Koronavirisla bağlı bir il əvvəl yazdıqlarımızı Beynəlxalq Səhiyyə Təskilatı təsdiqlədi
Çin qripindən necə qorunmalı?!
Ağ Sufi Ocağinın gizli elmindən hissələr – 5
İranın Azərbaycan tərəfinə qədər gələn Çin qrip virusunun Lənkəran – Biləsuvar, Naxçıvan bölgələrinə yayılması, güman ki, qaçılmazdır: Təbiət sərhəd tanımaz!
Bu bəladan qurtulmaq üçün həyat təhlükəsizlik qaydalarına mütləq riayət edin:
- İmmuniteti artıran qidaları qəbul edin – vitaminlərlə bol göyərti və meyvə-tərəvəzlə qidalanın: bütün bunları sirkə qatılmış suyla yuyun!
- Tibbi maska, tibbi spirt, yod, maye sabun, zökəmə qarşı dərmanlardan ibarət ehtiyat tutun!
- Soyuqdan qorunun: lazım olmadıqda, çölə çıxıb başqaları ilə təmasa girməyin! Toy, yas, kütləvi şənlik və adamlarla bol olan bazara getməkdən çəkinin!
- İmkan daxilində çimməkdən və duş qəbul etməkdən çəkinin! İsti alt paltar geyinin! Ayaqlarınızı isti saxlayın!
- Yeməkdə təzə və baş sarımsaq, həmçinin baş soğandan bol istifadə edin! Səhər tezdən və axşam bir dilim sarımsaq udun.
- Əlinizin tez-tez 72 faizlik paltar sabununla, ardıyca maye sabunla yuyun və sonra spirt, yaxud şirkə ilə sürtün!
- Ət xörəkləri əvəzinə, balıq, toyuq, yumurta, lobya-mərci yeyin! Süd və ağartı məhsulları, ayran və qatıqdan bolluca istifadə edin!
- Həlimində bişirilən daşma plovdan tez-tez qarnir kimi istifadə edin. Boyat çörəjdən və yeməklərdən imtina edin!
- Yad adamlarla əl təmasından qaçın! Kimlərinsə yanaqlarına toxunmaq, öpüşmək və intim yaxınlıqdan vaz keçin. İmkan daxilində başqalarıyla təmasda olduğunuz zaman qarşıdakı insandan, ən azı, 1 metr uzaq məsafədə durun!
- Limon, qrefrut, narıngi, portağal, banan, alma, kivi, zeytun, nar, quru meyvələr, həmçinin, qara və ağ kişmiş, eləcə də zoğal, moruq və böyürtikan mürəbbəsi, yaşıl çay kimi qidalardan yetərincə istifadə edin!
Aydın Xan Əbilov, 24 fevral 2020-ci il

