Elvin Əli ilə fəlsəfədə gəzişmələr – 1. İqtidarların insanları nəzarət altında saxlamaq üçün bəhanələri…

Alman Rutqer Breqman, məndən cəmi iki yaş böyük olmasına baxmayaraq, 32 dilə çevrilmiş kitab müəllifidir. Onun son kitabı “Realistlər üçün Utopiya” adlanır. Breqman tarixçi və filosofdur.

R.Breqman iddia edir ki, Qərb fəlsəfəsində insanın təbiətən vəhşi və eqoist olması fikri hər zaman iqtidara sərf edən bir fikir olmuşdur. Bu fikrə əsaslanaraq onlar insanları kontrol altında saxlayırlar. Bununla onlar: “Biz olmasaq insanlar biri birini qırarlar” demək istəyirlər. Hobbsun məşhur “Hər kəsin, hər kəsə qarşı savaşı” halı, iqtidarlar üçün insanları kontrol altında saxlamağa görə ən uğurlu bəhanələrdəndir. Halbuki insan təbiətinə bu cür baxış tamamilə absurddur.

Müəyyən hallar var ki, biz özümüz də rastlaşanda əsəbimizdən “Hələ millətə bu da azdı” deyirik. Lakin daha dərindən analiz etsək, bu cür hallar həyatımızda müsbət hallara nisbətdə qat-qat daha az rast gəlinir. Lakin normalda biz müsbət halları görməzdən gəlirik, neqativ hallar isə dah çox təsir etdiyindən müsbət hallara nisbıtdə daha çox önə çıxır. Media da məhz bu istiqamətdə işləyir. Məsələn pandemiya dövründə, karantin qaydalarını pozanlar, virusa yoluxduğu halda bayıra çıxanlar, marketlərdə qırğın salanlar media tərəfindən çox göstərildi. Halbuki insanların sağlamlığı üçün yorulmadan işləyən həkimlər, karantin vaxtı işsiz qalan insanlara yardım edən yardımsevərlər, öz işini vicdanla görən xidmıt sektoru işçiləri və s. onlara nisbətdə qat-qat daha çoxdurlar. Daha da dərinə getsək, bir çox pisliyin insan təbiətindən deyil, dövlələrin yaratdığı mövcud vəziyyətdən qaynaqlandığını görə bilərik. Lakin bizə təqdim olunan, daha çox insanların elədiyi pisliklər olur. Mediada kriminal xəbərlərə, bir birini atıb getmiş insanlara, ümumiyyətlə neqativlərə müsbət hallardan dah çox yer verildiyinə özünüz də şahid ola bilərsiniz. Halbuki bu neqativlər, müsbət hallara nisbətdə heç bir faiz belə etmir. Lakin müsibətlər çox nadirən göstərilir. İnsanın təbiətən sırf pislik və eqoizmə meyilli olmadığını göstərən milyonlarla fakt görməzdən gəlinir. Tarixə də nəzər yetirsək, tarix sırf müharibə və pisliklərin tarixi imiş kimi görsənir.

Breqmana görə daha yaxşı gələcəyin qurulması üçün biz, ilk növbədə insan təbiətinə, ümumiyyətlə insana baxışımızı dəyişməliyik. Daha yaxşı gələcək qurmağımız üçün xislətimizdə kifayət qədər müsbət xüsusiyyətlər də var.

Elvin Əliyev, bloqer

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir