Ermənistan çıxılmaz vəziyyətdə… – Bütün rəqəmlər əleyhinədir

Bir müddətdir ki, Cənubi Qafqazda  baş verən geosiyasi hadisələr analitiklərin diqqətini  xüsusilə cəlb etməkdədir. “Qafqazinfo” xəbər verir ki, bu kontekstdə aparılan təhlillər Ermənistanın dərin siyasi-iqtisadi böhran vəziyyətində olduğunu göstərir. Xüsusilə də,  2020-ci ildən başlayıb dünya iqtisadiyyatını geri salan “COVİD-19” pandemiyası Ermənistanı daha da çökdürüb. Pandemiya hələ də davam etməkdədir, bu ölkədə gündəlik yoluxanların sayı artıq 600-ü ötür.

Ermənistanda mart ayından etibarən iqtisadiyyat yalnız geriyə doğru gedir. Artıq altıncı aydır ki, göstəricilər üzrə azalma qeydə alınır. Belə ki, ilin birinci yarısının nəticələrinə görə iqtisadi fəallıq 4.7% azalıb. Bu isə hökumətin proqnozlarından ən az iki dəfə çoxdur.

Büdcə boşalıb, gözlər xarici donorlardan gələcək qrant yardımlarına dikilib. Bu bir reallıqdır ki, Ermənistan kənardan maliyyə dəstəyi olmadığı halda öz mövcudluğunu qoruyub saxlaya bilməz. Ancaq Paşinyan hakimiyyətə gəldikdən sonra xarici diasporalarla münasibət də ürəkaçan deyil. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir