Həsas qrup ailələrinə psixoloji-mənəvi dəstək göstərilir. Layihə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə müştərək təşkil etdiyi 2020-ci il qrant müsabiqəsinə təqdim olunan “İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” layhəsi uğurla həyata keçirilir. Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyitərəfindən sentyabrın sonlarından reallaşdırılmaya başlanılan layihə
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlanandan bu yana həm Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız, həm əsir götürülmüş, itkin düşmüş şəxslər, həm də respublikamızda öz iradələrinə zidd olaraq doğma el-obalarından didərgin düşmüş məcburi köçkünlər işğalçı düşmənin günahları ucbatından illərdir mənəvi-psixoloji gərginlikdə yaşayanlara ünvanlanıb.
Layihə haqqında təşkilatın açıqlamasında
bildirilir ki, illər boyu çadır şəhərciklərində, məişət komfortu olmayan köhnə
tikililərdə, həmçinin, müxtəlif şəhər və kəndlərdəki məktəb, bağça, yataqxana
tipli tikililərin darısqal məkanlarında yaşamağa məcbur olublar. Bir milyona
yaxın həssas qrup insanlarımızın sosial-məişət problemlərinin böyük bir qismi
həll olunsa da, dövlət tərəfindən onlara yeni yaşayış binaları tikilsə də,
müasir mənzillərlə təmin olunsalar da, doğma yurd yerləri ilə bağlı nisgil,
həsrət, dərd ictimai-psixoloji, iqtisadi-etik amillər bir çox münaqişələrə
aparıb çıxarıb. Münaqişə başlanandan etibarən bu həssas qrupa illərdir əsir və
itkin düşmüş şəxslərin ailələri, doğmaları, yaxınları da qoşulub. Layihədə
itkin düşmüş şəxslər, eyni zamanda qaçqın və məcburi köçkün qadın, ana, uşaq və
yeniyetmələrin iştirakı ilə münaqişə qurbanlarının psixoloji-mənəvi dəstəyə,
onlar arasında məişət zorakılığı, ailədaxili şiddət əleyhinə müxtəlif formatda
maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə məktəblilər,
analar, psixoloqlar, pedaqoqların qələmə aldığı məqalələr, esselər,
araşdırmalardan ibarət toplunun nəşri, kağız və elektron formada çapa
hazırlanması, yayımı, həmçinin, bükletlərin buraxılması, İnternetdə, mətbuatda,
saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də
təbliğatların gücləndirilməsi, tanıtım tədbirlərinin keçirilməsi nəzərdə
tutulub.
Sadalanan problemlər ətrafında ənənəvi icma dəyərləri ilə müasir
dünyanın çağdaş trendlərinin sintezi ətrafında real və virtual formalarda
psixoloji-mənəvi, ictimai-sosial, elmi-mədəni araşrırmalar, dinləmə və müzakirə
aparılması, bu istiqamətdə konsepsiyasının hazırlanması, toplu nəşri,
İnternetdə – sosial şəbəkələrdə materialları yayılması və yuxarıda göstərilən
həssas qrupa aid olan ailələrin üzvlərinə, geniş ictimaiyyətə çatdırılması
planlaşdırılır.
Məlum münaqişə nəticəsində psixoloji gərginlik içində yaşayan həssas qrupların
nümayəndələri, xüsusən də analar və məktəblilərin köməyi ilə müharibə
zorakılığına qarşı və ailədaxili, icmadaxili psixoloji şiddət əleyhinə
maarifləndirici tədbirlər aparılması nəzərdə tutulan layihənin ictimai
əhəmiyyəti böyükdür. Aktuallığını hər zaman saxlayan, münaqişə qurbanlarının
psixoloji-mənəvi dəstək verməklə yanaşı, böyük icmalarda müxtəlif formalarda
özünü göstərən psixoloji şiddətə (məsələn, müxtəlif sosial mənşəli uşaqlar
arasında güclülərin zəiflərə, varlı ailələrin övladları kasıb balalarına,
şəhərlilərin bölgələrdəkilərə, paytaxt sakinlərinin qaçqın-məcburi köçkünlərə,
kişilərin qadınlara, sağlam şəxslərin əlillərə, oğlanların qızlara qarşı
psixoloji-mənəvi, fiziki-ruhi basqıları və s.) qarşı ictimai qınağın, sosial
mübarizənin, icma dirənişin gücləndirməklə dözümlü, tolerant mühit yaratmaq
mümkündür.
Münaqişə qurbanlarının ailə üzvlərinə psixoloji-mənəvi dəstəkləri göstərmək,
eləcə də Azərbaycan insanının yazıya, kitaba sayğısını nəzərə alaraq bu
mövzuda maarifləndirici materiallardan ibarət toplunun nəşri, ictimai-virtual
müzakirələrin aparılması, İnternet və sosial şəbəkələrdə təbliğatı gücləndirilməsi
problemin, qismən də olsa, aradan qaldırılmasına yardımçı ola bilər.
Son vaxtların araşdırmalarını, statistik məlumatları, yazılı və elektron KİV-də
gedən materiallar, İnternet və sosial şəbəkələrdəki saysız-hesabsız
müzakirələr, cürbəcür faktoloji informasiyalar münaqişə qurbanlarının ailə
üzvləri arasında bu və digər səbəblərdən yaranan kəskin psixoloji
problemləri üzə çıxarıb. Təkcə TV kanallardakı sosialyönümlü proqramlardakı
haqqında yazılan həsas qrupla aid ailələrdəki psixoloji gərginlikləri
xatırlatmaq və eləcə də rəsmi məlumatlardakı statistik faktları analiz etmək
kifayətdir ki, problemin ictimai əhəmiyyəti, sosial mahiyyəti, cəmiyyət üçün
aktuallığı aydın olsun. Eyni zamanda itkin düşmüş şəxslərin xilası üçün
beynəlxalq alətləri, Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq aləmə
çıxarılmasında bu istiqamətdə aparılan fəaliyyətlərin rolu –
təbliğati-informatik təsiri böyükdür.
Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi zamanı çoxsaylı insan faktoru ilə nəticələnən, əsir və
itkin düşmüş şəxslər, onların yolunu gözləyən ailə üzvləri, qaçqın və məcburi
köçkünlüklə bağlı ictimai-sosial, psixoloji-mənəvi zədələr, obyektiv
səbələrdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla
ölkəsinə səpələnmiş qarışıq nigahlardan dünyaya gələn övladların sayının
durmadan artması, ənənəvi Azərbaycan cəmiyyəti və insani dəyərlərinə
mənfi təsirlər göstərib. Vaxti ilə Qərbi Azərbaycan, Qarabağın işğal olunmuş
ərazilərində ənənəvi yaşam tərzinə söykənən baba-nənə, ata-ana, bacı-qardaş,
əmi-bibi, xala-dayı, qohum-qonşular, ağsaqqal-ağbirçək kimi ailə təsisatları
ilə əhatələnmiş, yeri gələndə, məhəllədə, kəndə sosiallaşan milli ailə
formalarının dağılmasına aparıb çıxartdığından, həssas qruplara daxil olan
insanların psixologiyasında dərin yaralar açmışışdır. Üstəlik, münaqişə
nəticəsində həlak olmuş şəxslərin qəbirləri haqqında məlumatların olmaması,
qədim yurd yerlərimizdəki əsir məzarlar, əsir və itkin düşmüşlərn acı taleyi də
bu psixo-mənəvi yaraları daha da dərinləşdirməkdədir. İşğal altında qalan
Kəlbəcərdə valideynlərinin məzarlarını ziyarət etməyə gedərkən Ermənistan
tərəfdən əsir götürülən Şahbaz və Dilqəmlə bağlı məlumatları yada salmaq yerinə
düşərdi. Əvəzinə daha çox psixoloji-mənəvi sarsıntılarına məruz qalmış, tək ata
və ya tək ana himayəsində bir, yaxud iki uşaq böyüdən dağınıq ailələr
cəmiyyətimiz və dövlətimiz üçün böyük yükə çevrilməkdədir.
Layihə bu sahədə elmi-sosioloji araşdırmaları cəmiyyətə təqdim etməklə,
mədəniyyət-məişət, yaşam fəlsəfəsinin zəifləməsinin qarşısını almaq,
psixoloji böhran, şiddət hallarının, boşanmaları, nəsillərarası
mənəvi-psixoloji münaqişələri, qismən də olsa, aradan qaldırmaq üçün
ictimai-virtual aksiyaların həyata keçirilməsini dəstəkləyir. Eyni zamanda,
layihə sadalanan problemin həllinə yönəli bir çox problemlərin
ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin
səylərini birləşdirməyi, ictimai-virtual müzakirələrin genişlənməsini, yeni
psixo-dəstək modellərini işlənilməsini dəstəkləyir.
Həsas qruplarda ailədaxili psixoloj gərginlik mental dəyərlərlə bağlı
problemləri daha da qabarıq göstərməkdədir. Bu problemlərin kəskinliyini
nisbətən azaltmaq, insanlar arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan
qaldırmaq üçün əsrlər boyu formalaşan milli ailə institutunu, sosial-mənəvi
təsisatıları möhkəmləndirmək, çağdaşlığa uyğun olaraq tədqiq etmək lazımdır.
Cəmiyyətimizin tarixən qazandığı mənəvi-əxlaqi və mədəni institutları
içərisində ailə ilə bağlı dəyələr sisteminin xüsusi yeri vardır: uşağa, qadına,
yaşlılara, əlil və şikəstlərə şiddət bizim milli-mənəvi kodlarımıza yaddır. Son
zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox
hallarda gənclərimizin böyük bir hissəsi də liberal dəyərlər – demokratiya
və insan haqları bəhanəsi altında o qarayaxmalara qoşulur, sosial
şəbəkələrdəki mənfitendensiyalı virtual aksiyalara qoşulurlar. Layihə
sosial-maarifləndirmə təbliğatına başlamaqla Azərbaycan cəmiyyətində get-gedə
zəifləyən sivil dəyərlərin ən yaxşı cəhətlərini şiddət və zorrakılığa qarşı
mübarizə istiqamətində müxtəlif – sosial-ictimai, milli-mədəni, psixoloji
dəstək formatında real və virtual fəaliyyət növləri həyata keçirməklə,
sadalanan halları nisbətən zəiflətməyi qarşısına məqsəd qoyub. Həsas qruplara
aid insanların psixoloji-mənəvi poblemlərin araşdırılmasını, bu istiqamətdə
aktual addımları, innovativ-kreativ təşəbbüsləri dəstəkləyir.
Əsas hədəf psixoloji dəstək göstərilən şəxslərin şiddətlə mübarizə, sivil
dəyərlərin zənginləşməsi, milli-mənəvi kodeklərin qorunması, inkişaf etdirilməsi,
tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılması, elmi-sosioloji
araşdırmaların aparılması, mətbuatda, İnternet və qlobal elektron
resurslarında, sosial şəbəkələrdə bu istiqamətlərdə çalışmaların dəstəklənməsi,
həyata keçirilən aksiyaların ictimaiyyət tərəfindən tanınması və
dəstəklənməsinə yönəldilib.
Hər dövrlərdə olduğu kimi, müasir cəmiyyət də özünün mənəvi dəyərləri və
ictimai ənənələri ilə zənginləşir: bu zənginlikləri öyrənmək, qorumaq və
gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətdə mövcud sosial-məişət modellərinin
hazırkı vəziyyəti müxtəlif həsas sosial qruplar üzrə araşdırılmalıdır.
Gənclərin böyüklərə, övladların valideynlərə münasibətlərində ailə dəyərlərinin
mövcud vəziyyəti aydınlaşır. Həsas qruplara aid edilən ailələrdə mənəvi-əxlaqi
dəyərlərimizin bərqərar olması, ictimaiyyətin daha geniş dairələrinə
təsirinin öyrənilməsi ilə cəmiyyətimizi zənginləşdirən mənəvi meyarları, əldə
olunan resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün
müxtəlif sosial qruplar arasında problem ətrafında araşdırmalar aparılmalı və
mövcud vəziyyət təhlil edilməlidir. Bu araşdırmalar ailələrimizin və xalqımızın
aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində götürülməli
və psixoloji-mənəvi baxımdan öyrənilməlidir.
Həssas qruplar arasında qadınlar və yeni nəslin iştirakı ilə psixoloji
zorakılığı, etnik şiddətə qarşı sivil metodlarla mübarizə aparmaq üçün itkin
düşmüş şəxslər, qaçqın və məcburi köçkünlərin intellektual kəsiminin
iştirakıyla müsabiqə, toplu çapı, KİV, İnternet, sosial şəbəkələrin
imkanlarından yararlanaraq layihənin əsas məqsədinə çatmaq mümkündür.
Layihə Azərbaycan cəmiyyətinin həssas qrupuna bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edəcək. Bu layihədən milli münaqişələrin sıravi insanların ailə üzvlərinə vurduğu psixolojio-mənəvi zərbələr haqqında daha geniş təsəvvürləri yaradacaq, onlara göstərilən müxtəlif psixodəstəkləri model kimi formalaşdıracaq. Sosial təcrübələri olan yaşlı insanlar, həm də ailə-icma institutları vasitəsi ilə mədəni davranışları daha da zənginləşdirilməsi üçün gənclər faydalanacaq. Bütövlükdə layihə yaşlı nəslin malik olduğu mənəvi dəyərlərin gənc nəslə tam və mükəmməl şəkildə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ümummilli xarakterlidir.
Mental qayda-qanunlar, etnik mədəniyyət, yaşam dünyagörüşləri daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, xüsusən də yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac duyulur. Həsas qruplar – itkin düşmüşlər, qaçqın və məcburi köçkün qrupları arasında psixoloji böhran, bunların aradan qaldırlması, etnik münaqişələr zamanı şiddətlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşməsi, elektron resurslarında daha geniş istifadəsi sadalanan yeni nəsil nümayəndələrindən asılıdır. Əldə olunan nəticələrdən qanunverici orqan qanunyaratma fəaliyyətində və icra orqanları təbliğat işində istifadə edə bilərlər. Bu fəaliyyətlərdən ailə ilə məşğul olan yerli və beynəlxalq qurumlar da faydalana bilər.
Həssas qrupların daha kompakt yaşadıqları Bakı, paytaxtətrafı kəndlər, İnternet vasitəsilə dünyadakı soydaşlarımızın yaşdığı məkanlar. Tarixən, elə indinin özündə də dünya azərbaycanlılarıınn mənəvi-mədəni mərkəzi, adət-ənənlərimizi tədqiq edən elm-beyin mərkəzləri, əsasən, paytaxt Bakıda yerləşir. Eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlılar və dünyanın hər yerinə səpələnən 55 milyonluq soydaşımız da əsasən Azərbaycan paytaxtı vasitəilə maarifləndiyinə görə layihə məhz burda fokuslanıb.
Layihə çərçivəsində aşağıdakı fəaliyyət növləri mərhələli formada həyata keçiriləcək:
1. İtkin və əsir
süşmüş şəxslərin ailə üzvlərinə, eləcə də qaçqın və məcburi kökçün
vətəndaşalrımıza yeni döcvrün tələblərinə uyğun psixoloji-mənəvi dəstək
tədbirləri təşkil olunacaq.
2. Pandemiya qadağaları dövrünün diqtəsi ilə yeni texnoloji vasitələr və
İKT texnologiyalarından yararalanaraq, daha əhatəli formada həsas qruplardan
olan insanların ailə üzvlərinə mənəvi-psixoloji xidmətlərin, dəstəklərin
göstərilməsi təşkil olunacaq. 3. Bu istiqamətdə elmi-kütləvi təcrübələr, eləcə
də ənənələrə söykənərək, milli-əxlaqi dəyərlərinin beynəlxalq informasiya
resurslarında tanıdılması, yayılması, inkişafı və zənginləşməsi
mövzularında münaqişə qurbanlarının psixoloji durumu, icmadaxili şiddət və münaqişə
zorakılığı ilə rastlaşan qadınlar, gənclər, intellektuallar, məktəblilər
tərəfindən fərqli formatlı materialların hazırlanmasına təkan veriləcək və
bunların e-resurslarda, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil ediləcək;
4. Nüfuzlu tədqiqatçıların, qələm adamların, gənclərin, bloqqerlərin bu
problemlə əlaqədar yaxın ünsiyyəti yaranacaq.
5. Hazırlanmış materialların kağız və elektron formalı elmi-kütləvi toplu
formasında nəşr ediləcək, İnternetdə yerləşdiriləcək və geniş ictimaiyyətin
istifadə üçün açıq yayımlanacaq.
6. Problem ilə bağlı İnternet və sosial mediada ayrıca elektron resurs
yaradılacaq: “Virtual psixoloji dəstək” resursu bütün insanlar üçün
açıq olacaq. Feysbuk səhifəsində hazırlanacaq materiallar yerləşdirməklə
gənclər və dünyada yaşayan soydaşlarımız arasında Azərbaycan birgəyaşarlığı
düşüncə-yaşam tərzlərinin öyrənilməsinə, populyarlaşmasına, İnternetdə
yayılmasına, inkişafına təkan verəcək virtual aksiyalar, müzakirələr təşkil
olunacaq.
7. Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən
rəsmi və ictimai təşkilatlarda, KİV orqanlarında, məktəblərdə, ictimai
dairələrdə və s. təsisatlarda virtual formatda zorakılıq və şiddətlə,
Azərbaycan milli dəyərlərin qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə
fikir mübadilələri, diskussiyalar aparılacaq, təqdimat – tanıtım məclisləri
keçiriləcək.
8. Yazılı və elektron KİV, yeni mediada media-aksiyaların təşkil ediləcək.
9. Münaqişəşünaslar və psixoloqların, psixoanalitiklərin müştərək virtual
görüşlərinin keçirilməsi, onların bilik və təcrübəsinin araşdırılması, bu
problemlər üzrə ixtisaslaşmış rəsmi və ictimai qurumlarla əlaqələrin
yaradılması və onların təcrübələrinin, fəaliyyətinin öyrənilməsi baş tutacaq.
10. Azərbaycan etik dəyərlərinin şifahi və yazılı qaynaqlardan bəhrələnərək
öyrənilməsi, tədqiqi, çağdaş dövrə uyğunlaşdırılması, təcrübəli ailə sahibləri
ilə liberal düşüncəli gənclərin müntəzəm e-görüşlərinin təşkili öz səmərəli
bəhrəsini verəcək.
11. Müasir dövrdə milli ailə dəyərlərinin, Azərbaycan ailə-nigah institutunun,
fəlsəfəsinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyətləri
psixoloji-mənəvi dəstək formatlarına tətbiq edilməsi, eyni zamanda bu
istiqamətdə alimlər, araşdırmaçılar tərəfindən elmi məqalələrinin yazılmasını
təşviq etmək, toplu hazırlamaq və həmin materiallarım nüfuzlu saytlarda,
intellektual dərgilərin səhifələrində nəşr ediləcək, eləcə də İnternet
resurslarında yayımı həyata keçiriləcək;
9. Təşkilatın könüllüləri layihə çərçivəsində cəmiyyətə fayda olacaq işlər
ətrafında birləşməsinə, yeni bacarıq və vərdişlərə yiyələnməsinə səbəb
olacaq.
KİV-də gedən materiallara, ictimai müzakirələrin səviyyəsinə, çap ediləcək
toplunun dəyərinə, əhatə edəcək iştirakçıların sayına, İnternet resurslarında
yerləşdiriləcək materiallara olan kütləvi müraciətlərin sayına, cəmiyyətdəki
əks-sədaya və raksiyalara görə xüsusi meyarlar işlənib hazırlanacaq və
layihənin nəticələri qiymətləndiriləcək.
Real və virtual formada
kreativ-innovativ təşəbbüsləri dəstəkləməklə, günümüzün tələblərinə uyğun
dəyərlərimizin zənginləşdirilməsi situmullaşdırılacaq. Yeni innovativ üsullarla
– yazılı və elektron nəşrlə çalışmaq vərdişlərinin, bu istiqamətdə
bacarıqlarının formalaşdırılacaq, psixoloji dəstək məsələlərinə həsr olunmuş
elmi-sahəvi istiqamət daha da zənginləşdiriləcək. Müasir zamanda milli ideya –
Azərbaycançılıq məfkurəsinin əsas atributlarından olan milli dəyərlərinin
saflığının qorunması və inkişaf etdirilərək modernləşdirilməsi daim diqqət
mərkəzində olacaq.
Fəaliyyət zamanı əldə edilən nəticələr geniş ictimaiyyəti arasında araşdırılan
problemə diqqəti artıracaqdır. Əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin
həyata keçirilməsi mənəvi dəyərlərimizin qorunması və yaşadılması istiqamətində
atılmış önəmli addımlardan biri olacaqdır. Dövrümüzün tələblərinə uyğun,
mənəvi dəyərlərimizin beynəlxalq informasiya resurslarında inkişafı və
zənginləşməsində gənc intellektuallar, populyar bloqqerlər tərəfindən müxtəlif
formatlı materialların hazırlanmasına həvəsləndirmək və bunların İnternet
resurslarında, sosial şəbəkələrdə yayımını təşkil edilməsi layihənin uğuru
sayıla bilər.
Fəaliyyət çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Ağsaqqallar Birliyi, AMEA-nın Folklor İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, ali məktəblərin filologiya fakültələri, KİV, İnternet, sosial media, elektron kitabxana və b. təsisatlarla əməkdaşlıq nəzərdə tutulur.
Müxtəlif şəxslərin, münaqişə qurbanlarının yazılarından ibarət toplunun nəşri və yayılması, mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi elektron resursun yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla problemlərin nisbətən aradan qaldırılmasına çalışılacaq.
Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi

