“Prezident məsələlərə professional yanaşdı, Paşinyan isə çox çətin durumdadır”
“Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın həm diplomatik jestləri, həm diplomatik etiket normalarına riayət etməsi tam fərqli idi. İlham Əliyev məsələlərə kifayət qədər professional yanaşdı, baş verən hadisələrin hüquqi tərəflərini doğru və səlis tamaşaçı auditoriyasına çatdıra bildi. Paşinyanın danışıqlarında inamsızlıq, rabitəsizlik və ən başlıcası, hadisələrə hakim olmamaq, haqsız olduğu halda belə hüquqa hansı yerdən girmək imkanları olduqca aşağı idi. Hesab edirəm ki, bunu tamaşaçı da kifayət qədər ciddi şəkildə anladı”.
Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün “RİA Novosti” agentliyinə müsahibələrini şərh edərkən bildirib.
O söyləyib ki, Prezident İlham Əliyev son dövrlərdə hərbi sahədə uğurları ilə yanaşı, diplomatik sahədə də böyük uğurlar əldə edib:

