Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsasını qoyan Rus çarı –“dəli Petro”nun sərgüzəştləri
1723-cü ilin qışında səhhəti pisləşən Pyotrun ifrazat yollarında problemlər yaranmağa başlayıb. Çox keçmədən 1724-cü ilin yayında bir qrup saray həkiminin iştirakıyla əməliyyat edilən Pyotr bir neçə ay yatalaq qalıb. Vəziyyətinin nisbətən yaxşılaşması ilə ayaqlanan çar, oktyabr ayında yeni bir səyahətə çıxıb. Ancaq bu səyahətdə səhhəti pisləşib və 1725-ci ilin yanvar ayında xəstəliyi yenidən alovlanıb. Xəstə yatağındaykən qızı Annanı yanında istəyən çar 8 fevral 1725-ci ildə səhərə yaxın saat 4-də vəfat edib. Aparılan tədqiqatın ardından ölüm səbəbi olaraq əməliyyat yarasına infeksiya bulaşması göstərilib. Cənazəsi Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel Kafedralında dəfn edilib.
hit.az

