Ruhunu Şuşa səmasına qaldıran qəhrəman şəhidimiz Baloğlan Şakir oğlu Əhmədli…

    Azərbaycan xalqının heç bir qonşusu ilə bəxti gətirməmişdir, çünki bu qonşuların hər birində vətən torpağımızdan bir hissə vardır. XVIII yüzillikdə bədnam qonşumuz sayılan ermənilər, Türkmənçay müqaviləsindən sonra, imperiyalar arasında parçalanan Azərbaycanımızın İrəvan və Qarabağ torpaqlarına yerləşdiridilər.Yerlərini bərkitdilər və onlar sonradan  bildirdilər ki, guya bu torpaqlar bizimdir. Bu tendesiya ilə ermənilər zaman-zaman xalqımıza qarşı torpaq iddiası ilə çıxış edərək millətimizi soyqırıma məruz etmişlər.

Artıq  xalqın səbri tükənmişdi, sülh dilini başa düşməyən Ermənistanın siyasi hakimiyyəti nəinki işğal olunmuş torpaqlarımızı qaytarmaq istəmir, üstəlik yeni torpaqlar uğrunda növbəti işğalçı  müharibəyə hazırlaşırdı. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan MR ilə sərhəddəki məlum hadisələri və Tovuz olayı dediklərimizə misaldır.

Ermənilər bu dəfə qazdıqları quyuya özləri düşdülər. Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Ötən il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2800 nəfərdən çox hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

    Lakin bütün bu torpaqlar heç də elə-belə bizə təhvil verilmədiş. O torpaqların alınması üçün şanlı ordumuz və igid əsgərlərimiz rəşadətlə vuruşub düşmənin başını əzdilər.

Gedən ağır döyüşlərdə neçə-neçə vətən oğlu bu müqəddəs yolda şəhid oldu və belə şəhidlərdən biri də Baloğlan Şakir oğlu Əhmədlidir.

 Baloğlan Şakir oğlu Əhmədli  10 yanvar 2002-ci ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. 1 sentyabr 2008-ci ildə Gəgiran kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-ci ildə ornı bitirmişdir. 24 yanvar 2002-ci ildə hərbi xidmətə getmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsinə könüllü yollanmışdır. Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Şuşanın işğaldan azadlığı uğrunda vuruşmuş, sonda qəhrəmancasına şəhid olmuşdur.

Baloğlan üç bacının bir qardaşı idi. Şəhid atası Şakir Qəni oğlu Əhədov heç bir yerdə işləmir. Anası isə Xanım Həsənağa qızı Əhədova  hazırda  məktəbdə xadimə işləyir.

Baloğlan Qarabağın bütün bölgələrində gedən ağır döyüşlərdə igidcəsinə iştirak etmişdir. “Qubadlı azadlığı uğrunda”, “Füzuli azadlığı uğrunda”, “Şuşanın azadlığı uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. 6 noyabr 2020 ci ildə Şuşanın erməni qəsbkarlarının işğalından azad edərkən ağır döyüşdə igidliklə şəhid olmuşdur.

Nəşi doğma rayonua gətiriləndən sonra, 8 noyabr 2020-ci ildə Lənkəran rayonu Gəgiran kəndində dəfn olunmuşdur. Xalqımız öz igid övladını heç vaxt unutmayacaq. Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Aqşin Əliyev, yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir