Vətəndaş cəmiyyəti və ictimai nəzarət

Vətəndaşların və dövlətin mənafelərinin qorunması ictimai nəzarət fəaliyyətlərinin əsas məqsədi olmalıdır

Bu gün bütün dünyada ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Çünki təcrübə göstərir ki, vətəndaşlar tərəfindən real nəzarətin olmaması hakimiyyət subyektlərinin və dövlət orqanlarının fəaliyyətində operativliyi və səmərliliyi azaldır.  İctimai nəzarət  monitorinq, müşahidə, qiymətləndirmə orqanları, agentlikləri, təşkilatları vasitəsilə hökumət qurumlarının iş və idarəetmə keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və keyfiyyətlə həyata keçirilməsini təmin etməyə yardım edir.
İctimai nəzarət –  ictimai, vətəndaş iştirakçılığının formalarından biri kimi əsas insan hüquq və azadlıqlarının, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinin qorunması, vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsi hüququnun reallaşdırılması məqsədilə  vətəndaşların, onların könüllü birliklərinin  dövlət və yerli idarəetmə orqanlarının, ictimai funksiyalar yerinə yetriən dövlət və digər şirkətlərin  fəaliyyətinin müşahidəsi, monitoriniqi, qiymətləndirilməsidir.
İctimai nəzarətin prinsipləri
İctimai nəzarətin həyata keçirilməsi ictimai iştirakçılığın formalarından və məqsədlərindən biri kimi çıxış edir.  Beləliklə, “İctimai iştirakçılıq haqqında” Qanunla müəyyənləşən ictimai iştirakçılığın prinsipləri ictimai nəzarət fəaliyyətlərini də ehtiva edir. Sözügedən qanunun 4-cü maddsəsində ictimai iştirakçılığın prinsipləri aşağıdakı kimi təsbit olunub: qanunçuluq;könüllülük;şəffaflıq;plüralizm;bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi.Beynəlxalq praktikada ictimai nəzarətin təşkii ilə bağlı fəaliyyətlərinin həyata keçirilməsi zamanı aşağıdakı prinsiplər rəhbər tutulur:-  İnsan hüquq və azadlıqlarına hörmət;-  Peşəkar yanaşma;-  Obyektivlik;-  Qərəzsizlik;-  Məsuliyyətli davranış;-  Maraqlar toqquşmasından qaçmaq;-  Neytrallığın qorunması;-  İnformasiya açıqlığı və hesabatlılıq;İctimai nəzarət üsul vəı vasitələri kimiisə aşağıdakıları qeyd etmək olar:İctimai ekspertiza;İctimai monitorinq;İctimai dinləmə;Dövlət orqanının hesabatıBüdcə layihələri, ərazilərin strateji planları, yaxud inkişaf planları, dövlət və hökumət proqramlarının müzakirəsi;Büdcə proqramlarının yerinə yetririlməsi, ərazilərin strateji planları, yaxud inkişaf planları, dövlət və hökumət proqramlarının icrasının müzakirəsi;Büdcə proqramları üzrə gəlirlər və xərclərin müzakirəsi;Vətəndaş hüquq və azadlıqları ilə bağlı normativ-hüquqi aktların hazırlanmasında, müzakirəsində iştirak etmək;Qanunvericiliklə nəzərdə tutulumuş digər ictimai nəzarət formalarının həyata keçirilməsi.
Bu  məqalə  AR  Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən  maliyyələşdirilən və “Tolerantlıq”  Sosial  Araşdırmalar  İB tərəfindən icra  olunan “Bilgili Vətəndaş”  Maarifləndirmə Kampaniyası  layihəsi çərçivəsində dərc olunur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir