Azərbaycanda kişilərin ən çox etdirdiyi plastik əməliyyatlar…

Bu gün Azərbaycanda estetik cərrahların sayı artdığı kimi onlara üz tutan pasiyentlər də çoxdur. Qiymətlər isə Avropa və Türkiyəyə nisbətdə xeyli ucuzdur. Maraqlıdır ki, daha gözəllik naminə qurbanı qadınlar yox, güclü cinsin üzlvləri də verir.

Kişilər əməliyyatdan nə qədər çox qorxsalar da bu gün burnunu kəsdirən, qarnını və iri qulaqlarını yığdıran, saç əkdirən, hətta süd vəzi estetikası edən kişilər artır.

Gent.az Azərbaycanda kişilərin ən çox hansı səbəbdən estetik cərrah bıçağı altına düşdüyünü araşdırıb.

Statistika üzrə daha çox 28-41 yaş arası kişilər plastik əməliyyata müraciət edir. Kişilər üçün əməliyyatlardan qadınlarda ediləndən heç nə ilə fərqlənmir: eyni ad, eyni metodika və nəticə.

Bəzən özünü qadın kimi aparmağa meyilli dırnaqarası kişilər daha da irəli gedərək, süd vəzi və popo böyütmə əməliyyatı etdirirlər.

Buna daha çox stilistlər, blogerlər, bəzi müğənnilər üz tutur.

Rinoplastika – böyük buruna əlvida

Kişilər daha çox burun çəpəri əyriliyi, burun travmaları və sümüklü iri burundan əməliyyat olur. Kişilər burundan daha çox travma aldığından bu yeni bir tendensiya deyil.

Abdominoplastika

Blefaroplastika – sallanan göz qapaqları

Gözaltı yırtıq, göz üstü yırtıq, göz qapağı ptozu və s kişini yaşından xeyli qoca göstərir. Ona görə bu əməliyyatları da kişilər etdirə bilər

Qinkomastiya – Süd vəzi korreksiyası

Gözəl və cəlbedici kişi əzələ relyefinə idmanla nail ola bilməyənlər bu əməliyyata üz tutur.

Otoplastika – şəlpə qulaqlardan xilas

Oğlan uşaqlarının qulaqları çox zaman enli olur. Bəzən kişilər travmadan qulaq qığırdağını qırır. Qızların gülüşünə hədəf gəlməmək üçün kişilər birinci bu əməliyyata üz tutur. Otoplastikanı 7 yaşından etmək olar. Amma burun əməliyyatı üçün 20 yaşa kimi gözləmək lazımdır. 

Falloplastika – cinsi orqanda düzəlişlər

Hələ 90-cı illərdə kişilər üçün cinsi orqanı böyüdən və gel inyeksiyaları icad edilib. Bu silikon doldurma kimi idi. Effekt yaxşı alınırdı, lakin qısa müddətdə gel dağılırdı və orqanizmdən çıxmırdı, bir başqa yerə doğru hərəkət edib yığılırdı. Bu süni gel illər sonra iltihab yaradıb, həmin yerdə irin aça bilərdi. 

İndi də cinsi orqanı həcmləndirmək üçün biomaterialdan – alloplant, alloderm istifadə olunur. Onlar 2 il ərzində sovrulub itir, heç yerdə toplanıb qalmır. 

Son zamanlar kişilərdə  hormonal disbalans – kişi cinsiyyət hormonlarının enməsi çox müşahidə olunur. Bu da onların bədənlərində qadınsayağı formalar yaradır.  

Kişilərdə əməliyyatların özəlliyi

Üzdə liftinq, dəri yığılması, cavanlaşma əməliyyatı zamanı cərrah saqqalı, tük köklərini nəzərə almalıdır. Əgər səhv bir şey etsə, əməliyyatdan sonra saqqal kişinin gözünün altından və ya boynundan çıxmağa başlayar.

  • Kişilərin dərisi qadından daha qalın və bərkdır. Ona görə onların kəsilməsi, tikilməsi daha çətindir və bərpası da uzun çəkir
  • Siqaret çəkmə də kişilərdə bərpa dövrünü uzun və çətin edir
  • Son zamanlar kişilərdə  hormonal disbalans – kişi cinsiyyət hormonlarının enməsi çox müşahidə olunur. Bu da onların bədənlərində qadınsayağı formalar yaradır. Süd vəzilərində şişmə, bel, omba, qarın və sinədə piylənmə. Belə kişilər əməliyyatdan öncə hormonal müalicə almalıdır. Çox zaman hormonal korreksə ilə vəziyyət düzəlir.
  • Kişilərdə piy dərinin altında yox, qarın boşluğunda daxili piylənmə olur. Ona görə onlarda liposaksiya effektiv olmur, gərək açıq əməliyyat olunub, daxili piy qatı çıxarılsın.
  • Kişilərdə əməliyyat sonrası iz və çapıq daha kobud qalır

Estetik cərrah Rəşad Babayev Gent.az-a Azərbaycanda kişilərin hansı hallarda süd vəzisi əməliyyat etdirməsinin səbəblərini də açıqladı: “Hazırda Azərbaycanda daha çox olunan əməliyyatlardan birinci yerdə burun əməliyyatı – rinoplastikalardır. İkinci – ginkomastiya, süd vəzidə əməliyyat gəlir. Ginkomastiyanın 3 forması var: vəzi forması, piy və qarışıq forma. Bunların əməliyyatları da fərqlidir. 

Kişilərdə süd vəzi böyüməsinin bir çox səbəbləri var: genetik, anadangəlmə və sonradan hormonal pozulma, müəyyən inkişaf qüsurları və orqanizmə müəyyən təsirlərdən baş verən. 3-4 cü dərəcəli ginkomastiya daha çox problem yaradır, bu artıq qadın süd vəzilərinə bənzəyir. Bu kişilər gen köynəklər, geyimlər geyir. 

Bir çox kişilər idman və fitneslə məşğul olur, bəzən qeyri-düzgün olaraq, həkimsiz, məşqçisiz qeyri-steriod və hormonal preparatlardan istifadə edirlər ki, əzələ kütlələri tez böyüsün, şişsin. Bu zaman onlarda testosteron və ekstrogenin miqdarında pozulma olur, kişi hormonu azalır, qadın hormonu əksinə çoxalır, bunun hesabına da kişilərdə qadın süd vəzisinə bənzər vəzi əmələ gəlir.

Məsələn, idmançı qızlarımızda da kişi hormonları artıq olur və ya əlavə olaraq kənardan kişi hormonlu preparatları qəbul edirlər ki, əzələ həcmini artırırlar. Bu qadınlarda menstruasiya pozulması, itməsi baş verir.

3-cü yerdə Abdominoplastika gəlir. Bu daha çox dietalarla arıqlayan və mədə kiçiltmə əməliyyatı edib qısa müddətdə 30-40 kq arıqlayan kişilərdə dəri sallanır. Bunu da heç bir idmanla masajla aradan qaldırmaq olmur. Amma kişilər sadəcə qarnım böyükdür, piylənməm var deyə qarında əməliyyat etdirmirlər. Bu, nadir halda baş verir. 

4-cü yerdə – qulaq qüsurları ilə bağlı əməliyyatlardır. Qulaq  Azərbaydan kişilərinin həssas nahiyəsidir. Bir sözlə kişilər daha çox qulaq və süd vəzi ölçülərinə görə müracuət edirlər.

Kişilər estetik əməliyyatlara nə dərəcədə dözümlüdür, bərpa dövrünü necə keçirir?

Bilirsiz ki, hamiləlik və doğuşun çətin ağrısına qadınlar dözə bilir. Estetik cərrahi əməliyyatlarda da eynidir. Kişilər ağrıya ümumiyyətlə, az dözümlüdür. Məsələn, abdominoplastikada kişilər üçün daha ağrılıdır, daha uzun müddətə sağalır və daha narahat keçirir. Qadınlar 1 aya tam bərpa olur və nəticədən tam razılığını bildirir.

Cinsi azlıqdan olan insanlar daha çox süd vəzi və popo böyütmə əməliyyatına müraciət edirlər. 

Mən şəxsən belə pasiyentləri əməliyyat etmirəm, digər estetiklərə yönəldirəm. Ümumiyyətlə belə insanları estetik əməliyyat etməzdən əvvəl onun ciddi psixiloji müayinə olunması lazımdır ki, bu insan həqiqətən özünü hansı cinsə uyğun hiss edir, hesab edir? Nəyə görə bu əməliyyatları edir. Plastik cərrah belə pasiyentləri psixoloji təhlillərdən keçirib, sonra əməliyyata almalıdır”.

Estetik əməliyyatların qiymətləri

Qadınlarla eynidir, bəzən kişilər üçün bir qədər baha ola bilir.

  • Burun əməliyyatları – 1500-2500 azn
  • Ginkomastiya – süd vəzində -1800-3000 azn
  • Abdominoplastika – 2000-3000 azn
  • Qulaq əməliyyatı – 1500-2000 azn

Göründüyü kimi, Azərbaycanda kişilər üçün istənilən estetik əməliyyat mümkündür. Amma bir çox cərrahlar kişini fiziki olaraq qadına çevirməkdən imtina edir. Bu, prinsip məsələsidir. Söhbət cinsiyyəti dəyişməkdən getmir, bu ümumiyyətlə, estetik yox, tamam başqa əməliyyatdır.

Kişilərdə baş verən estetik problemlərin çoxu onların zərərli qidalanması, əzələlərini şişirtmək üçün qəbul etdikləri əlavə qidalar və dərmanlardan qaynaqlanır. Hormonal disbalans keçəlləşmə, tüklənmə, piylənmə, qadın kimi forma almağın səbəbkarı ola bilər. Ona görə əməliyyatdan öncə sağlıq problemlərinizi araşdırıb həll edin ki, estetik əməliyyatın nəticəsi də yaxşı olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir