Gənc jurnalistlər arasında təbliğat: məlumatları ictimaiyyətə geniş yayaq
İctimai Maarifləndirmə Qrupu – 3
Vaksinasiyada, Covit19-a qarşı peyvəndləşmədə fəal iştirak edin ki, kollektiv immunitetimizi yaransın və koronavirusa tezliklə qalib gələk.
#AzGF – #NAYORA – #YYSİB – #ARGTMŞ
Gənc jurnalistlər arasında təbliğat: məlumatları ictimaiyyətə geniş yayaq.
İctimai Maarifcilik Qrupları haqqında
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi verdiyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin də aktif iştirak etdiyi İctimai Maarifləndirmə Qruplarının ikiaylıq 4 istiqamətdə aksiyalarına start verilib.
YYSİB sədri Aydın Xan Əbilov başda olmaqla, qurumun könüllü fəalları Emin Abbasov, İman İmanlı və başqa aktivistləri hər biri iki həftə olmaq şərtilə 4 istiqamətli maarifləndirmə aksiyalari ilə yanaşı gənclər arasında sorğu da keçirirlər.
Yenimedia.net sosial-analitik informasiya portalının və yenimediaTV.az – İnternet TV-nin studiyaları da ziyalılar və gənclər çıxış edir.
Populyar “Üz-üzə” proqramında – Dünya TV-nin saatyaarımlıq canlı efirində və YeniMediaTV.az İnternet TV-nin redaksiyalarında (xüsusi verilişlər formasında) rəsmi ictimai açılışı olan aksiya, Bakının və paytaxtətrafı kəndlərdə davam etdirilən maarifləndirmə haqqında mütəmadi məlumatlar geniş cəmiyyətə çatdırılır.
İlk həftənin mövzusu Covit-19 ilə mübarizə və vaksinasiyanın vacibliyini gənclərə, eləcə də geniş ictimaiyyətə çatdırmaqdır.

