“Azərbaycan bu müharibədə öz dostu və düşmənini tanıdı” – Politoloq Ramal Əliyev
Tanınmış politoloq, YYSİB sədrinin müavini Ramal Əliyevin Yenimedia.az analitik-informasiya saytına özəl müsahibəsi.
- Çağdaş hərb sənətinə qələbədolu yeniliklər gətirən müzəffər Azərbaycan Ordusu düşmən üzərində ki, uğurlu qələbə xəbərlərinə münasibətiniz?
– Heç kimə sirr deyil ki, bizə qalibiyyət yaşadan ordumuzun əks-hücum əməliyyatlarına qədər, 27 sentyabr tarixinədək qədim Azərbaycan torpağının 20 faizinin – Dağlıq Qarabağ və ətraf rayonlarınnın işğalından 30 il keçir. 30 il ərzində ermənilər bu ərazilərdə tarixi abidələrimizi məhv etmiş, yaşayış evlərini və digər tikililəri xarabalığa ceviriblər. Bu ərazilər dünya, xüsusi ilə də müsəlman ölkələri ücün terrorçuların təlim mərkəzi, narkomarşurutların kəsişdiyi məkan olub. 30 ildir ki, biz xalq olaraq bu məsələyə səbrlə dözərək, sülh yolu ilə torpaqlarımızın qaytarılmasına böyük ümidlər bəslədik. Zaman keçdikcə anladıq, şahidi olduq ki, arxasında böyük qüvvələr olan düşmən işğal altında saxladığı torpaqları masa arxasında danışıqlarla, sülh yolu ilə qaytarmaq niyyətində deyil. 1994-cü ildə yaradılan ATƏT-in Minsk qrupunun görüş və münaqişənin həlli istiqamətində səyləri heç bir nəticə vermədi. 27.09.2020-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti təxribatçı, təcavüzkar hərəkətinə artıq əks hücumla cavab verməyin vacibliyi görən Ali Baş Komandan ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad olunması üçün Müzəffər Ordumuza döyüş əmrini verdi. Müharibədə qələbənin qazanılması üçün ordumuza bütün xalqımızın dəstək durması, həmrəylik, birlik göstərməsi onların azadlıq, suverenlik uğrunda mübarizənin açıq nümayişi idi. Bir xalq olaraq Ali Baş Komandanın ətrafında birləşib, onu dəstəkləyir, ordumuzla qürurlanırıq. Artiq 1 aydır ki, vətən muharibəmiz davam edir. Bu 1 ay ərzində ordumuz tərəfindən artiq 4 şəhər, bir neçə qəsəbə və 200-ə yaxın kəndi düşmən işğalından azad edib. Düşünürəm ki, yaxın 3-4 həftə ərzində artıq Ali Baş Komandan və rəşadətli ordumuz xalqımızı tam qələbə xəbəri ilə sevindirəcək. Bu qələbə bizə torpaqlarımızı qaytarmaqla paralel, regionda və dünyada iqtisadi və siyasi nüfuzumuzu artıracaq, ölkəmizin daha da inkişafına şərait yaradacaqdır.
– Qardaş Türkiyə ilə Azərbaycanın münasibətlərinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
– “İki dövlət, bir millət” ifadəsi, sözün əsl mənasında, bütün dünyaya bir daha sübut olundu. Azərbaycan -Türkiyə dostluğu, qardaşlığı dərin tarixi kökə bağlanır. Çanaqqala müharibəsində Azərbaycanlıların türk qardaşları ilə çiyin-çiyinə vuruşması, Azərbaycanlı qadınların öz zinət əşyalarını türk qardaşlarına müharibəyə dəstək ücün göndərməsi, 1918-ci ildə Nuru Paşanın Azərbaycanlı qardaşlarına köməyə gəlməsi faktları göstərir ki, bu iki ölkə tarixən bir – birlərinə çətin durumlarda həm maddi, həm hərbi, həm də, mənəvi dəstək veriblər. İslam dünyasının seçilən lideri R.T.Ərdoğan ilə Ali Baş Komandan İlham Əliyevin xarici və daxili siyasəti dünyanın bir sıra ölkələrini, hətta bəzi gonşu dövlətləri belə ciddi şəkildə narahat etməkdədir. Türkiyə-Azərbaycan dostluğu hər iki dövlətin güclü iqtisadiyyatı və güclü ordusu deməkdir. Vətən muharibəmizdə nə qədər R.T.Ərdoğan, Mövlud Çavuşoğlu, Hulusu Akar açıqlama versələrdə ki, biz istənilən halda can Azərbaycanın yanındayıq. Bu Azərbaycana və Azərbaycan Ordusuna mənəvi ruh verir, onları irəliyə doğru getməyə cəsarətləndirir. Amma dediyim kimi hal-hazırda ermənilərlə döyüşən və torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordumuz bütün imkanlara malikdir və istənilən düşməni məğlub etmək gücündədir.
– Türkiyənin Azərbaycana dəstəyi bölgədə sabitləşdirici rol oynayacaqmı?
– Düşünürəm ki, dili, dini bir, iqtisadi və hərbi cəhətdən güclü olan Türkiyə kimi bir dövlətin Azərbaycanın hər cəhətdən tərəfdaşı olması bölgədə sabitliyi təmin edəcək. Ərazilərimiz tam düşməndən azad olunandan sonra bu konfilikti alovlandıran səhnə arxası dövlətlər artıq ölkəmizin əleyhinə qarşı özləri ücün risk doğuracaq çıxışlar etməyəcəklər. Cünki əks halda Türkiyəni qarşılarında görmək təhlükəsi olacaq.
– Son günlərdə ardıcıl olaraq qardaş ölkə Türkiyədə daha sonra dost ölkəmiz Pakistanda terror hadisəsi baş verdi. Hər iki hadisə növbəti erməni teroru ola bilərmi?
– Düşünürəm ki, Türkiyə və Pakistanda baş verən terror aktları bir-biri ilə əlaqəlidir. Zaman-zaman hər iki dövlət terrordan əziyyət cəkən dövlətlərdir. Ən çoxda Türkiyə, PKK terrorçularının daim hədəfindədir. Onuda qeyd edim ki, bu terrorçular eyni zamanda ermənilər tərəfindən ordumuza qarşı da vuruşurlar. Müharibə olmayan zamanlarda da işğal olunmuş ərazilərdə Ermənistan dövlətinin icazəsi ilə təlimlər keçirdirlər. Hər iki dövlətdə eyni vaxtda terrorun baş verməsi onu göstərir ki, bu terror hadisələri eyni bir mərkəzdən idarə olunur, terrorçulara eyni yerdən göstərişlər verilib.
– Azərbaycanla Ermənistan arasında artıq 3 dəfə humanitar atəşkəs elan olundu. Birinci atəşkəs Rusiyanın təşəbbüsü ilə, ikinci Fransa dövlətinin üçüncü isə ABŞ-ın. Düşmən hər üçündə öz məkirli planını həyata keçirdi. Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı yenə öz cinayətini törətdi. Sizin münasibətiniz.
– Dünyanın böyük dövlətləri atəşkəsə cəhd etsələrdə məkrli düşmən yenədə öz cirkin niyyətini ortaya qoydu. Biz bunu müharibə ərazisi olmayan 2 dəfə Gəncə şəhərinə, 2 dəfə Bərdə şəhərinə atılan qadağan olunmuş raket atəşi nəticəsində çoxlu sayda ölən va yaralananların timsalında şahidi olduq. Əslində bu atəşkəs daimi yox humanitar atəşkəs idi. Yəni müharibə müddətində ölənlərin ərazilərdən götürülməsi və əsirlərin mübadiləsi ücün olunan atəşkəsdən söhbət gedirdi. Maraqlıdır bir tərəfdən qapı-qapı dolaşıb atəşkəs tələb edən Paşinyan 3 müxtəlif dövlətlətin atəşkəs təşəbbüsünü elə özü pozdu. Bir tərəfdən deyir biz güzəştli danışqlara razıyıq hərcənd ki, biz ona razı deyilik. Digər tərəfdən isə 1 qarış torpağı belə qaytarmamaq bəyanatını verir. Bu göstərir ki, artıq Paşinyanın hissləri ağlını üstələyib cox ziddiyətli açıqlamalar verir.
– Azərbaycan həqiqətlərini bilərək susan dövlətlər xüsusilə İran dövlətinin Ermənistana gizli yolla silah dəstəyi nəyin göstəricisidir.
– İran nə qədər özünü İslam dövləti hesab etsədə, bu müharibə də özünü neytral, bəzən də bizi dəstəkləyirmiş kimi bəyanatlar verir. Açıq deyim ki, Ukrayna, İtaliya kimi xristian dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması daha aydın və qətidir, nəinki, İranın. Türkiyə Ermənistanla sərhədini Qarabağ konfliktinə görə indiyə qədər bağlamışdı. Amma İran Türkiyədən fərqli olaraq Ermənistanla iqtisadi və siyasi əlaqələrinin nəinki gücləndirir, hətta onlara dəstəyini belə əsirgəmirlər. Həmçinin bunu açıq aşkar sərgiləyirlər. Sosial şəbəkələrdən gördüyümüz kimi Ermənistana hətta silahlar belə göndərilir. Elə bu səbəbdən də bir necə gün öncə İranda yaşayan soydaşlarımız piket edərək buna ciddi şəkildə etirazlarını bildirdilər. Təbii ki, bu hal bizi bir qonşu dövlət kimi məyus edir. Bu onun göstəricisidir ki, İran Azərbaycanı regionda siyasi və iqtisadi cəhətdən güclənməsini istəmir.
– Müharibə nə vaxt bitəcək. Siyasi proseslər nəyi göstərir?
– Nə qədər Fransa, ABŞ-dan müəyyən təzyiqlər olsa da, bu müharibənin gedişinə təsir edə biləcək bir dövlət var, o da, Rusiyadır. Düşünürəm ki, Putin hazır ki, neytral mövqeyini qorusa, ciddi fikir dəyişikliyi olmayacaqsa bu iş noyabr ayının sonuna qədər bitməsini demək olar. Digər tərəfdən isə, hətta Putinin bu məsələyə arzu olunmaz müdaxiləsi belə bizi işğal olunmuş ərazilərimizdə bu qətiyyətli anti-terror əməliyyatlarımızı davam etdirməkdən cəkindirə bilməz. Sadəcə anti-terror əməliyyatların müddətinin uzanmasına səbəb ola bilər. Buda hər iki tərəfdən əlavə itkilərə gətirib çıxaracaq.
Söhbətləşdi: Akşin Kazımoğlu