Qərb və Şərq fikir dünyası. Dahi filosof İmmanuel Kantın və Əlişir Nəvainin müdrik kəlamları
Dahi filosof İmmanuel Kantın müdrik kəlamları
İmmanuel Kant görkəmli alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biridir.
İmmanuel Kant tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Dahi filosof İmmanuel Kantın müdrik kəlamlarını sizə təqdim edirik:
Ağlımda maraq, şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu.
Aydınlanma adamın öz ağını istifadə etməyə cürət etməsidir.
Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur.
Döyüş xalqların heyvanca var olma vəziyyətidir; barış isə insanca var olmasıdır.
İnanca yer vermək üçün məlumatı bir kənara qoydum.
Məlumat təcrübəylə başlar, amma təcrübədən doğulmaz.
Başqalarını şəxsi məqsədlərini gerçəkləşdirmək üçün vasitə olaraq görmə.
Böcək olmağı qəbul edənlər, ayaqlar altında qalıb əzilməkdən şikayətlənməməlidir.
Elə davran ki, davranışların prinsip halına gəlsin.
İnsanlar işığı görməz, işıqla görər.
Başqalarının etdiyi səhvlərdən ötəri hirslənsəniz, onları deyil özünüzü cəzalandırmış olarsınız.
Bütün sahib olduğumuz məlumatın təcrübə ilə başladığına şübhə yoxdur.
İşıqlanma, insanın ağılını özünün istifadə etməyə başlamasıdır.
Zaman, səssiz bir mişardır.
Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir.
Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir.
Əxlaq insanın xarakterində olmalıdır.
İnsan iki dünyanın övladıdır.
Gözəllik əxlaqi xeyirin rəmzidir.
İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur.
Fərd ölməyə məhkumdur, bəşər övladı – olümsüzdür.
Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil.
İnsan öz yaxın ətrafından, digər insanlardan hətta zəhləsi də getsə, onlarsız yaşaya bilməz.
Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur.
Təfəkkür öz qanunlarını təbiətdən almır, onları təbiətə şamil edir.
Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır.
Uşaqlarınıza ən dəyərli töhfəniz ağıldır, qalanını özləri də əldə eləyə bilərlər.
Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir…
Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar.
İş həyatdan zövq almağın ən yaxşı üsuludur.
Əlişir Nəvainin müdrik kəlamları
Kəlamlar nədir? – dərin mənalı fikrləri ifadə edən söz, söz birləşməsi və ya cümlələrdən ibarət olur. Müdriklik hansı isə xüsusi təhsilin, peşə və ya ixtisas fəaliyyətinin nəticəsi olmayıb, hamının yaşadığı həyat həqiqətlərini müşahidə etmək, onların ümumiləşdirilmiş ifadəsini vermək qabiliyyətidir. Hər kəsin hikmət dəryasına, müdriklərin kəlamlarına ehtiyacı vardır. Bu mənalı sözlər əsasən tanınmış şəxslərin düşüncələrinin təsviri olur. Belə dahilərdən biri də Əlişir Nəvaidir. Onun bir çox kəlamları vardır.
Bunlardan “İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır”, “Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir” – kəlamlarını misal çəkmək olar.
”Kim boylə hadisə – namünasib,
Nə bizga və nə singa münasib.
Bar irmiş ulus tildə cari
Sindən bu əcəb göründür bari
Kim undaq iş anglab aşikara,
Bu çaqqaça eladın müdara,
Kim tapsa işi çünunağa peyvənd,
Məcnuna ilac bənd irur bənd…
Qıl zəbtin annın çü buldun gah,
Mündın sarı kim nəuzibillah,
Bulsa yana buyla əmr zahir,
Əvvəl anı eyləkümdür axir,
Sonra singa dağı qəhr surğüm,
Xeyləngin bu dəştdin etir küm.

