Qarabağı terror yuvasına çevirən erməni diasporu: “Daşnaksütun” və ASALA terrorçuları necə təqdim edilirdi? – I YAZI
1988-1994-cü illər arasında Ermənistan Sovet Sosialist Respublikası (SSR) və Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Azərbaycanın Dağlıq Qarabağ vilayətinin siyasi gələcəyi uğrunda müharibə apardılar. 30 illik atəşkəs müddətində Azərbaycan digər iştirakçılardan (Ermənistan və onun havadarları – red.) daha çox itkilərə məruz qalıb. Bu gün Ermənistanın bölgənin “müstəqil” olduğunu iddia etməsinə baxamayaraq, dünyada heç bir ölkə tərəfindən, hətta Ermənistan tərəfindən belə tanınmır.
Altı illik müharibədə Ermənistanın işğal siyasətinin uğurlu olmasının bir çox səbəbi var və bunların bir çoxu erməni diasporunun fəaliyyəti ilə bağlıdır. Ermənistanın Qarabağdakı işğalçılıq siyasəti üçün silah, maliyyə və terrorçuların təmin edilməsində diasporun oynadığı mühüm rol və onun Qərb hökumətlərinə, KİV-lərə, münaqişə dövründə və sonrasında ictimai fikrə yönəlmiş böyük təbliğat kampaniyası haqqında qismən bəhs olunsa da, mütəxəssislər hələ ətraflı məlumat verməyiblər. Bu tədqiqat erməni diasporunun bütün fəaliyyət dairəsini araşdırmasa da, 1988-1994-cü illər arasında ən az birini araşdırmağa cəhd edəcək: Erməni terror təşkilatlarının – ASALA və “Daşnaktsütun”un Qarabağ münaqişəsində rolu.

Münaqişədə mübarizə aparmaq üçün Ermənistana və işğal altında olan Qarabağa gələn təxminən 300 diaspor terrorçusundan neçə nəfərinin ASALA və “Daşnaktsütun”un terrorçuları olduğu heç vaxt bilinməsə də, iki məsələ aydındır.
Birincisi, ASALA-nın münaqişədə iştirakı və onların Ermənistandakı təmasları ənənəvi olaraq qəbul edildiyindən xeyli yüksək olsa da, müharibə nəticədə onlar üçün Ermənistana töhfə verəcəklərinə ümid etdiklərindən daha çox şey verdi. Ermənistanla Azərbaycan arasındakı müharibədə “qalib gələn” hansısa tərəf varsa, bu, ASALA terrorçuları idi. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindəki Cənubi Qafqazdakı xaotik vəziyyət bu terrorçuları yalnız xoş qarşılandıqları yerə qədər aparmadı, əksinə “qəhrəman” kimi qələmə verdi, bu onların işlərini canlandırdı, daha çox “türk öldürmək” imkanı verdi. Ən azı bir keçmiş ASALA lideri və qatili üçün qurtuluş yolu erməni mifologiyasında bir yer kimi qaldı. İkincisi gənclər, qadınlar, mədəni, siyasi, lobbi, terrorçu və hərbiləşdirilmiş təşkilatlarla birlikdə diasporda “Daşnaksütun”un dərinliyi, genişliyi və ümumən qeyri-şəffaflığı səbəbilə Qarabağda ola biləcək hər hansı bir fəaliyyəti fərdi olaraq müəyyənləşdirmək son dərəcə çətindir.


Göndərilən “Daşnaksütun” terrorçuları üçün coğrafi mövqe və hədəflərdən başqa onlar üçün həqiqətən çox dəyişiklik baş vermədi. Bununla yanaşı, 1992-ci ildə terrorçu qanad tərəfindən təsdiqlənmiş ermənilərin terror fəaliyyətləri var idi. 1991-1994-cü illər arasında Azərbaycan, xüsusilə Bakı bir sıra ölümcül terror hücumlarından əziyyət çəkirdi və bu hücumların arxasında erməni terror təşkilatı olduğuna dair etibarlı dəlillər mövcuddur. Münaqişədən yeni bir erməni terror təşkilatının çıxması mümkün olsa da, fərziyyələr hər zaman ya ASALA, ya da “Daşnaksütun” üzərində dayanırdı. ASALA-nın 1991-ci ilə qədər bu hücumları hazırlamaq və həyata keçirmək üçün imkan və mənbələrə sahib olması olduqca çətin olduğundan şübhə “Daşnaksütun”un üzərində qalır.
Qarabağ
Birinci Dünya Müharibəsinin bitməsindən və Rusiya İmperiyasının süqutundan sonra Ermənistan Azərbaycan Cümhuriyyətinin ərazisinə daxil olan Qarabağ bölgəsinə iddialar irəli sürdü. Bu məsələ Paris Sülh Konfransından əvvəl müzakirəyə qoyulan zaman, müttəfiq hökumətlər 1920-ci ilin əvvəllərində haqlı olaraq Azərbaycanın tərəfini tutdu. Bununla birlikdə Rusiya Vətəndaş müharibəsindəki bolşeviklərin qələbəsi və Zaqafqaziyaya doğru irəliləmələri Paris Sülh Konfransının istəklərini əsas nöqtəyə çevirdi. 1921-ci ilin iyulunda erməni siyasi liderlərinin Qarabağı Azərbaycan SSR-dən Ermənistan SSR-ə ötürmək üçün lobbi səylərinə baxmayaraq, Rusiya Kommunist Partiyasının Qafqaz Bürosu sonda bölgənin Azərbaycan SSR-nin tərkibində qaldığını təsdiqlədi. Birinci Dünya Müharibəsindən dərhal sonra bölgə üçün sıx rəqabətin olduğunu düşünsək, Qarabağın Azərbaycan SSR-nin tərkibində mövcudluğunun ilk altmış beş ili 1960-cı illərin ortalarında və 1970-ci illərin sonlarında baş verən yalnız bir neçə kiçik insidentlə keçdi.

1980-ci illərin sonunda hər şey dəyişdi. 1987-ci ilin avqustunda erməni seperatçılarının Moskvaya Qarabağ vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsini istəyən siyasi məzmunlu bir ərizə yazması bir neçə ay ərzində Cənubi Qafqazı humanitar böhrana qərq edən, 30 ildən çoxdur etnik təmizləməyə, köçkünlərə, qanunsuz işğala, terrorizmə və bu gün həll edilməkdə olan müharibəyə başlanğıc verən ilk şiddət hadisələrini başlatdı. Bu, Azərbaycan SSR-nin daxili mübahisəsi və Sovet İttifaqının iki respublikası arasında vətəndaş müharibəsi kimi başlasa da, daha sonra iki tərəf arasında elan olunmamış bir müharibəyə çevrildi.

1994-cü ilin may ayında vasitəçilik ilə əldə olunan atəşkəs davam etsə də, müharibə təqribən 17-25 min azərbaycanlı və erməninin həlak olmasına səbəb oldu, 50 mindən çoxunu yaraladı və bir milyondan çox azərbaycanlını qaçqın etdi, bunların böyük əksəriyyəti – 70%-dən çoxu 1992-ci ilin 25 və 26 fevral tarixlərində Xocalıdakı Soyqırımı əhatə edir, həmin hadisələrdə dünya bütün dövrün ən bədnam və ən ölümcül hadisəsi olaraq Ermənistan silahlı birləşmələri tərəfindən təxminən 613 dinc sakinin qətlini izlədi. ABŞ Konqresi bu faciəyə ABŞ-ın Azərbaycana hər cür yardımını qadağan edən qətnaməni qəbul etməklə cavab verdi. Lakin qəribə olsa da digər məsələlər çərçivəsində “beynəlxalq insan hüquqları standartları”na hörmətlə yanaşırdı.
Erməni diasporu və əsas mediada Qarabağ
Qarabağın dağlıq hissəsindəki ermənilərin guya azərbaycanlıların “zülmkar hakimiyyəti” altında əziyyət çəkdiklərini və davamlı olaraq Ermənistan SSR-ə tabe etdirilməsi kimi cəfəng iddialarına baxmayaraq, bu barədə nə Ermənistanın, nə də ABŞ-ın əsas mətbuatında qeydlər yoxdur. Əslində, 1987-ci ilin dekabrından əvvəl diasporun Azərbaycanın Dağlıq Qarabağı “itirməsi” və orada yaşayan ermənilərin vəziyyəti ilə bağlı hər hansı bir narahatlığının olduğuna və ya məsələnin mövcud olduğunu bildiklərinə dair dəlillər azdır. 1966-1986-cı illər arasındakı iki onillikdə Qarabağ məsələsinə yalnız bir neçə dəfə müraciət edilib: erməni mətbuatında altı məqalə və ümumi mətbuatda iki məqalə, onlardan biri daha sonra Konqresin Rekordunda oxundu.

Hətta Qarabağa olan bu diqqət 1965-ci ildə İrəvanda qondarma “soyqırım”ın 50-ci ildönümünə həsr olunmuş və diasporboyu erməni millətçi hərəkatlarını canlandıran geniş nümayiş və bölgənin erməni və azərbaycanlı sakinləri arasında ara-sıra toqquşmalara dair xüsusi xəbərlər tərəfindən təhrik edilib. Sovet hakimiyyəti tərəfindən nə Qarabağ vilayətinə, nə də 1988-ci ilə qədər orada yaşayan seperatçı ermənilərə davamlı diqqət göstərilmədi və bundan sonra Qarabağ və Ermənistanla bağlı reportajlar sonrakı altı il ərzində Amerika mətbuatında üstünlük təşkil etdi.
1970-ci illərin əvvəllərindən bəri başlayan erməni terrorizmi, türk diplomatlarının, ailələrinin qətlləri, səfirliklərə və hava limanlarına qarşı yüksək səviyyəli hücumlar isə əsas mövzuya çevrilmədi.

Qarabağda faciələrin baş verməsi 1990-cı illərin əvvəllərinə qədər Ermənistana köçməkdən başqa çarəsi olmayan (Türkiyə xüsusi xidmət orqanlarının əməliyyatlarına görə – red.) digər ASALA terrorçularının ümidlərini və karyeralarını yenilədi. “Daşnaksütun” üçün Qarabağ onların uzun tarixlərində sadəcə yeni bir terror fəslini təmsil edirdi. Yer, adlar, şərtlər və hədəflərdə kiçik dəyişikliklər edildi. Erməni terrorçuları Şimali Amerika, Avropa və Avstraliyanı Qafqaz üçün tərk etdilər. Terrorçular əvəzinə, onların silahlı əməliyyatçıları artıq hərbiləşdirilmiş qruplar və milislər adlanırdılar. Yəqin ki, xarici ölkə ərazilərində gizli şəkildə işləmək əvəzinə “Daşnaksütun” indi onlar üçün “ev” kimi idi və ən azı 1992-ci ilə qədər Ermənistan hökumətinin qanunlarından və yurisdiksiyasından asılı olmayaraq fəaliyyət göstərmiş kimi görünürdü. Terrorçular türk mülki və iş adamlarını hədəf almaqla yanaşı, onlara mane olan hər kəsi – azərbaycanlıları, hətta rusları, ümumiyyətlə onların qarşısını kəsənləri hədəf alırdılar. “Daşnaksütun”un terror təşkilatlarının tətbiq etdiyi taktikalar hərbiləşdirilmiş qruplar və milislər tərəfindən tətbiq edilənlərə çox bənzəyir. Onlar ESƏD və EİO terror təşkilatlarındakı sələfləri kimi diaspordan ayrılaraq sıravi “Daşnaksütun” üzvləri kimi təqdim edilirdi.
