“Relax”da Xocalı soyqırımını günü əyləncə, yaxud tur şirkətinin elanı reket jurnalistləri niyə həvəsləndirib

Reketçiliklə məşğul olan saytlar yenə hücuma keçiblər: əsas məqsəd sözsüz ki, deputat-biznesmendən pul qoparmaqdir.

Deputat İqbal Məmmədova məxsusluğu dəfələrlə qaldırılan, əsl həqiqətdə isə kiçik və orta sahibkarlarin müştərək çörək pulu yeri sayılan Lerikdəki “Relax” İstirahət Mərkəzi guya fevralın 26-sı və 27-də xüsusi kampaniya təşkil edib.

Saytların biri xəbər verir ki, guya bir neçə gündür İstirahət Mərkəzinin rəsmi səhifəsində bununla bağlı elan yerləşdirilib. Həmin elanda qeyd edilir ki, “Relax” fevralın 26 və 27-si, həftə sonu ilə əlaqədar kampaniya keçirir. Kampaniyaya bir gecə, iki gün olmaqla yanaşı, uşaqlar üçün əyləncələrin təşkili, konsert proqramı, diskoteka və digər əyləncələr nəzərdə tutulub. Bunun üçün isə 79 manat pul ödənilməsi lazımdır.

Kampaniyanın həqiqi olub-olmadığı ilə bağlı “Relax”ın nümayəndəsi ilə telefon əlaqəsi saxlayan saytıın əməkdaşına bildirilib ki, belə bir proqram nəzərdə tutulub və İstirahət Mərkəzində yerləşmək üçün əvvəlcədən rezerv etmək lazımdır. O, qeyd edib ki, diskotekaların, konsertlərin və uşaq əyləncələrinin təşkili üçün bütün tədbirlər görülüb. 

1614156580_2.jpg (173 KB)

 Məsələ ilə bağlı “Relax” İstirahət Mərkəzinin sahibi, deputat İqbal Məmmədovla da əlaqə saxladıq. Deputat saytın əməkdaşına bildirib ki, “Relax İstirahət mərkəzinə mənim heç bir adiyətim yoxdur”.

Qeyd edək ki, fevralın 26-sı hər il Azərbaycanda Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Hər il dövlət başçısı və ailə üzvləri daxil olmaqla, bütün hökumət və ictimai-siyasi kəsim, habelə ölkə əahlisi Xətai rayonu ərazisində yerləşən “Xocalı Abidəsi”ni ziyarət edirlər. Bundan başqa, bütün dünyada yaşayan azərbaycanlılar hər il fevralın 26-da yaşadıqları ölkələrdə Xocalı Faciəsini qeyd edir, bunun üçün yürüşlər və aksiyalar təşkil edirlər. Lakin görünən və bilinən odur ki, deputat İqbal Məmmədov üçün Xocalı Soyqırımının heç bir əhəmiyyəti və önəmi yoxdur. Əgər belə bir şey olsaydı, sahibi olduğu İstirahət Mərkəzində məhz fevralın 26-da əyləncə proqramı təşkil etməz və xüsusi endirimlər müəyyənləşdirməzdi. “Relax”da 26 fevralda belə bir proqramın təşkili, xüsusi kampaniyanın təşkil edilməsi Azərbaycan tarixinə, onun ən qanlı səhifələrindən biri olan Xocalıda şəhid olan insanlarımızın ruhuna hörmətsizlikdir.

Redaksiyadan: Yaxın vaxtlarda saytımızda belə media-reketçiliyi ilə bağlı geniş araşdırma material veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir