2021-ci ilin qəbul itahanları bu şəkildə keçiriləcək. Qaydalar açıqlandı, rəsmi açıqlamalar

Qəbul imtahanlarının vaxtı açıqlandı…

Dövlət İmtahan Mərkəzi (DİM) fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların siyahısı və keçirilmə tarixlərini açıqlayıb.

HİT.Az xəbər verir ki, bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib.

Qarfik və tarixlər aşağıdakı kimidir:

****

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirir.

Konfransda bu il keçiriləcək buraxılış və qəbul imtahanları, həmçinin digər tədbirlər haqqında məlumat verilir.

İmtahanlar bu şəkildə keçiriləcək – Qaydalar açıqlandı

“Builki imtahanların keçirilməsi qaydası müəyyənləşib”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

2021-ci ildə təşkil olunacaq imtahanlar barədə məlumat verən M.Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək.

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahana bu mövzuda suallar salınacaq

“Qəbul imtahanları üçün bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib”.

“Report”un xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

DİM sədri bildirib ki, bu mövzu hələlik dərsliklərə daxil edilməyib:

“Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq”.

O qeyd edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcək:

“Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir