Aqşin Əliyev. Fransızların taladığı, yerlilərin dağıtdığı Lənkəranın “Sığon” qəbirstanlığı…


 “Sığon” qəbirstanlığı yerli əhəmiyyətli arxeoloji abidə sayılır, bu faktın özü bizim toplum olaraq tarixə ögüy münasibətimizin göstəricisidir. Kompleks abidə respublikamızın cənub bölgəsinin mərkəzində – Lənkəran rayonun Bəlləbur kəndində yerləşir. “Sığon” qəbiristanlığı az tədqiq olunan abidələrdən biridir.

“Sığon” sözü qədim Midiya və çağdaş talış dilində “daşlar” deməkdir. Tariximizin bir sıra mərhələləri haqqında sirləri özündə gizlədən bu qəbirstanlıq qədimliyi ilə Azərbaycan ərazisindəki digər abidələrdən bəzi xüsusiyyətlərinə görə seçilir.

Mən 1999-cu ildən başlayaraq Bəlləbur kəndindəki orta məktəbdə müəllim işlədiyim dövrdə “Sığon” qəbirstanlığı tədqiqatçı marağıma səbəb olmuş, hər dəfə oranı seyr edən zaman isə məzarıstanlıqdakı sinə daşları, başqa tarixi əhəmiyyətli eksponatlar mənim diqqətimi çəkmişdi. Elə bu səbəblərdən də xalqımın və rayonumun qədim tarixini əks etdirən bu abidənin araşdırılmasına maraq göstərməyə başladım.

O zaman o kənd sakini həm də Bəlləbur məktəbinin pedaqoqu Hacıağa müəlimdən xahiş etdim ki, mənimlə ora getsin və bildiklərin danışsın. O məni “Sığon” qəbirstanına apardı. Hacıağa müəllimin söylədiklərindən belə nəticəyə gəldim ki, əvvəllər sahəsi 2 hektardan çox olan buralarda 250-dən artıq qəbir abidəsi varmış. Mən tədqiqatlarıma başlayan vaxtlarda isə “Sığon” qəbirstanlığı bir neçə sot ərazidən, 30 qəbir daşından ibarət baxımsız haldaydı. Məzaıstanlığın digər sahələri isə fərdi yaşayış evləri tikmək üçün həyətyanı sahə kimi kənd sakinlərinə paylanılıb ki, bunun nəticəsində də unikal abidlərə dağıdılıb yoxa çıxmışdır.

Daha sonra Hacıağa müəllimin evinə getdik: onun təklifi ilə həyətində əlimizə bel götürüb torpağı şumlamağa başladıq. Mən torpağı bellədikcə, yerin altından qədim dövrlərə aid bazubəndlər, bəzəkli muncuqlar və digər arxeoloji əhəmiyyət kəsb edə biləcək qədimi qazıntı materialları üzə çıxırdı. Heç vaxt unutmayacağımçox faciəli səhnələr idi. Elə o vaxt yerin altından oksidləşmiş halda bir xəncər tapdım: tuncdan idi. O faktın özü də bu xəncərin Tunc dövrünə aid olduğunu göstərirdi.

Apardığım araşdırmalar nətiəsində o qənaətə gəldim ki, butipli xəncərlər Kür-Araz mədəniyyətinin abdəsi olan Naxçıvandakı Kültəpə və Xaçmaz rayonundakı Sərgərtəpə abidəsində tapılmış Tunc dövrü oxşar tapıntıları ilə eynilik təşkil edirdi. Yerdən tapdığım bəzəkli muncuqlar və bazubəndlər isə İlk Tunc dövründə olan qədim dəfnetmə adətləri zamanı məzara qoyulanlarla üst-üstə düşürdü. Məhz tunc dövründə insanları dəfn edərkən, cənazə ilə bərabər zinnət əşyaları qəbirə qoyulurdu. “Sığon” qəbirlərinin içindəki ölülərin hansı şəkildə dəfn olunması ilə hələ yaxından tanış deyiləm. Əgər arxeoloji qazıntılar aparılsa, onda adamların necə dəfn edilməsindən asılı olaraq, onların tarixi haqqında dəqiq və dəyərli məlumat əldə edə bilərik.

Bu ərazi baxımsız halda qaldığından, ora daxil olanda əvvəl adama maraqsız görsənirdi. Lakin Hacıağa müəllim bir-iki metrliyində kol basmış yerləri mənə göstərərək daşların onların arasında olduğunu bildirəndə marağımı saxlaya bilmədim. Ayrı-ayrı ölçüdə olan daşlar müxtəlif istiqamətlərdə düzülüb. Bir neçəsi qəbir formasında yerləşdirilib. Tarixçilərimizin apardıqları araşdırmalarda “Sığon” qəbirstanlığı Son Tunc və İlk Dəmir dövrünə aid edilir. Yerli sakinlərin dediklərinə görə, əvvəllər burada hündür qəbir daşları var idi. Qəbir üstündə sağda və solda iki hündür daş olurdu və onların üstündə də qoyulmuş digər daş olardı. Onların isə ortası boş idi və o boş yerdən bir, yaxud iki nəfər yanaşı keçə bilərdi. İndi isə o böyük maddi-mədəniyyət abidəsindən xırda əsər-əlamət belə qalmayıb. Daş qəbirlər o qədər (Bax: Aqşin Mistanlı “Cənub bölgəsinin abidələr Ensiklopediyası”) böyükdür ki, buraya yerli əhali “Divəlonə” yəni Divin yuvası, sığınacağı və ya “Divlərqəbirstanlığı” deyirdilər. Lakin bu  qədim daş qəbirlərdən ibarət mədəniyyət – sivilizasiya abidəmiz tam olaraq araşdırılmayıb. “Sığon” anlayışı,  eyni zamanda “ruhların sığındığı yer” kimi də izah olunur. Bəlləbur – Babər qalası ilə Sığon qəbirstanlığı arasında cəmi 200 metr məsafə var. Ehtimal olunur ki, bu qəbirstanlıq qala sakinlərinə məxsus olmuşdur. Qalaya yaxın ərazidə ikinci bir qədim qəbirstanlıq yoxdur. Ehtimal ki, qala sakinləri yadellilərə qarşı döyüşlərdə həlak olmuş şəxslərini məhz bu qəbirstanlıqda dəfn etmişlər. Ulu Talış dağlarından axıb gələn Rüvaz çayı həm qalaya, həm də, “Sığon” qıbirstanlığına yaxın bir məsafədən keçir. Deyilənlərə görə, o zaman Xəzər dənizinin suyu qalxmış və qalaya qədər gəlib çatmışdır. Qaladan aşağıda isə kiçik şəhərcik və onun limanı olmuşdur. Çünki bir müddət bundan əvvəl o ərazidə qədim gəmilərin lövbəri aşkarlanmışdır. Bundan əlavə o ərazidə, yəni qaladan aşağıda “Vıjorə kəş” (talışca tərcümədən, “şəhər bir hissəsi / bazarın qolu”) deyilən yerin olması xalq arasında gəzən söz-söhbətlərin həqiqət olma ehtimalını artrır.

Tarixçi alim H.Kəlbiyev “Sığon” qəbirstanlığını e.ə. VII-V əsrlərə aid edir. “Sığon” qəbirstanlığındakı qəbirləri öz dəfnetmə xüsusiyyətinə görə üç yerə bölmək olar.

1. Qəbirlərdə tapılan oksidləşmiş tunc xəncərlər və tuncdan olan bazubəndlər Tunc dövrünü əks etdirir.

2. Qəbirlərdə tapılan antik dəmir dövrünə aid olan dəmirdən olan əmək alətləri İlk Dəmir dövrünü əks etdirir.

3. Qəbir abidələrin üzərində ərəbəlifbasında yazılar və ümumiyyətlə, heç bir yazı, yaxud işarə yoxdur. Qəbirlər İslam dini adət və ənənələrinə zidd olaraq qiblə səmtinə deyil, müxtəlif səmtlərə doğrudur. Qəbirlərdəki məzarlar, müsəlman adələrininə zidd olaraq, kəfənsiz və başqa istiqamətlərə dəfn edilmişdir. Qəbirlərdə ölülərlə yanaşı, digər bəzək əşyaların basdırılması bu qəbir sahiblərinin axirət dünyansına dərin inamının olmasına, ona sitayişini sübut edir. Tarixşünaslıqda da ölüləri kollektiv və ya bəzək əşyalarla dəfn olunması adəti Son Tun və İlk Dəmir dövrünə aid olunur. Bu da “Sığon” qəbirstanlıq abidə-kompleksindəki məzarların Tunc dövrünə aid olduğunu göstərir.

4. Qəbirlərin üstündəki başdaşlarının həddindən artıq böyüklüyü və qəbirlərdəki ölü sümüklərinin iki metrdən artıq olması bu qəbirlərdə basdırılan insanların hündürboylu olmasını və ya azman olmasını dəlalət edir. Xalq arasında elə bu səbəbdən də o nəhəng məzarlarda basdırılanların divlərlə eyniləşdirməsinə səbəb olub və həqiqətən də bu qəbirlərin son dəmir dövrünə aid olmasını sübut edir. Belə ki, divlərə və təpəgözlərə aid qəbir abidləri tarixşünaslıqda e. ə. XI-VII əsrlərə qədər davam etmiş erkən dəmir dövrünə aid edilir. Bu cür abidələrə tarixdə “sikloptik tikililər” adlandırılır.

5. Bundan əlavə qəbir abidələrinin həyətyanı sahə kimi verilən hissəsində kənd sakinlər tərəfindən şumlama zamanı tapılmış əmək alətləri misdən olaraq üzərində ərəb yazıları mövcuddur. Bu əmək və məişət alətlərindən biri mənim Bəlləbur məktəbində işlədiyim 1999-cu ildə məktəb rəhbərliyi və kənd sakinlərinin səyi nəticəsində yaradılmış kiçik tarix müzeyində saxlanılırdı. Onların içərisində üzərində ərəb əlifbası ilə yazılmış bir mis kasaya rast gəldim. Onun üzərində ərəb qrafikası ilə kasanı düzəldən Usta Mahirin adı və kasanın tarixi yazılmışdı. Bu yazıda o alətin İslamdan sonra mövud olduğunu sübut edir. Hazırda “Sığon” qəbirstanlığıbir neçə sot ərazidə çərçivələşib və qəbirstanlığın ətrafı isə həyətyanı sahələr və şəxsi evlərlə əhatələnib. Bu evlərin çoxu da son illərdə tikilmişdir.

İndi özümüz düşünək, onların altında necə qiymətli tapıntılar itib qalıb?!

Yerli əhalinin sözlərinə görə,  yaxın keçmişdə “Sığon” qəbirstanlığı bir neçə hektar sahəni əhatə etsə də,   indi kiçik bir sahəyə dönüb və belə getsə, yaxın gələcəkdə qədim bu unikal tarixi abidə-kompleksindən əsər-əlamət qalmayacaq.

Qeyd etməliyəm ki, “Sığon” daş-qutu nekropolu 2001-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə rəsmi  qeydiyyata alınıb. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur və invertar nömrəsi 1526-dır. “Sığon” qəbirstanlığının araşdırılması hələ XIX əsrdən başlanmışdır. Belə ki, Fransız tədqiqatçısı Jak De Morqan ilk dəfə 1886-1889-cu illərdə “Sığon” məzarıstanlığına baş çəkib. Bu unikal abidənin daha qədim olduğunu görən Morqan Fransaya qayıtmış və ikinci dəfə 1890-cı ildə “Sığon” qəbiristanlığına gəlmiş və burada arxeoloji qazıntılar aparmışdır. Qazıntılar nəticəsində tədqiqatçı Morqan yerli əhaliyə pul verərək onları qazıntıya cəlb etmiş və qazıntı zamanı 40-yeşik misli görünməmiş qədim tarixi ekspanat və qədim pullar daşınaraq  Fransaya aparılmışdır. Bununla kifayətlənməyən (Aqşin Mistanlı “Cənub bölgəsinin abidələr Ensiklopediyası”, səh.: 71) tədqiqatçı Jak De Morqan 1901-ci ildə öz digər tədqiqatçı həmkarı olan fransız tədqiqatçısı Henri ilə yenidən “Sığon” qəbirstnlığına qayıtmış və yenidən kənd sakinlərinə pul verərək onları qazıntı aparmağa razı salmış və qazıntılardan çıxan qiymətli əşyaları özləri ilə bərabər Fransaya daşıyıb aparmışdır.

Fransaya qayıdan Jak De Morqan “Sığon” qəbirstanından apardığı əşyalarla elmi-tədqiqa tişi yazmış və oradan tapılmış arxeoloji tapıntılar əsasında “Sığon” qəbirstanlığının tarixini 3000- 3500 il bundan əvvələ aid etmişdir. Sonra isə Morqan “Sığo” qəbirstanlığından Fransaya özü ilə daşıyıb apardığı əşyaları Parisdəki Sen-Jermen və Lüvr müzeylərinə təqdim etmişdir.

Vaxtı ilə bir neçə hektardan ibarət olan qədim “Sığon” qəbirstanlığı baxımsızlıq ucbatından 250 sot ərazidə çərçivələşib. Əgər belə getsə, yaxın gələcəkdə “Sığon” abidə-kompleksi əfsanəyə çevrilib qeybə qarışacaq.

Halbuki oranı beynəlxalq turizm – ziyarət məkanına çevirmək olar…

Aqşin Əliyev, Tədqiqatçı-tarixçi

Qaynaqlar

1.Aqşin Mistanlı (Əliyev). Cənub bölgəsi abidələri Ensiklopediyası., B.2018. səh. 18.-25( 1-ci nəşr))

2.Səidəli Kazibekov. “Cavaxirnamei Lənkəran”. Lənkəran – 1869

3. Əxbar adı. Xudaverdioğlu.1555.

4. Aqşin Mistanlı. Cənub bölgəsi abidələri Ensiklopediyası., B.2020. səh. 18.-25.(2-ci nəşr)

5. Surya Mytilenli Zahari-At-Tabari, I, 892-894. Nöldeke. Geschichte der Perser und Araber zur zeit Sasaniden, s. 152-153; A. Chrlstensen, L’Iran oğulları la Sassanides, Paris, 1936, s. 134.

6.N.V.Pigulevskaya Erkən orta əsrlərdə İran şəhəri, M.-L, 1956, s. 169-173.

7.At-Tabari, I, 89.3, VII əsr, s. 58,

8.V. G. Lukonin.İran ilk Sasanilər dövründə, s. 19-24.

9.Yakubovski A.Yu. İbn Miskaveikh, 332-ci ildə (M.Ö. 943-944) Berd əleyhinə Rusiya yürüşü haqqında. BB, t. XXIV əsrlər, 1926.

10.Eremov T. Kartlinin marj dövründə feodal forması. (532-627).

11.Etibar Əhədov, Mirxaşım Talışlı. Lənkəran Ensiklopedik Lüğəti. Bakı-2014. səhifə 80.

12.”Mədəniyyət” qəzeti. 21-12-2008, bax – “Azad Zülaloğlu Azərbaycan” qəzeti.

13.Aqşin Əliyev. Talş bölgəsi abidələrinin ensiklopediyası. Azərbaycan, B. 2018. səh. 18.-25.

14. Aqşin Mistanlı. “Siğon” qəbirstanlığı”. Djb.az saytı. 20. 11. 2017

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir