Gənc Azər Əhməd xaricdən yazır: “Gəzməyə qərib ölkə, qürurlanmağa…”
Ötən dəfəki ilk yazımda oxuculara həyatımın uğurlarıma aparan bir hissəsi barədə xatirələrimi yazdım. İndi isə xariciölkəyə gəldikdən sonra buradakı muhitə necə uyğunlaşmaq olar və oradakı yaşayan insanlarla özümüz arasındakı fərqlər haqqında fikirlərimi bölüşmək istəyirəm. Bildiyiniz kimi, xaricdə yaşamaq arzusu cəmiyyətimizin onurğa sütununu sayılan gənclərin gələcək planının əsas hissəsini təşkil edir və hətta elələri də var ancaq bu xəyalla yaşayır. Prezidentimizin çıxışlarından birinindəki bu fikirlər diqqətimi cəlb etdi: “İstedadlı gənclər xaricə uz tuturlar…” Çox zaman “sapı özümüzdən olan baltalar” sayəsində gənclərimiz Azərbaycanda iş tapa bilmir. Bir çoxlarının evlənmək yaşı gəlib çatır (evlilik yaşı ablayışını cəmiyyətin ümumi psixologiyası bizim beynizmizə yeridib, ondan heç cür qurtula bilmirik), amma normal məvacibli iş tapa bilmirlər: buna baxmayaraq, ailə və ətraf mühitin təkidi, bəzi halardaisə basqısı ilə evlənirlər. Evləndikdən sonra ailəsini dolandırmaq üçün xaricdə “qara fəhlə” olmağı qəbul edərək baş götürüb ölkədən çıxıb gedirlər. Bəlkə də bizim fəlakətimiz elə buna görədir, heç düşünmüsüzmü?..
Çox təəssüf ki, Azərbaycanda real orta aylıq əmək haqqı ilə heç bir ölkəyə təyyarə bilet alıb gedə bilimzsirsən. Uşaqlıqdan xəyalını qurub görmək istədiyin ölkə sənə elə arzu olaraq da qalacaq. Baxmayaraq ki, rəsmilərin dediklərinə görə, ölkəmizdə orta aylıq əmək haqqı 744.5 manat təşkil edir. Neft maqnatının aldığı 10 minlərlə məvacidi – gəliri kasıbın əldə etdiyi 250 manatla cəmləyb ortalama faktları əldə etməyi xoşlayır məmurlarımız…
Xaricdə işləməyin ən böyük avantajları karyera həyatına verdiyi töhfələr, işləyərək qarşımıza çıxan fürsətlər və ya öz sahəsində dünyaya səsini çatdırmaq imkanı əldə etmək istəyir gənclərim: bu onların ən böyük arzularından biridir. Xaricə getməyin ən yaxşı yolu təhsil istiqaməti ilə getməkdir. Xaricdə təhsil almaq çətin olsa da, bir o qədər əyləncəli və sizin təcrübə qazanaraq özünüzu inkişaf etdirmək yönündən əla fürsətdir. Yad məmləkətdə təhsil alıb gəldikdən, ölkəmizdə nostrifikasiya üçün 250 manat dövlət rusumunu səndən aldıqdan sonra komissiya sənədlərinə lupa ilə baxır. Bundan sonra təsdiq edib etməməkləri hələ məlum olmur. Dünyanın ən nüfuzlu universitetləri sayılan Harvardı və ya Oksfordu bitirsən belə, o pulu ödəməlisən…
Dünyanın hansı ölkəsində təhsil alsanız, qarşılaşacağınız fərqli mədəniyyətlər, müxtəlif dünyagörüşlü insanlar, görəcəyiniz şəhərlər sizin həyatda özünüzu tapmağa və yeni nələrisə kəşf etməyə imkan yaradacaq. İmkanınız olmasa belə, qarşınıza hədəf qoyun və getmək istədiyiniz ölkəyə yollanın. Hətta gedib daimi yaşamasanız da, ən azından, bir neçə günlük olsa belə, arzularınızın ardıyca yollanın.
Dahi filsof Avqustinunun gözəl bir fikri var :“Həyat bir kitabdır və dünyanı görməyənlər, səyahət etməyənlər həmişə eyni səhifəni oxuyurlar”.
…Bəzi insanlara görə qadınların siqarət çəkməyi və açıq-saçıq geyinməsi müasirlik sayılır. İradını bildirib bir söz deyəndə, cəmiyyətimizin bəzi rus dilini yaxşı bilən insanları “a tı çüşka?” tənələyir. Türkiyəyə yollanan vaxtı avtobus ilə Gürcüstan sərhəddini keçdiyimiz zaman bizim bəzi “qadınlarımız” elə siqarət çəkird ki, heç kişilərdən belə geri qalmırdılar. Yox, sizə elə gəlməsin ki, cinsi ayrı-seçkilik edirəm. Kişilər hər yerdə siqarət çəkir, spirtli içki qəbul edirlər, amma qadınlar bunu edə bilmirlər. Bəzi qadınlar isə sərhədi keçən kimi kişilərin bu cür “hobbilərini” təkrarlamağa başlayırlar. Onlar bunu azadlıq sayırlar. Elə bilirlər ki, burda onları tanıyan olmaz və istədikləri kimi davrana bilərlər. Amma bir şeyi unudurlar ki, getdiyin yerdən aslı olmayaraq, sən hər yerdə öz ölkəni təmsil edirsən. Sənin ölkənin mədəniyyəti haqqında ilkin fikri olmayan türk və ya xarici bir vətəndaş bədənini satan “azərbaycanlı” qadınlarla tanış olduqda, onlarda elə fikir formalaşır ki, Azərbaycanda qadınların əksəriyyəti belə yüngüləxlaqlıdır. Getdiyimiz yerdən aslı olmayaraq, çalışıb həmişə öz ölkəmizi yaxşı mənada təmsil etməliyik. Yaxşı deyiblər: uşaq çöldə ailəsinin güzgüsüdur.
…Türkiyəyə gələn turist qadınlarının böyük əksəriyyəti ruslardır. Yay aylarında Marmarisdə mərkəzi küçələrdə yol gedərkən, sanki Moskovadakı Qırmızı meydanda gəzirsən. Bura gələn rus qadınlarının böyük əksəriyyəti özəlliklə həm istirahətə gəlir, həm də özlərinə bir türk “erkəyi” taparaq zamanlarını yaxşı keçirməyə çalışırlar. Burda rus qadınlarının əksəriyyətinə çoxda yaxşı gözlə baxmırlar, amma mənə görə bu yanlış düşüncədir. Necə deyərlər, ruslar da ”az aşın duzu deyillər”…
Sizə şahidi olduğum bir hadisəni danışım. Ölkəmizdən bəzi qadınlar buraya evlənməyə gəlirlər. Bildiyiniz kimi, türklərin adət-ənənəsinə görə, toya gələn qonaqlar bəylə gəlinə qızıl verirlər. Bizim ölkəmizdəndə buraya gələn qadın evləndikdən sonra toyun səhəri bəyi aldadaraq qızılları götürüb qaçıb. Bu hadisə ölkənin xəbər gündəminədə çıxmışdı. Bu hadisəni xəbərlərdə də görmüşdüm. Bu kimi hallar çox olub Turkiyədə. Bir gün təsadüfən müştəri ilə söhbət əsnasında məlum oldu ki, bu həmin adamlardan biridir. İlk dəfə olaraq Azərbaycanlı olduğum üçün utanmışdım.
Rusların da bir sözu var :“Çeçendən canını, azəridən malını, türkdən qadınını qoru”. Bunun mənasını isə zənn edirəm, hər kəs gözəl anlayır. Necə ki, Moskovada rusların bizimlə heç bir işi yoxdur. Orda da bir-birilərinin ayağının altını qazan, başına iş açan yenə özumuzuk. Buna görə də bəlkə xaricdə azərbaycanlılar bir-birini görəndə azərbaycanlı olduğunu danır və ya bildirməməyə çalışırlar. Belə halların çox şaidi olmuşam. Mən nəinki azərbaycanlı olduğum üçün hətta talış olmağımla fəxr edirəm və getdiyim hər ölkədə tanış olduğum yeni insanlara bunu söyləyirəm. Necə ki, insanı görünüşunə görə qəbul edir, ağlına görə yola salırlar.
…Oteldə işə yeni başladığım zaman bir gün otellər şəbəkəsi sahibinin türklərin təbirincə yazsam, “Genel patron”um gələcəyini söylədilər. “Genel patron”un, yəni baş müdirimin gəldiyini görüb öz təəccübümü gizlədə bilmədim. Eletrikli motosikletdə, əynində uzun şort, ayağında tərlik və sadə düyməli köynək geyinmişdi. Mən isə ən az Range Rover markalı maşınla çoxlu gözətçilər və onları müşahidə edən maşınlar karvanı düşünmüşdüm. Çünki bizim ölkədə otelin belə olmasa, kiçik bir dükanın belə varsa, mütləq bahalı maşının və ən azından, bir cangüdənin olmalıdır. Fəqətilk dəfə gördüyüm bu iş adamı çox sadə və mədəni insan idi…
Hətta kafedə işlədiyim vaxt şəhərdə beş restoranı və xaricdə oteli olan sahibkarın restoranını süpürməsini demirəm heç. Təəssüflər olsun, Azərbaycanda belə şeyləri görmək mümkün deyil. Turkiyədəki iş yerinin böyük əksəriyyətində müdir fəhlə anlaşıyışının olmaması mənim çox xoşuma gəlir. Mudir sahibkar olsa da, yenə heç nədən çəkinmir, lazım gələndə fəhlə kimi işləyir də.
Stiv Cobs yaxşı deyib: “İstər kasıb,savadsız olsun, istər universitet dekanı, hər kəslə eyni sadəliktə danışaram.
Burdakı turistlərdən ölkələrində nə iş gördüklərini soruşurdum. Bəziləri ölkəsində taksi sürücusu, marketde işləyən, bir sözlə, fəhləsi belə gəlib Beş ulduzlu oteldə istirahət edə bilir. Bizdə isə taksi sürücüsu və fəhləni xarici ölkəyə istirahət etməyə gedən görə bilmərik. Məmurlar ve biznesi olanlardan başqa, sıravı vətəndaşın bunu etməsi qeyri-mümkündür. Çünki istirahətə gedərsə, ailənin büdcəsi çökər və yaxınlarə ac qalar. İqtisadiyyatımız qıraqdan yaxşı görünsə də, hələ də istədiyimiz nəticələri əldə edə bilməmişik. Atalar demişkən, “İçim özümü yandırır, çölüm özgəni…”
Hər ölkədə olduğu kimi, Türkiyəyədə gəldikdə uzun müddətli qalacağınıza qərar verdikdən sonra sənədlərinizin qaydada olmasına çalışmalısız. Bu o qədər də asan deyil. İşləmək istəsəniz, çalışma iznini almalısınız. Bunu özünüz də ala bilərsiniz, lakin büdcənizi aşa bilər. İşveren müəssisə sizin üçün səfirliyə müraciət edir. Cavabınızın gəlməyi 1-3 aya və bəzən daha uzun ola bilər. “Çalışma izni” məsələsini gəlmədən öncə Azərbaycandakı səfirliyə müraciət etməlisiniz. Bu olmadan işləməyiniz qadağandır. Lakin mən Azərbaycandakı Türkiyə səfirliyinə gedəndə 800 dollar pul istədədilər. Mən gəlib Türkiyədə bunu rahatlıqla həll etdim. Prezidentin çoxlu səylərinə baxmayaraq, bizdə hələ də rüşvətin kökü kəsilməyib. Rusiyada olanda isə azərbaycanlıların əksəriyyəti qanunsuz sənədlərlə yaşadığının şahidi oldum. Polis sənədləri yoxlayanda, ya ölkədən çıxarılır, ya da ki, özümüzə məxsus olan “şirinlik” verib xilas olurlar. Zamanında qanuni olaraq sənədlərini qaydasına qoysalar və normal işləsələr, bəlkə bizimkilər də “ağ camaat” kateqoriyasına daxil ola bilərik.
Burada iqtisadiyyatının bütün sahələri üzrə bizə görə bir sıfır öndədilər. Çalışaraq burada qazandığın təcrübə sənin tərcümeyi-hlına əlavə etdiyin ən böyük uğurlarından biri ola bilər. Axı biz xalq olaraq öyrənmişik ki, daha yüksək məbləğə xaricdən “mütəxəssis” dəvət etməyə. Bir az araşdırsalar, görərlər ki, içimizdə işinə əla bilən super mütəxəssislər var, amma kimsənin onlardan xəbəri yoxdur. Xaricdə danışıb və dost olduğunuz insanlarla əlaqənizi kəsməyin: gələcəkdə əgər biznes sahəsində və diğər sahələrdə quracağınız işlərdə onların sizə böyük köməkliyi olacaq. İlk başlarda kimsəni tanımadığınız üçün aktiv sosial həyat yaşamamış ola bilərsiniz, lakin mühitə uyğunlaşmaq, dostlar tapmaq sizin əlinizdədir. Bunlar barədə sonrakı yazımızda…

