İctimai Maarifçilik Qrupları – 1. YYSİB müştərək aksiyalara başladı…
İctimai Maarifçilik Qrupları – 1
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi versiyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin də aktif iştirak etdiyi İctimai Maarifləndirmə Qruplarının ikiaylıq 4 istiqamətdə aksiyalarına start verilib.

YYSİB sədri Aydın Xan Əbilov, qurumun könüllü fəalları Emin Abbasov, İman İmanlı və başqa aktivistləri hər biri iki həftə olmaq şərtilə 4 istiqamətli maarifləndirmə aksiyalari ilə yanaşı gənclər arasında sorğu da keçirirlər.

Bu həftənin bazar ertəsi, populyar “Üz-üzə” proqramında – Dünya TV-nin saatyaarimliq canlı efirində və YeniMediaTV.az İnternet TV-nin redaksiyalarında (xüsusi verilişlər formasında) rəsmi ictimai açılışı olan aksiya, Bakının və paytaxtətrafı kəndlərdə davam etdirilən maarifləndirmə haqqında mütəmadi məlumatlar geniş cəmiyyətə çatdırılır.
İlk həftənin mövzusu Covit-19 ilə mübarizə və vaksinasiya in vacibliyini gənclərə, eləcə də geniş ictimaiyyətə çatdırmaqdır.

