İctimai Nəzarət Qrupu üzvlərinin fəallığı: iki düşmənlə üz-üzəyik
İctimai Nəzarət Qrupu – 20
İctimai Nəzarət Qrupunun fəal üzvü Aydın Xan Əbilov 3 sutka sosial mediada aktivliyi göstərərək Azərbaycan – Qarabağ – Şuşa qalibiyyəti, Bayraq Günü və dünən gecəlik Ermənistanın məğlubiyyətini informasiya məkanında yaymaqla məşğul oldu.
10 noyabr tarixində isə YYSİB fəallari ilə birlikdə ölkə gənclər ictimaiyyəti ilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanına edilən Qələbə yürüşündə iştirak edib!
Azərbaycan Gənclər Fondu və ARGTMŞ – NAYORA-nın sifarişi ilə sədr Aydın Xan Əbilov başda olmaqla YYSİB fəalları Bakının mərkəzində, müxtəlif məkanlarda gənclər arasında sorğu və İNQ barədə maarifləndirmə layihəsi fəallarının aksiyaları davam edir.
Aksiyalarda üç yüzdən çox gənc anonim sorguya cəlb olunub, eyni zamanda Azərbaycan Gənclər Fondu ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə layihəsi – İctimai Nəzarət Qrupları barədə onlara, eləcə də geniş ictimaiyyətə ətraflı məlumatlar verilib!
Paralel olaraq koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirmə aksiyası və Qarabağda döyüşən hərbiçilərimizə dəstək məqsədi ilə vətənpərvərlik kampaniyası barədə bilgilər gənclərə ötürürük.
Hər dəfə gənclərdən xahiş olundu ki, onlar da öz yaşıdları arasında maarifləndirmə işləri aparsınlar, paylanılan bukletdə də göstərildiyi kimi, insanlara əllərin tez-tez yuyulmasının, sosial məsafə saxlamasının vacibliyi aşılsınlar, karantin qaydalarına əməl edilməsi tələb olunsun!
YeniMediaTV.az sosial TV və Yenimedia.net portalının texniki dəstəyi ilə!
Layihə iştirakçısı Aydın Xan Əbilov, (Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq) canlı ünsiyyət zamanı Vətənpərvərlik kampaniyası barədə geniş açıqlamaları çatırdı!
YYSİB üzvləri – ictimai aktivistlər də dövrün tələblərinə haqqında geniş məlumatları sorğu iştirakçıları ilə bölüşdülər.
#StopArmenianAggression #StopArmenianTerrorism #Azerbaijan #KarabakhisAzerbaijan #Covid19
#Prezident #Alibaşkomandan #Qarabağ #Birincivitseprezident #İlhamƏliyev #MehribanƏliyeva #bizbirlikdəgüclüyük #vca #VətəndaşCəmiyyətiAlyansı #yenimedianet #yenimediatvaz #ŞASDİB
#YYSİB #Kitabxananet #NAYORA #QHTŞURASI #ictimainəzaretqrupu

