə heç mümkün deyildi Çünki Adili yaxından tanıyanlatdan biriyəm. Əvvəla Adil vilayətin fəqihi hesab edilen, Stalin represiyasına məruz qalan, çox böyük alim Şeyx Əsədullah bulağından su içmişdir. Onun nəvesidir. Atası, yeni Şeyxin oğlu Әhməd kişi Azərbaycan Dövlət Dəmir Yolunun məsul işçilərindən olub.

Mən bu sahədə işlədiyimə görə onun həmkarlarından rəhmətlik Әhməd kişi haqqında çox yaxşı sözlər eşitmişəm. Həmişə xeyirxahlıqla məşğul olub. Heç kimin qəlbinə dəyib incidən adam olmayıb. Həmişə ətrafdakılarına tövsiyə edib ki, özünə rəva görmədiyini başqasına da rəva görmə. Adil müəllim belə insanların ocağında tərbiyə almış, boya-başa çatmışdır. O özünə qarşı çox məsuliyyətli və tələbkardır. Mən onun tabeçiliyində olduğu fəhlələrlə də, mühəndis heyəti ilə də görüşüb söhbət etmişəm. Həmçinin, onun tabe olduğu baş idarənin işçiləri ilə də, nazirə qədər miitəmadi olaraq təmasda olur, fikir mübadiləsi edirik. Maraqlı burasıdır ki, həm tabe olduğu və həmdə tabeçiliyində olan şəxslər harmsı Adil müəllimdən çox razılıq edir, ondan ağız dolusu damşırlar. Ot kökü üste bitər, deyirlər. Adil miəllim işgüzardər. İşçilərinin qayğısına qalır. Onları bekar qoymur. Nüfuzundan istifadə etərək onlar üçün miixtəlif idarə və miiəssisələrdən sifarişlər alır ki, çalışıb, işləyib qazanc əldə etsinlər. Mən dəfələrlə görmüşəmki, Adil işçilərin əmək haqqını alan kimi gecə də olsa Bakıdan Lənkəran şəhərinə yola düşür ki, onlara əmək haqqını çatdırsın.

Bir dəfə Novruz bayramı axşamı idi. Adil çox çətinliklə həmin gün axşamçağına fəhlələrin əmək haqqını bankdan almağa mivəffəq olməndu. Mənə rast gəldi və dedi ki, Lənkərana yola düşür. Mən ise – Ay Adil, bu axşam hamı öz evində, ailəsinin içinde olmalı, deyib, gülüb şənlənməlidir. Qal, sabah gedərsən. Q belə cavab verdi:

—Haci, camaat ağır vəziyyətdədir. Elələri var ki, bayram süfrəsi açmaq imkanı da yoxdur. Mən onların pulunu çatdırım. Uşaqlarını sevindirsnlər. Elə menim özüm üçün də sevincdir.

Әn böyük xüsusiyyəti odur ki, ehtiyacı olanlara xeyirxahlıq göstərib əl tutur və etdiyi əməlləri Allah rizasına edir. Mənə də deyir:

—Hacı, mən allaha göre edirem. Kim nece başa düşür, düşsün.

Bir gözəl xüsusiyyəti də odur ki, qohum əqrabasını yaddan çıxarmır. Onlara diqqət və qayğı göstərir. Ondan yazmaqla qurtarmaz. Allah-teala öz cəlalı xatirinə özü ona xeyir versin. Məhz, belə bir adamın sözünü yerə salmamaq üçün yazdım.

Ikinci səbəb isə Süleyman Ələsgərovun özü ilə bağlıdır. Bildiyiniz kirni XX əsr Azərbaycan teatr sənəti tarixində S.Ələsgərov görkəmli yer tutur. O, öz senətkarlığı ilə insanlara böyük hisslər aşılamışdır. «Bizim Cəbiş miiəllim”də o nəinki ailəsinə uşaqlarına, mən deyərdim ki, bütün insanlara çox güclü qəlbə, şüuranüfuzedici vətəmpərvərlik dərsi verir. Öz uşaqları aclığına məruz qaldıqları halda zəhmətlə bişirdiyi sabunu satıb ailəsinə sərf etmək əvəzinə əsgərlərə paylayır. Bu əsl xeyirxahlıq nümınəsini insanlara aşılayır. Yaxud «Hacı Qəmbər”də oynadığı rol. Sənətçilər bu barədə çox söz deyib, ona dəyərli qiymət veriblər. Mən isə bir həkim kimi bir xüsusiyyəti nəzərə çarpdırmaq istəyirəm. Biz həkimlər universitetdə oxuyarkən bizə hər bir xəstəlik haqqında nəzəri biliklər verdikdən sonra əyani olaraq xəstələri nümayiş etdirirlər. Yaxud xəstələrə baxıb, miayinə edib diaqnoz qoyuruq ki, miəllimlərimizə biliyi mənimsədiyimizi göstərək. Bu öyrənmənin daha yaxşı üsuludur. Ancaq elə hallar olur ki, tələbələr dərs keçən zaman keçilən xəstəliyə yoluxmuş xəstələr olmur. Ancaq miəllimlərin xəstəliyin əlamətləri haqqında verdiyi şifahi məlumatlarla tədris bişa çatır. Ruhi xəstəliyə tutulmuş Hacı Qəmbəri Süleyman Ələsgərov elə oynayır ki, ele bil doğrudan da o aktyor deyil. Həqiqəten xəstədir. Xəstəliyin bütün simptomlarını- əlamətlərini olduğu kimi gözə çarpdırır. Mərhum Uzeyir Hacıbəyovun belə bir kəlamı var:

—Şəkil çəkən rəssam şəkli elə çəkməlidir ki, onun altunda bu atdır sözünü yazmağa ehtiyac qalmasın.

Süleyman Ələsgərovun yaratdığı Hacı Qəmbərin xəstələyini seyr edən hər bir minimal biliyə malik tibb universitetinin tələbəsi fikirləşmədən deyər:

—Bu Şizofreniyadır.

Bu onun nəticəsidir ki, Süleyman Ələsgərov həmişə öz üzərində çalışıb. Elmi axtarışlar aparıb. Bilik və təcrübəsini artırıb. Evde, ailəde böyük terbiyə məktəbi yaratdığı kirni, səhnədə də, işlədiyi kollektivdə də, teatr tarixində də böyük tecrübə məktəbi qoyub getmişdir. Elə ona görədir ki, onu son mənzile yola salandan sonra onun üçün keçirilən matəm mərasimi də elm adamları, ziyalilar məclisinə çevrilmişdi. Elmi müsahibələr və mübahisələr aparılırdı.

Allah sənə rəhmət eləsin, böyük sənətkar. Niyyətin, məramın elmi axtarişlar idi. Ona axıra qədər də sadiq qaldın.

Yaxşı deyiblər: «Niyyətin hara, menzilin ora».

Görkəmli incəsənət xadimi, Respublikanın xalq artisti Süleyman Ələsgərov (Cəbiş müəllim) haqqında yazılmış “Bu dünyadan gedər oldum” kitabına 17 il bundan əvvəl yazdığım məqalə. 14.08.2003

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir