Rusiyanın Prezidenti V.Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına müsahibəsində deyib. Putin birgə bəyanatın müəlliflərini açıqladı

“Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, – deyə Putin bildirib.

O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.

Dağlıq Qarabağda atəşkəsə dair 9 noyabr tarixli birgə bəyanatın mətni üzərində iş onu imzalayan hər üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılıb”.

Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində belə deyib.

“Mətnin özünə gəldikdə, bunu təbii ki, üçümüz – mən, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri hazırladıq. Başqa cür də ola bilməzdi”, – deyə Putin bildirib. Onun sözlərinə görə, bu bəyanat Azərbaycan və Ermənistan tərəfləri arasında imzalanmış razılaşma idi:

“Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflər arasında sülhün əldə olunması üçün bu sənəd üzrə üzərinə öhdəlik götürdü. Biz indi bu işlə məşğuluq. Bəyanatın müəllifləri isə, sözsüz, hər üç tərəfdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir