Teyyar de Şarden – Teyyardizm nədir?!. Elvin Əli ilə fəlsəfi gəzişmələr – 6
Fransanın tanınmış intellektuallarında hesab olunan Teyyar de Şarden katolik filosof kimi şöhrət tapmasına baxmayaraq, ötən yüzilliyin ən böyük filosoflarından sayılır. Görkəmli düşüncə adamının böyüklüyü isə elmlə dinin yalnız elməddin adında bir araya gəlmədiyini sübut etməsi olub.
Teyyar inanclı katolik olmasına baxmayaraq, təkümülü qəbul edib və bütün fəlsəfəsini də məhz təkamül nəzəriyyəsi üzərinə qurub. Ç.Darvindən fərqli olaraq, Teyyar təkamülü daha geniş təsəvvür edir. Onun fikrincə, yaradılışdan etibarən hər şey təkamül etməkdədir. Geosferdən biosferə və sonda neosferə (neosfer anlayışının da banisi Teyyardı) doğru təkamül keçən mövcudat, insan cildində ən mükəmməl zirvəsinə çatıb.
Filosof hesab edir ki, insan planetə yayıldıqca, neosfer qatı güclənir, ruh daha da yayılaraq bütün yer üzünü əhatə edir. Şüur, Teyyara görə, təkamülün günümüzə qədərki ən böyük nailiyyətidir. Şüurun daşıyıcısı olan insan isə təkamülü növbəti, son addıma qovuşduracaq yeganə varlıqdır.
Son nöqtə deyəndə, Teyyar, “Omeqa nöqtəsini” nəzərdə tutur. Bu elə bir məqamdır ki, burada artıq fərdlər Allaha çatır, onda əriyir. Teyyar bunun üçün insanın bütünlüklə kosmosa yayılmasının, elmin inkişafını və onun dinlə birlikdə assosiasiya təşkil etməsinin mütləq olduğunu bildirir. Teyyara görə, təkamülün əsas göstəricisi birləşmək, birlikdə kollektiv olaraq hərəkət etməkdir. Buna görə də həm insanlar, həm də dövlətlər prioritet olaraq birliyi, bərabərliyi görməlidirlər. Fərdçilik, ayrı-ayrı dövlət maraqları və intriqalar isə təkamülün qarşısını alır, bizi inkişaf etməyə, yəni Omeqa nöqtəsinə çatmağa qoymur. Alimə görə, insanlıq birliyin və bərabərliyin qarşısını alan bütüm ideaları zibilliyə atmalı, silahlara və müharibələrə ayrılan pulu elmin inkişafına yönəldilməlidi. Teoloq bildirir ki, mənəviyyat üçün dinin mahiyyətini başa düşməlidir.
Lakin demək olar XX əsr filosoflarının hamısı kimi, Teyyar da bu qədər birlik və bərabərlik temasına baxmayaraq, sırf avrosentristdir. Onun fikrincə, sivilizasiya Qərb dünyasının düşüncə məhsuludur və insanlıq inkişaf etmək üçün mütləq Avropab sivilizasiyasını, mədəniyyətini mənimsəməlidir.
Bu qədər humanist və proqressiv idealarına rəğmən, Teyyar, təkamülü qəbul etiyinə, Adəm və Həvvadan yaranışa inanmadığına görə, kilsə tərəfindən qəbul edilmir, onun kitabları yandırılır və Fransaya girişi qadağan edilir…
P.S. Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.

